Əli Həsənov: Avropa Oyunlarının siyasiləşdirilməsi təkcə Azərbaycan üçün deyil, qitənin bütün idman ictimaiyyəti üçün zərərlidir

22:02 / 11.06.2015

İyunun 11-də Bakıda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Gənclər və İdman Nazirliyi tərəfindən birinci Avropa Oyunlarına həsr olunan birgə mətbuat konfransı keçirilib.

Diqqətə çatdırılıb ki, bu konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və gənclər və idman naziri Azad Rəhimov mətbuat konfransında yerli və xarici jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.

Beynəlxalq təşkilatların Azərbaycanda siyasi məhbusların azad edilməsi ilə bağlı çağırışları barədə suala cavab verən Əli HƏSƏNOV deyib ki, Qərbin bəzi dairələri, qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda mətbuat azadlığının, azad medianın olmaması, insan haqlarının pozulması barədə əsassız iddialar səslənir. Azərbaycan 15 ilə yaxındır ki, Avropa Şurasının üzvüdür, Avropa Məhkəməsinin yurisdiksiyasındadır. Azərbaycan məhkəmələrinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edilə bilər. Azərbaycan hüquqi dövlət normalarına uyğun şəkildə fəaliyyət göstərir. Yerli məhkəmələrin qərarından narazı qalanlar Avropa Məhkəməsinə müraciət edə bilərlər. Ona görə də Azərbaycan hakimiyyəti bu fikirdədir ki, ölkədə siyasi məhbus yoxdur, sadəcə ayrı-ayrı cinayətlərə görə məhkum olunmuş şəxslər var. Azərbaycan hüquqi dövlətdir. Ölkədə tam siyasi azadlıq var, 55 siyasi partiya fəaliyyət göstərir. Ona görə Avropanın bəzi dairələri tərəfindən irəli sürülən iddiaların heç bir əsası yoxdur.

Avropa Oyunlarının siyasiləşdirilməsi məsələsinə münasibət bildirən Prezidentin köməkçisi bəzi dairələr tərəfindən bu cəhdlərin göstərildiyini vurğulayıb. Bildirilib ki, həmin dairələr anti-Azərbaycan platforması formalaşdırıblar. Bu, təkcə Azərbaycanın deyil, Avropanın bütün idman ictimaiyyəti üçün zərərlidir.

Əli Həsənov deyib ki, son zamanlar Azərbaycanın yürütdüyü müstəqil siyasətə fərqli subyektiv mülahizələrlə yanaşan qüvvələr sistemli şəkildə anti-Azərbaycan fəaliyyəti göstərirlər. Biz bunu ayrı-ayrı beynəlxalq qurumların, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının fəaliyyətində müşahidə edirik. Lakin biz bu işlərə təmkinlə yanaşırıq, müstəqil iradəmizlə hərəkət etməyə, Azərbaycanın doğru yolda olduğunu dünyaya çatdırmağa çalışırıq. Bu yol Avropa ilə qarşılıqlı maraqlar çərçivəsində münasibətlərin qurulması yoludur, regionda sivil və müstəqil siyasətin aparılmasıdır. Bizim bu yoldan geri çəkilmək fikrimiz yoxdur. Biz anti-Azərbaycan kampaniyasına görə təəssüflənirik və həmin dairələri bu kampaniyadan əl çəkməyə çağırırıq. Bizim məqsədimiz müstəqil siyasətimizi davam etdirmək, Azərbaycanın nailiyyətlərini dünyaya çatdırmaq, bölgədə sülh siyasətinin yönləndirilməsi, dövlətlər arasında sivil münasibətlərin formalaşdırılmasıdır. Bizim iradəmiz demokratiya, insan hüquqları, sivil şəkildə birgəyaşayışdan ibarətdir.

Prezidentin köməkçisi vurğulayıb ki, müxtəlif xarici KİV-lərdə Azərbaycan əleyhinə yazıların işıq üzü görməsi, ölkəmizə qarşı qarayaxma kampaniyasının aparılması proseslərinin arxasında duran qüvvələr var, bunlar bilərəkdən istiqamətləndirilir. Birincisi, bu dairələr Azərbaycan kimi gənc dövlətlərin belə uğur qazana bilməyəcəyi görüntüsü yaratmağa çalışırlar. İkincisi, bu qüvvələr erməni lobbisi və onun təsir dairəsində olan QHT, KİV və siyasətçilərdir. Onlar istənilən məsələ ilə bağlı dərhal anti-Azərbaycan kampaniyasını reallaşdırmağa çalışırlar. “Eurovision” mahnı müsabiqəsi keçirilən zaman da bunun şahidi olduq və sabah böyük tədbirlər zamanı onlar yenə Azərbaycanın üzərinə gələcəklər. Üçüncüsü, Azərbaycanı davamlı təsir dairəsində saxlamağa çalışan qüvvələr var və onlar da bu kampaniyanı dəstəkləyirlər. Obyektiv informasiyalar almaq istədiyimiz “The Guardian”, “Independent” BBC kimi xarici kütləvi informasiya vasitələri təəssüf ki, “London Platforması”nın təşkilatçılığı ilə belə kampaniyaya cəlb olunub. Bu kampaniya təkcə Azərbaycana deyil, həm də Avropa ictimaiyyətinə, Avropa Olimpiya Komitəsinə qarşı yönəlib. Bu kampaniya bir müddət sonra dayanacaq, ancaq tarixdə qalacaq, tərəqqipərvər ictimaiyyət isə özü buna qiymət verəcək.

Azərbaycanın xarici siyasət prioritetləri barədə suala cavabında Əli Həsənov deyib ki, Azərbaycan SSRİ dağıldıqdan sonra müstəqilliyini bərpa etmiş 15 ölkədən biri olub. O zaman qarşımızda 3 yol var idi - biri yalnız postsovet ölkələri ilə münasibətləri davam etdirmək, digəri, Qərbə inteqrasiya, demokratik inkişaf, Avropa İttifaqı prinsipləri, Avropa dəyərləri istiqamətində fəaliyyət göstərmək, üçüncüsü, Asiya ölkələrinin qoşulmamaq siyasətinə qoşulub müstəqil siyasət yürütmək. Hər üç seçim cəlbedici görünürdü. Lakin problemlər də var idi. 1990-1993-cü illərdə Azərbaycanda vətəndaş qarşıdurması, xaos yaşanırdı. 1995-ci ildə ölkənin Konstitusiyası qəbul edildi. Azərbaycan Prezidenti açıq-aşkar bəyan edib ki, biz öz yolumuzla gedirik. Siyasətimizin əsas mahiyyətini Azərbaycan xalqının maraqları təşkil edir. Bir çox cəlbedici təkliflər var. O yerdə ki Azərbaycanın maraqlarına uyğun yürüdülən siyasət var, orada Azərbaycan da var. Azərbaycan qarşılıqlı faydalı, ikitərəfli münasibətlərə üstünlük verir, kollektiv öhdəlik, kollektiv birlik münasibətlərinə tənqidlə yanaşır. Ona görə də biz həm İran, həm ABŞ, həm İsrail, həm Türkiyə ilə münasibətlər qururuq. Azərbaycanın maraqlarına söykənən, lakin kimsənin maraqlarına kölgə salmayan istənilən yol bizim marağımıza uyğundur və bu regionda ən səmərəli siyasətdir.

Prezidentin köməkçisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala cavab verərək bildirib ki, Ermənistan xalqı ölkədəki separatçı düşüncəli insanların girovuna çevrilib. İyirmi beş ildir ki, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır, BMT Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı dörd qətnaməsi var və bu qətnamələr yerinə yetirilmir. Digər beynəlxalq təşkilatlar da münaqişənin ərazi bütövlüyü və Dağlıq Qarabağdakı insanların hüquqlarının qorunması şərti ilə həllinin tərəfdarı olduqlarını bəyan ediblər. Təəssüf ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində münaqişə davam edir. Bu münaqişə təkcə bölgənin deyil, dünyanın da təhlükəsizliyini təhdid edir. Biz vaxtında bəyan etdik ki, bu münaqişəyə göz yumulsa, zəncirvari münaqişələr baş verəcək. Bu gün Ukraynada və Balkanlarda baş verən hadisələr göstərdi ki, separatizmlə oynamaq olmaz, bu, təhlükəlidir. Nə qədər ki Dağlıq Qarabağ problemi mövcuddur, bölgədə və dünyada sülhün tam bərqərar olmasından söhbət gedə bilməz. Beynəlxalq hüquq normaları bütün münaqişələrin həllinə tətbiq olunmasa, belə münaqişələr bizi çox gözləyir. Əli Həsənov “Bakı-2015” ilk Avropa Oyunlarında Ermənistan idmançılarının da iştirak edəcəklərini bildirib, Oyunların Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında müsbət rol oynayacağına inandığını diqqətə çatdırıb.

“Amnesty International”ın nümayəndələrinin guya Azərbaycana buraxılmaması barədə məsələyə münasibət bildirən Prezidentin köməkçisi deyib ki, təşkilatın nümayəndəsi olaraq Azərbaycana gələcək şəxslərlə bağlı nə Olimpiya Komitəsinə, nə də Xarici İşlər Nazirliyinə müraciət olunmayıb. Araşdırmalarımız zamanı bəlli olub ki, bu təşkilatın bəzi mütəxəssisləri dolayı yollarla Azərbaycana daxil olmaq istəyiblər. Yəni, onlar rəsmi olaraq təşkilat adından müraciətlə deyil, dolayı yolla, məsələn, müxtəlif qəzet və jurnalların nümayəndəsi kimi ölkəyə daxil olmağa cəhd göstəriblər. Ona görə də “Amnesty International” adından yayılan belə bir bəyanatın əsası yoxdur.

