QLADİATORLARIN SAVAŞI

09:44 / 06.02.2014

Daha üç azərbaycanlı Suriya döyüşlərində həyatını itirib.Milli mediamızın bu günkü xəbəri onsuz da hərbi gərginlik yaşayan və ölümə öyrəşmiş bir cəmiyyətin halında heç bir dəyişiklik yaratmadı.Başqa cür də ola bilməzdi.Dünyada insan itkisinin qiymətsizləşdiyi bir zamanda kütləvi etirazlar,qətnamə və qərarlar belə ölüm konveyerini dayandırmaq gücündə deyil.

Min bir gecə nağıllarının başdumanlandırıcı əyləncələrini indi ərəb yuxularının vəhşəti əvəz edib.Üç ili tamam olan Qum döyüşlərininin ölüm maşınından keçən dünya döyüşçülərinin tərkibi kifayət qədər zəngindir.Hər gün yüksək ideallarla cəhənnəmə gələnlərin sıraları genişlənməkdə davam edir.Suriyanın ali müftisi təkcə müxalif qruplaşmalar tərəfindən yüz mindən artıq xarici legionerin vuruşduğunu söyləyərkən onu rejimin sözçüsü sayıb təkzib etməyə heç kəs ehtiyac duymur.Çünki reallıq həqiqətən belədir.Onlardan təxminən 8 min nəfərini Səudiyyə ərəblərin ölüm batalyonları təşkil edir.Müqəddəs peyğəmbərimizin fanatik inanc daşıyıcıları bu torpaqda azlığı təşkil edən-14 faizlik ələvi hakimiyyətinə və Bəşər Əsədin tiraniyasına qarşı din bayrağı altında vuruşurlar.Min illərlə davam edən məzhəb davasının və islam bölücülüyünün unikal bir poliqonu yaranıb.İordaniya kralının yetirmələri səudları döyüş meydanında yalnız qoymayıblar.Onların sayı 2 minə çatır.Lakin itkilər də məhz onların sırasında yetərli saydadır.

Keçmiş sovet məkanı da dünya ordusuna təxminən 5 minə qədər yaraqlı verib.Dudayevdən sonra başsız qalan çeçen mücahidləri indi öz azadlıq ideallarını xilafət quruculuğu sevdası ilə Suriya torpaqlarına daşıyıblar. Sayları 1700 nəfəri keçməsinə baxmayaraq hər gün Qroznıdan Türkiyəyə-təlim məşq düşərgələrinə gələnlərin ardı-arası kəsilmir. Düzdür,tanınmış amerikalı politoloq Pol Qobl bu rəqəmləri Kremlin Şimali Qafqaz isteriyası hesab edərək Putinin dünyanın gözünə kül üfürdüyünü, niyyətinin terrorçu obrazlı müsəlmanları ram etmək üçün öz diktaturasına haqq qazandırmaq istədiyini yazsa da,lakin acı fakt bundan ibarətdir ki,informasiya məkanına daşınan video görüntülər həqiqətin nə yerdə olduğunu ortaya qoyur.Əsil youtube müharibəsində hər gün yüzlərlə həlak olan meyidlərin arasında zahiri simasını itirsə də çeçenliyini saxlamış xeyli muzdlunun cəsədini gizlətmək mümkün deyil.Onları azadlığa qovuşmağa qoymayan rus ordusunun genosidə uğratdığı bir millətin yeni nəsli indi Yaxın Şərqin səhralarında təzə dini hakimiyyət xülyasının ucuz nökərlərinə çevriliblər.

Elə buradaca vurğulayaq ki,Qatardan Tunisə,Türkmənistandan İraka qədər uzanan din qardaşlığnın onların tərk etdikləri ölkələr üçün çoxlu ziyanları fonunda bir faydası danılmazdır.Həmin qatı ideolojili radikal qruplar sanki bu yolla təhlükəli və ram edilməz bir dəstə kimi başqa ərazilərə öz inqilabi ssenarilərini aparıb gedirlər və müxtəlif rejimlər onlardan azad olur.Guya Putin istəmir ki,təbii seleksiya yolu ilə çeçenlərin içindən belə fədailəri seçib gedər-gəlməzə göndərsin?Onun planladığı zatən elə budur.

Lakin “müqəddəs savaş”da İranın açıq himayə etdiyi Hizbullahın və nizami Əsəd ordusunun qarşısında vuruşan üsyançı könüllülərin tərkibi təkcə yaşıl bayrağın işığına toplaşanlar deyil.Ukraynadan 400,Gürcüstandan 100-dək,Kanada,Avstriya,Danimarka və digər xristian ölkələrindən birlikdə mindən çox silahlı Suriya dramının qanlı səhnələrinə şahidlik edir.

Azərbaycanlılar üçün nəsimicəsinə soyulmaq və Hələb torpaqlarında ölməz hürufi şairin ruhuna ithaf olunan davaya qatılmağın özəl bir mənası var. Birinci Qarabağ savaşını uduzan ölkənin vətəndaşı hər addımda məğlubiyyət sindromundan əziyyət çəkir.Üstəlik,burada müharibəyə dini rəng vermək də səhra komandirlərimizin ağlına gəlməyib.Elə qonşu İranın Suriyaya qoyduğu canın və xərçlədiyi milyonların ən kiçik hissəsi Azərbaycana yönəlsəydi, şübhəsiz ki,indiki işğal reallğını fərqli bir mənzərə əvəz edərdi.Təkcə bu fakt islam mücahidlərini dövlətlərin siyasi marağına necə alət edildiyini ortaya qoyan mühüm bir faktdır.Ona görə Suriyanın qanlı və qaynar hərb meydanlarında üz-üzə gələn qardaş azərbaycanlılar üçün həqiqi məqsəd bəlkə də heç yoxdur.Önəmlisi vuruşmaq,öldürmək, özünü güclü saymaq,nəyə qadir olduğunu sübuta yetirməkdir.

Kisəmizdən getdiklərinin fərqindəyik.O insanlara cənnətin harada olduğunu göstərə bilməmişik.Təkcə ona görə yox ki,fərqli mənəvi qalalar yaradarq onları düşdükləri sekta və zonbi təlimlərin cəngindən almaqda acizlik göstərmişik,xeyr,həm də ona görə ki,daha sivil Vətən amallarına bağlılıq həm də gerçək paraların və böyük qazancların üzərindən aparıldığını unutmuşuq.Bir aylıq döyüşlə ailəsini sosial rifahın ən yüksək mərtəbəsinə qovuşdurmağa bəslənən ümidlər isə Türkiyə sərhəddini keçən kimi puça çıxır.

Ölüm eskadronu tarixin təkəri ilə eyni sürətlə fırlanır.Suriyadakı itkilərin son statistik qışqırtısı 210 min nəfəri keçib.Lakin qladiatorların savaşı davam edir.Cəhənnəmə gedən yolun hələ ki, son müvəqqəti dayanacağı bura-Suriya!

Milli Məclisin deputatı,
Zahid Oruc




Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM