Paşa Kərimov - 55

10:01 / 10.02.2014

Fevral ayının 10-da yazılı abidələrimizin tanınmış tədqiqatçısı, filologiya elmləri doktoru, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimovun 55 yaşı tamam olur.

Paşa Əli oğlu Kərimov 1959-cu ildə Bakı şəhərində dünyaya gəlmiş, 1981-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.

1982-ci ildən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışır. Fəaliyyətə baş laborant vəzifəsindən başlamış, dörd il elmi katib, doqquz il direktor müavini olmuşdur, iki ildən artıqdır ki, direktor vəzifəsini icra edir.

O, 1991-ci ildə «Əlican Qövsi Təbrizi «Divan»ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni» mövzusunda namizədlik, 2012-ci ildə «XVII əsr anadilli Azərbaycan lirikası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, əlyazma abidələrimizin mahir və məhsuldar tədqiqatçısı kimi tanınmışdır.

Paşa Kərimov Əlyazmalar İnstitutunda, dünyanın müxtəlif əlyazma xəzinələrində saxlanan onlarla əlyazmalarımızı aşkar edərək araşdırmış, kitab halında geniş ön sözlə çap etdirmiş, yazılı abidələrimizin  tədqiqinə monoqrafiyalar, həm də xarici ölkələrdə işıq üzü görmüş çoxsaylı məqalələr həsr etmişdir. İlk dəfə olaraq XVI-XVII əsr şairlərimiz Yusif bəy Ustaclu, Sadiq bəy Əfşar, Qövsi Təbrizi, Mürtəzaqulu xan Zəfər, Vəhid Qəzvini, Məczub Təbrizi, Təsir Təbrizi və başqalarının türkcə divanlarını, XIX əsr şairi Mirzə İsmayıl Qasirin şeirlərini və bir sıra digər abidələrimizi çap etdirmişdir.

P.Kərimov Əlyazmalar İnstitutunda işlədiyi müddətdə xarici ölkələrin kitabxana və muzeylərində saxlanan yazılı abidələrimizin surətlərinin əldə edilməsinə xüsusi fikir vermiş, yüzlərlə əlyazmamızın surətinin çıxarılaraq tədqiqata cəlb edilməsinə nail olmuşdur.

Onun ölkəmizə gətirdiyi, tədqiqata cəlb etdiyi yazılı abidələrimizin köməyi ilə tariximiz, ədəbiyyat, dil və mədəniyyət tariximiz barəsində yeni söz demək mümkün olmuşdur. P.Kərimovun “Əlican Qövsi Təbrizi “Divanı”ının tekstoloji tədqiqi”, “XVII əsr anadilli Azərbaycan lirikası”, “XVII əsr anadilli Azərbaycan poeziyası (icmal və portret oçerklər)”, “Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı” monoqrafiyaları, ölkəmizdə və xaricdə çap edilmiş çoxsaylı mə­qa­lələri araşdırılan əlyazma materiallarının coxluğu, elmi-nəzəri səviyyəsinin yüksəkliyi ilə diqqətimizi cəlb edir.

P.Kərimov Ankara, Elazığ, Diyarbəkir, Aşqabad və Daşkənddə keçirilən beynəlxalq konfranslarda, 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikan və Romada keçirilmiş Azərbaycan mədəniyyəti günlərində iştirak edibdir.

1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

2001 və 2009-cu illərdə Prezident təqaüdçüsü olmuş, 2010-cu ildə  AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 2013-cü ildə İstanbuldakı Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi «Türk ədəbiyyatına xidmət baratı»na layiq görülübdür.

Görkəmli alim və elm təşkilatçısı Paşa Kərimovu ad günü münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

 

AMEA Məhəmməd Füzuli adına

Əlyazmalar İnstitutunun mətbuat və informasiya xidməti


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM