Journal of Neurology, Neurosurgery and Psychiatry elmi dərgisində dərc edilmiş məqaləyə əsasən, dar cins şalvar geyməyə vərdiş etmiş 35 yaşlı qadın baldırları şişəndən sonra həmin şalvarı çırıb atmağa məcbur olub.

Avstarliya sakini olan həmin qadın bir evdən digərinə köçərkən saatlarla intensiv iş görməli, şkafları yığışdırmaq üçün bəzən uzun müddət əyilərək hərəkətsiz vəzyyətdə oturmalı olub. Nəticədə günün sonuna yaxın qadın ayaqlarının keyləşib-ağırlaşdığını, baldırlarının şişdiyini hiss edib.

Ayaqları keyləşən həmin qadın yeriməyə çətinlik çəkib, bir-iki addım atandan sonra yerə yıxılıb və bir neçə saat belə vəziyyətdə qalmalı olub. Həkimlərin qeyd etdiyinə görə, kompartement sindromu adlandırılan bu cür hal ayağı sıxan dar cins şalvara vərdiş etmiş qadınlarda inkişaf edə bilər.

Kəskin ağrı ilə müşaiyət edilən həmin sindrom ayaqların şişməsi kimi ağır fəsadlarla nəticələnə bilər.