Gənclər və idman naziri Azad RƏHİMOV bildirib ki, Azərbaycan ev sahibi kimi “Bakı-2015” ilk Avropa Oyunlarında idmanın bütün növləri üzrə təmsil olunur. Bu da atletlərimizə daha çox medal qazanmağa şans verir. Belə möhtəşəm yarışlarda qabaqcadan proqnoz verməyin düzgün olmadığını bildirən nazir deyib: “Yarışların gərginliyi, iştirak edən ölkələrin sayı, mühit, həyəcan bəzən Olimpiya, dünya çempionlarını mübarizədən kənarlaşdırıb. Amma bəzən təcrübəsi olmayan idmançı qızıl medal qazanıb. Bizim üstünlüyümüz ondadır ki, ev sahibi kimi təsnifat yarışlarından keçməyə ehtiyacımız olmadı. İndiyədək Azərbaycan idman yarışlarında Avropa komandaları arasında həmişə ilk onluqda yer alıb. Birinci Avropa Oyunlarında da əsas məqsədimiz odur ki, bu onluqdan çıxmayaq və daha yüksək nəticələr əldə edək”.

Azad Rəhimov diqqətə çatdırıb ki, Oyunlar zamanı təhlükəsizlik tam təmin olunacaq, nəqliyyatla bağlı heç bir problem yaşanmayacaq. İdmançıların tıxaclarda qalmaması üçün əlverişli nəqliyyat sistemi yaradılıb. Atletlər üçün ayrıca avtobuslar və taksilər alınıb. Bu avtobuslar və taksilər idman arenaları və Atletlər Kəndi arasında hərəkət edir. Avropa Oyunlarında nəqliyyat sistemində yeni TX abreviaturasından istifadə olunur. Bütün TX sistemi birləşdirilib. Bu, o deməkdir ki, daha çox avtomobil icarəyə götürmək, müxtəlif qrupları nəqliyyatla təmin etmək olur. Biz bütün şəhər nəqliyyat növlərindən istifadə edirik. Elektrik qatarı işə salınıb. Bakı metrosu gücləndirilmiş rejimdə çalışır. Bundan başqa, dəniz yolu ilə də idman obyektlərinə getmək mümkün olacaq.

Azad Rəhimov vurğulayıb ki, Avropa Oyunlarından sonra irs qoyulması məsələsi çox vacibdir. Avropa Oyunları qitə baxımından çox əhəmiyyətlidir. Biz Avropa Oyunları üçün idman infrastrukturunu qurmaq məqsədilə öz strategiyamızı yaratdıq. Əvvəla, mövcud idman arenaları təmir olunub, yenidən qurulub. İkincisi, bəzi müvəqqəti idman tikililəri var. Üçüncüsü, yeni idman arenaları tikilərək istifadəyə verilib. Bütün bunlar Oyunlardan sonra irs olaraq Azərbaycana qalacaq, həmçinin gələcəkdə ölkəmizdə keçiriləcək digər idman tədbirləri zamanı da istifadə olunacaq.

Nazir Avropa Oyunlarına hazırlıq üçün Azərbaycanın qısa vaxtda səfərbər olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan çətin mərhələdən keçib. Bu Oyunlar Azərbaycanın dünya xəritəsində yerini möhkəmləndirəcək. Biz gənc ölkəyik. Belə tədbirlər Azərbaycanın mədəniyyətini, tarixini, incəsənətini, mətbəxini, turizm potensialını, xalqımızın qonaqpərvərlini bütün dünyaya göstərəcək. Qonaqlar Azərbaycanın, Bakının gözəlliklərini görəcəklər. Bu Oyunlar gənclər üçün də yeni qapılar açır. “Bakı-2015” yeni idman növlərini gənclərə göstərmək üçün əla fürsətdir. Bizim əsas məqsədimiz gənc nəsli sağlam ruhda yetişdirməkdir.

Ermənistan idmançılarının Avropa Oyunlarında iştirakı ilə bağlı suala cavabında nazir deyib ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistanın işğalı altında olmasına baxmayaraq, bu ölkənin nümayəndələrinin Bakıda keçirilən müxtəlif tədbirlərdə iştirakına şərait yaradılır. Onlar Avropa Oyunlarından əvvəl də Bakıda keçirilən müxtəlif tədbirlərə qatılıblar. Avropa Oyunlarında isə Ermənistanın 25 nümayəndəsi iştirak edəcək.

Gənclər və idman naziri vurğulayıb ki, birinci Avropa Oyunları dostluğun, həmrəyliyin təntənəsidir. İdman sülh deməkdir və insanları birləşdirir. Bu gün Atletlər Kəndində 50 ölkənin nümayəndələri bir aradadırlar. İdmanı siyasiləşdirmək istəyən təşkilatların heç biri öz məqsədlərinə çata bilməyəcək.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM