Oleqin 5-ci, Azərbaycanın 14-cü qızıl medalı – YENİLƏNİB - FOTO

22:05 / 20.06.2015

Azərbaycan bu gün aktivinə 14-cü qızıl medalı yazıb. Növbəti qızıl medalı gimnastımız Oleq Stepko kişilər arasında paralel qollar üzrə yarışda əldə edib. O, 15.733 xal qazanaraq bu yarışda ən yüksək nəticə göstərib.

İkinci yerə 15.700 xalla rusiyalı David Belyavski, üçüncü yerə isə 15.600 xalla Rumıniyalı Marius Berbekar layiq görülüblər.

Oleq Stepko birinci Avropa Oyunlarında Azərbaycan komandasının tərkibində ən çox medal qazanan idmançıdır. O, bu yarışlarda 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub.

Beləliklə, indiyədək ümumi hesabda qazandığımız 33 medaldan beşi Oleqin payına düşür.

AZƏRTAC-ın arayışı: Oleq Stepko gəncdir, cəmi 21 yaşı var. Bu yaşda qazandığı nailiyyətlərə çoxları həsəd apara bilər. Birinci Avropa Oyunlarında beş medal qazanmasının özü Oleqin yüksək istedadından xəbər verir.

Oleq Stepko idmanla 5 yaşından məşğul olur. Öz üzərində səylə çalışması, əzmkarlığı uğur qapılarını onun üzünə açır. Oleq Azərbaycan çempionudur. Ötən il dünya kuboku yarışlarında elə paralel qollarda hərəkətlər üzrə bürünc medal qazanıb. Bundan başqa, bu il Qətərdə keçirilən dünya Çellenc kubokunda yenə eyni gimnastika növündə birinci yeri tutub. "Bakı-2015"-də isə paralel qollarda hərəkətlər üzrə Avropanın ən güclüsü olduğunu təsdiqləyib.

----------

19:55

Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən Oleq Stepko bir günə 3 medal qazanıb.

Strategiya.Az "Report"a istinadən bildirir ki, 21 yaşlı idmançı gimnastika atı və dayaqlı tullanmanın ardından paralel qollarda da fərqlənib.

Bu dəfə O.Stepko qızıl medala sahib olub. Onun çıxışı 15,733 xalla qiymətləndirilib. Rusiyalı David Belyavski 15,700 balla gümüş, rumıniyalı Marius Berbekar 15,600 balla bürünc medal əldə edib.

Qeyd edək ki, Oleq Stepko gimnastika atı ilə gümüş, dayaqla tullanmada isə bürünc medal əldə edib. O, əvvəlki yarışlarda isə çoxnövçülükdə gümüş, komanda növündə bürünc medal qazanıb. Bu, O.Stepkonun 5-ci, Azərbaycanın isə 33-cü medalı olub. 

----------

18:45

Bu gün Birinci Avropa Oyunları çərçivəsində idman gimnastikası üzrə final yarışları keçirilir.

Trend-in məlumatına görə, idman gimnastikasında kişilər arasında dayaqla tullanmada hərəkətlərin final yarışması başa çatıb.

Azərbaycanlı gimnast Oleq Stepko idman gimnastikası üzrə yarışlarda dayaqla tullanma növündə bürünc medal qazanıb. O, 14.966 bal toplayıb.

Qızıl medalı Ukrayna idmançısı Oleq Vernyayev qazanıb. Gümüş medalın sahibi isə Niderland idmançısı Kazımir Şmit olub.

-----------

17:11

Bu gün Birinci Avropa Oyunları çərçivəsində idman gimnastikası üzrə final yarışları davam edir.

Trend-in məlumatına görə, idman gimnastikasında kişilər arasında gimnastika atı üzərində hərəkətlərin final yarışması başa çatıb.

Birinci yeri Sloveniya idmançısı Saso Bertonseli qazanıb. İkinci yeri isə Azərbaycan təmsilcisiOleq Stepko qazanaraq ölkəmizə daha bir gümüş medal gətirib. O, 14,600 bal toplayıb.

Üçüncü yürdə isə Böyük Britaniya idmançısı Bevan Brinn qərarlaşıb.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM