ANS PRESS-in məlumatına görə, Heydər Əliyev adına İdman Arenasında baş tutan yarışda güləşçimiz Orxan Nuriyev Latviyadan Vilius Laurinaitislə münasibətlərinə aydınlıq gətirib. Təmsilçimiz kişilər arasında 1/8 finalda rəqibinə 4:1 hesabı ilə qalib gəlib və 1/4 final mərhələsinə adlayıb.

Digər bir təmsilçimiz Elman Muxtarov isə güləş üzrə kişilər arasında 59 kq-da Yunan-Roma yarışında mübarizə aparıb. 1/4 finalda Elman Norveçdən olan idmançı Stig-Andre Berge ilə güləşib. Təmsilçimiz son nəticədə 3:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə keçib.