Bakıda daşınmaz əmlak ucuzlaşmağa başladı

10:47 / 25.10.2014

Neftin dəyərdən düşməsinin təsiri ilk növbədə mənzil bazarında hiss olunur
«Qara qızıl» ucuzlaşırsa, Azərbaycanda hansı sənaye mallarının qiyməti aşağı düşməlidir?

 

Son aylar neftin qiymətində müşahidə edilən kəskin ucuzlaşma neft ölkələrini ciddi narahat etməyə başlayıb. "Qara qızıl"ın barelinin dəyərinin aşağı düşməsi Azərbaycan da daxil olmaqla, neft ölkələrində gəlirlərin, iqtisadi inkişaf tempinin azalmasına gətirib çıxarır. Lakin neftin ucuzlaşmasının Azərbaycan kimi idxaldan asılı  neft dövlətləri üçün müsbət tərəfləri də var. Çünki sənaye sektorunda istehsal olunan məhsulların maya dəyəri aşağı düşür və nəticədə istehlak olunan əksər məhsullar ucuzlaşır. Belə olan halda, Azərbaycanda hansı sahədə ucuzlaşma baş verə bilər?
 
2008-ci ilin qlobal maliyyə böhranı göstərdi ki, neftin satış qiymətinin aşağı düşməsi ilk olaraq daşınmaz əmlak bazarına təsir göstərdi. Sanki bu məhsulla daşınmaz əmlakın satış qiymətləri arasında bir asılılıq mövcuddur. "MBA" Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimli "Bizim Yol"a bildirib ki, dünya bazarlarında 1988, 1998 və 2008-ci illərdə neft birjalarında müşahidə edilən qiymət böhranı özünü digər sahələrlə müqayisədə daha çox daşınmaz əmlakın qiymətlərində büruzə verib: "Hətta 1999-2000-ci illərdə Azərbaycanın neft istehsalı aşağı səviyyədə idi, amma yenə də dünya birjalarında neftin qiymətində baş verən tənəzzül Bakı şəhərində daşınmaz əmlakın qiymətlərini 2 dəfəyə yaxın endirdi".
 
N.İbrahimlinin sözlərinə görə, daşınmaz əmlakın ucuzlaşması üçün artıq şərait yaranıb və proses, yəqin ki, qaçılmaz olacaq: "Amma nə qədər ucuzlaşacağını proqnozlaşdırmaq çətindir. Bazarda artıq aktivlik aşağı düşüb və qiymətlər də azalmağa meyllidir. Neftin qiyməti qarşıdakı 4-5 ayda da ucuzlaşmaqda davam edəcəksə, bu, özünü mənzillərin dəyərində də göstərəcək. Əsasən, dünya bazarında neftin qiyməti aşağı düşəndə, bu prosesin daşınmaz əmlaka təsirləri 5-6 ay gecikməklə baş verib. Bu baxımdan "qara qızıl"ın dəyəri dünya bazarında 2-3 aydır ki, aşağı düşməyə başlayıb. Deməli, bu amilin mənzillərin ucuzlaşmasına təsiri  ilin sonunda özünü göstərəcək. Yəni neftin barelin qiyməti ilə daşınmaz əmlak arasında qiymət dəyişməsi zaman baxımından 6-8 ay çəkir. Bu, tək ucuzlaşmaya deyil, bahalaşmaya da aiddir".
 
Sual oluna bilər ki, neftin qiymətinin dəyişməsinin daşınmaz əmlak bazarına nə aidiyyəti? N.İbrahimli deyir ki, birbaşa təsirləri var: "Daşınmaz əmlak asan pulu sevir. Yəni əmlakın alınmasında, xüsusilə bahalı əmlakın satılmasında asan pulların xüsusi rolu var. Asan pul dedikdə, söhbət neftin pullarının kimin əlinə rahat şəkildə düşməsindən gedir. Həmin şəxslər pulun böyük hissəsini daşınmaz əmlaka, tikintiyə yönəldir. Neftdən əldə olunan gəlirlər də  asan pul sayıldığından həmin vəsaitin əksər hissəsi bu bazara yönəldilir və burada qiymət təzyiqi yaradır. 
 
İkincisi, neft pulları o ölkələrə axır ki, orada həmin vəsait bir əldə cəmlənir. Həmin pul da daşınmaz əmlak bazarında yayılır. "Qara qızıl"ın qiyməti aşağı düşən kimi, neft ölkələrinin büdcə xərclərində ixtisarlar aparırlar. Ona görə də bazarda pul kütləsi azalır və qiymətlər aşağı düşməyə başlayır. Dediyim ikinci faktor dolayı təsir aləti sayılır". 
 
Ekspert hesab edir ki, hazırda neftin ucuzlaşmasının tikinti sektoruna əhəmiyyətli təsiri hiss edilmir: "Amma aktivlikdə azalmalar var. Yəni ipoteka kreditlərinin sayında, bazarda pul kütləsinin həcmində azalmalar var. Bunlar banklar vasitəsilə birbaşa azalmalardır. Amma digər azalmalar mərkəzləşdirilmiş layihələrin maliyyələşdirilməsində ola bilər. Bunlar dövlət büdcəsindən, müxtəlif fondlardan edilən ayırmalardır. Əgər bu investisiya layihələrinin maliyyələşdirilməsi məhdudlaşdırılsa, o zaman tikinti sektorunda 2008-2009-cu illərdə olduğu kimi iflic vəziyyət yaranacaq. Dövlət investisiyaları hesabına reallaşan layihələrə ayrılan vəsait dolayısı yolla daşınmaz əmlak bazarında sabitliyi saxlayır. Hələ ki, bu stabillik davam edir. Əgər o layihələr dayandırılsa, daşınmaz əmlak bazarı iflic olacaq".
İstehlak mallarına gəlincə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov neftin ucuzlaşmasının bu sahəyə təsir göstərməyəcəyini düşünür: "Azərbaycanda qalxan qiymətlər heç vaxt aşağı düşmür. Neftin ucuzlaşması dünya ölkələrində sənaye məhsullarının ucuzlaşmasına gətirib çıxarsa da, Azərbaycanda heç bir istehlak məhsullarında qiymət enmələri gözlənilmir. Dünya bazarında mal və xidmətlərin qiyməti qalxanda, ölkəmizdə də bahalaşır. Amma ucuzlaşması təsir göstərmir. Bu onu göstərir ki, Azərbaycan bazarı dünya bazarına effektli inteqrasiya olunmayıb. Bizim bazarın demək olar ki, bütün seqmentləri inhisarçı qurumların əlindədir. Ölkə prezidenti 16 mart 2014-cü ildə imzaladığı "Ərzaq və kənd məhsullarının bazarının təkmilləşdirilməsinə dair Əlavə Tədbirlər haqqında" Sərəncamda bu məsələni gündəmə gətirib. Azərbaycan bazarında "karter" sövdələşmələri var. Prezident bunun qarşısının alınması üçün tədbirlərin görülməsini tapşırıb. Mən şahidi olmamışam ki, dünya bazarında qiymətlər ucuzlaşanda bizdə də istehlak məhsulları aşağı düşsün. Bəlkə tələbat kəskin azalandan sonra təklifin qiymətində enmələr olsun".
Yeri gəlmişkən, artıq dünyada neft məhsullarının qiyməti 2-5 faiz ucuzlaşıb. Konkret olaraq benzinin dəyərinin 4 faiz aşağı düşməsini misal kimi göstərmək olar. Azərbaycanda isə bu ucuzlaşma idxal olunan Aİ-95 benzinində müşahidə edilir. Aşağı oktanlı yanacaqların tarifləri isə sabit olaraq qalır.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM