MİLLİ MÜDAFİƏ NAZİRİ VƏ 102-Cİ HƏRBİ BAZA

11:00 / 01.11.2013

"Müharibə başlasa,Ermənistanı müdafiə edəcəyik"-bəyanatı Azərbaycanın informasiya məkanında son günlər ölkəmizin Silahlı Qüvvələr sistemində baş verən köklü dəyişikliklərə köklənmiş informasiya mühitimizi bir qədər dəyişdi.Artıq heç bir şübhə yeri qalmır ki,ölkəmizin hər bir hərbi addımı nəinki işğalçı ölkənin elitası,eləcə də Rusiya canişinləri tərəfindən xüsusi niyyətlərlə izlənməkdədir.

Yəqin,konspirasiya ilə məşğul olanlar iddia edəcəklər ki,hökumətimizəki bütün təyinatlar olmasa da hərbi tutumlu məsələlərin,o cümlədən,Səfər Əbiyevin yeni milli bir şəxslə əvəzlənməsi rəsmi Kremlin Cənubi Qafqaz üzrə siyasətinə cavabdehlik daşıyanlarda müəyyən qıcıq doğurub və onları hərəkətə gətirib.Söhbət təkcə ənənəvi əlaqələrə-külli miqdarda silah-sursat alınması sahəsindəki dövlətlərarası müqavilələrə deyil,eləcə də keçmiş sovet dövründən qalan bir sıra məxfi münasibətlərə xələl gələ biləcəyindən narahat olan rus hərbi-sənaye kompleksinin maraqlarından gedir.

Əlbəttə,dövlət sirrlərinə çıxışımız olsaydı,mötəbərliklə söyləyə bilərdik ki,qonşu dövlətlərin yuxarı eşalonlarında Azərbaycanın son addımlarına həqiqi reaksiyalar nədən ibarətdir?Lakin kəşfiyyat məlumatları olmadan belə görmək olar ki,dövlətimizin güclənməsi,yeni Müdafiə nazirinin təyinatı və Ali Baş Komandanın təhlükəsizlik sisteminə son baxışları region dövlətlərinin həssaslıqlığını,əks planlarınI və müqavimətini üzə çıxarıb.Bu baxımdan işğalçı bir ölkədə qərarlaşan hərbi baza komandirinin özbaşına hərəkət etmədiyi,Sarqsyan və Şoyqudan eyni vaxtda tapşırıq aldığına şübhəniz olmasın.

Gümrü Rusiyanın cənub cinahına nəzarət üzrə hərbi platsdarmdır.Oraya toplanan S-300 zenit-raket komleksləri,MİQ-29 təyyarələri Türkiyə və Qərbdən gələn təhlükələrin qarşısında ilk sipər kimi nəzərdə tutulub.Lakin oradakı personalın azlığı heç kəsi çaşdırmasın.Çünki Ermənistanı özü boyda silah-sursat anbarına çevirən Rusiya Putinin rəhbərliyi altında Şimali Qafqazda 70 mindən artıq qüvvəni ehtiyat olaraq saxlayır və şərti düşmən adı altında Qafqaz dövlətləri əleyhinə mütəmadi təlimlər keçirir.

Üstəlik,Abxaziya və Osetiyanın tam ələ keçirilməsi ilə böyük bir coğragiyada rus tanklarından ibarət antiQərb ordusu Cənubi Qafqaz regionunu öz təsir dairəsində saxlamaqda davam edir..Lakin Kollektiv Təhlükəsizlik siyasəti burada effektli işləmir və başqa cür də ola bilməzdi.Çünki NATO-dan fərqli olaraq vahid geosiyasi hədəfləri olmayan dövlətləri bir çətir altına yığan Rusiya xarici təcavüzə məruz qalsa,hərbi müttəfiq saydığı ölkələrin maksimum ikisindən belə yardım ala bilərdi.Bunun rolu isə güclü Avroatlantik Alyansı qarşısında son dərəcə kiçikdir.

Ermənistanın qorxduğu gün kimi aydındır.Vəziyyət o qədər dramatikdir ki,Seyran Ohanyanın funksiyasını 102-ci hərbi bazanın rəhbəri Andrey Ruzinskinin üzərinə qoyublar.1-ci Qarabağ savaşının dalğasında hakimiyyəti zəbt edən səhra komandirləri o qədər korrupsiyalaşıb və gözdən düşüb ki,sadə xalq onların təskinləşdirici bəyanatlarına inanmır.Lakin informasiya savaşında qabağa verilən adam Azərbaycandan daha çox öz ölkəsinə və düşmənə zərbə vurub."Qafqazdan getsək,buradakı xalqlar bir-birini qırar"-deyən Kremlin siyasi idarəediciləri bundan sonra Putinin böyük planlarına hansı ölkələri qoşa bilərlər? Avrasiya modelini təhlükəsizlik və siyasi suverenlik layihəsi kimi təqdim etmək bundan sonra mümkündürmü?Ruzinski növbəti dəfə şimal qonşumuzun bu bölgədə işğalçı olaraq qaldığını sübuta yetirdi.Axı çox adi bir məntiq var ki,Azərbaycan Ermənistan ərazilərinə hücum planını rəsmi olaraq heç zaman bəyan etməyib. Qarabağda savaşın başlamasına 102-ci hərbi baza hansı hüquqi əsasla qoşula bilər?Ehtimali döyüş əməliyyatlarının bütün sərhəd boyu gedəcəyinə əminlik haradandır?

Rus komandir bu açıqlaması ilə Ermənistanı daha çox öz suverenliyindən imtinaya dəvət edir.Azərbaycanın hədələri qonşu ölkənin müstəqilliyini tamam itirməsinə və kənar qüvvə vasitəsilə öz xilasını axtarmasına səbəb olur.İndi tam miqyası ilə görmək mümkündür ki,Qafqaz bötövlükdə Rusiyanın tapdağı altındadır.Qarabağ,Ermənistan və Abxaziya-Osetiya torpaqlarını tutan vahid bir dövlətin ordusudur.

Qərbsə demokratiyanın son qalası saydığı Gürcüstanda məğlubiyyəti ilə tam barışmış kimi görünür.Saakaşvilini qurban verən Amerika Qafqazlara hərbi qüvvə yeritmək fikrinin olmadğını qətiyyətlə bəyan edir.Bu şəraitdə siyasi müstəqilliyini rəşadətlə qoruyan ölkələrin təhlükəsizliyini Vilnüs sammiti ilə təmin etmək və 102-ci hərbi bazanın hədələrinə qarşı hansı müttəfiqlərlə döyüşmək məsələsi yaxın dövrün cavablandıracağı suallardır.Lakin aydın olan budur ki,rusların təhdidi regionu ələ keçirmək istəyənlərə və üzünü Rusiyadan kənara çevirənlərə böyük əsaslar verir.

Hamı rus dilini öyrənə bilər.Lakin dünya ilə silah dilində danışmağa çalışan rusun dilini özlərindən başqa heç kəs anlamır.Özü kölə olan millət başqasını əsarətdə saxlamaqdan zövq alır.Əsrin minlərlə paradoksundan biri də budur!

Milli Məclisin deputatı,

 Zahid Oruc


Etiket:

Strategiya.az

Xəbərlər
24.06.2019

Gələn aydan özünüməşğulluq proqramı iştirakçılarına mal və materialların verilməsinə başlanacaq

24.06.2019

Bidzina İvanişvili: Kütləvi iğtişaşlar törədənlər və səlahiyyətlərini aşanlar cəzalandırılmalıdır

24.06.2019

Penitensiar xidmət və polis tərəfindən birgə ƏMƏLİYYAT - məhkumun gizlətdiyi silah və güllələr aşkarlandı

24.06.2019

Bill Geyts ən böyük səhvini açıqladı

24.06.2019

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin xüsusi mükafatına layiq görülüb

24.06.2019

Dövlət İmtahan Mərkəzində psixoloji xidmət fəaliyyətə başlayıb

24.06.2019

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

24.06.2019

Cüdoçularımız “Minsk 2019”un dördüncü gününə qələbələrlə başlayıblar

24.06.2019

Sabah hava isti olacaq - PROQNOZ

24.06.2019

Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir

24.06.2019

Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb

24.06.2019

Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncə şəhərində, Göygöl, Daşkəsən rayonlarında vətəndaşları qəbul edib

24.06.2019

AMEA-nın magistraturasına qəbul olan bakalavrların nəzərinə!

