Qeyd edək ki, 2 gün əvvəl suriyalılar sərhəd məftillərinin yanında toplaşaraq Türkiyəyə keçmək üçün icazə istəyiblər. Türkiyə sərhədi açmaq təlimatı versə də, İŞİD silahlıları buna mane olublar. Bunun görən suriyalılar minalanmış ərazilərə doğru yönəliblər. Bu səbəbdən sərhədə göndərilən hərbçilər təhlükəsizlik dəhlizi yaradaraq onların Türkiyə ərazisinə keçməsinə imkan yaradıb.

Bildirilib ki, həmin gün rəsmi olaraq 4 min 630 adam sərhəddən keçib. Dünən də səhər saatlarından etibarən minlərlə suriyalı Türkiyə sərhədinə toplaşıb.