ANS PRESS-in məlumatına görə, yarımfinal görüşlərində Azərbaycan boksçusu Anna Əlimçaərdanova Rusiyadan olan ismançı Elena Savaeleva ilə qarşılaşıb. 

Təmsilçimiz gərgin mübarizə şəraitində keçən döyüşdə rəqibinə 3:0 hesabı ilə məğlub olub. Ancaq buna baxmayaraq boksçumuz bürünc medalı təmin edib.

Qeyd edək ki, bu gün Kristal Zal 2-də keçiriləcək yarışlarda Azərbaycanın daha 3 güclü boksçusu medal uğrunda mübarizəyə qoşulacaq. Yüngülvari çəki dərəcəsində (52kq) mübarizə aparan Elvin Məmişzadə (AZE) finala çıxmaq üçün rəqibi Hamza Toubaya (GER) qalib gəlməlidir. Kollazo Sotomayor (AZE) isə yarımfinal mərhələsində birinci-yarım orta çəki dərəcəsində (64kq) rəqibi Viktor Petrovla (RUS) üz-üzə gələcək.