24.06.2019

Nizami rayonunda baş verən yanğınla bağlı RƏSMİ

24.06.2019

Tramp milyonlarla qeyri-leqal miqrantın deportasiyasını təxirə salmaq barədə sərəncam verib

24.06.2019

Məleykə Abbaszadə dövlət qulluğuna qəbulda baş tutmayan müsahibələr barədə: Namizədlər bu işə məsuliyyətsiz yanaşıb

24.06.2019

“Dedilər ki, tutulana qədər özünü öldür” – 2-ci əri ilə bibisinin evini soyan məhkum qadın - VİDEO

24.06.2019

Birinci vitse-prezident Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb

24.06.2019

DİN: Yol qəzalarında 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb

24.06.2019

Təhsil Nazirliyindən dərsliklərlə bağlı ÇAĞIRIŞ

24.06.2019

Təmas xəttində növbəti monitorinq keçiriləcək

24.06.2019

Birinci vitse-prezident Mehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimində iştirak edib

24.06.2019

Kosmik hava durumu və proqnozu

24.06.2019

Sumqayıtda dəhşətli qəza - Maşın piyadanın üstünə aşdı

24.06.2019

Şəkidə 5 tondan artıq narkotik tərkibli bitki məhv edilib

24.06.2019

Cəbhədən son xəbər 

24.06.2019

Dövlət qulluqçularının nəzərinə!

24.06.2019

Neftin qiyməti bahalaşır

24.06.2019

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

24.06.2019

İyunun 24-də xarici valyutaların manata qarşı məzənnələri

24.06.2019

"Qarabağ"ın yaxşı komanda olduğunu bilirəm" - portuqaliyalı hücumçu

24.06.2019

Rezidenturaya qəbul üzrə sınaq imtahanı keçiriləcək

24.06.2019

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat başlayır

24.06.2019

Bu gün havanın temperaturu 40 dərəcəyə qədər artacaq

24.06.2019

Generallardan birinin hücum nəticəsində təxminən 150 insan həlak olacağını deməsindən sonra Tramp qərarını dəyişib

24.06.2019

Tbilisidə kütləvi etiraz aksiyaları DİN-in binası qarşısında davam edəcək

24.06.2019

Suriya tərəfindən Türkiyəyə keçən dörd terrorçu həbs olunub

24.06.2019

Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

24.06.2019

Sərbəst güləş üzrə yığmamız Avropa ikincisi olub

23.06.2019

Türkiyə Prezidenti: Seçkiləri qazanan Əkrəm İmamoğlunu təbrik edirəm

23.06.2019

Binəli Yıldırım: hazırda Əkrəm İmamoğlu irəlidədir rəqibimi təbrik edirəm

23.06.2019

İstanbulda səsvermənin ilkin nəticələri açıqlanıb

23.06.2019

İstanbulda səsvermə başa çatıb

23.06.2019

Hidayət Heydərov Karapetyanı məğlub edib

23.06.2019

“Minsk 2019”: Daha bir idmançımız ən azı gümüş medalı təmin edib

23.06.2019

Daşkənddə standartlaşdırma üzrə beynəlxalq seminar-treninq keçirilib

23.06.2019

Sabahın hava proqnozu

23.06.2019

Qara Qarayev prospektindəki yanğın tıxaca səbəb olub

23.06.2019

“Traktor Sazi”nin adı dəyişdirildi

23.06.2019

Kaspi Liseyinin şagirdləri böyük uğura imza atıblar - VİDEO