Türkiyəli tanınmış ilahiyyatçı-yazar maraqlı suallardan birini cavablandırıb. 

ANS PRESS-in məlumatına görə, Ramazan ayı münasibətilə hər gün obaşdan televiziyada canlı yayımlanan proqramlardan birində tamaşaçıların suallarını cavablandıran din xadimi Ömer Döngeloğlu daha bir maraqlı məsələ ilə bağlı fikir bildirib. 

Tamaşaçı efirə zəng edərək, ondan müsəlmanlar üçün xüsusi olaraq hazırlanan “dua oxuyan səccadə” ilə namaz qılmağın düzgün olub-olmadığını soruşub.

Ö.Döngeloğlu isə onun bu sualına qətiyyətlə yox cavabı verib: “Öyrənmək məqsədilə ola bilər, lakin bu cür ibadət qəbuledilməzdir”.