"Yaxın günlərdə də yüksək temperatur, yaxud da anomal hava şəraiti olmayacaq. Havanın tempraturu iyun ayına xarakterik olacaq".

Bu gün və sabah Bakıda hava şəraiti mülayim keçəcək. Sabah Bakıda gündüz 27-32 dərəcə, gecə isə 20-25 dərəcə isti olacaq.
Bakıda və Abşeron yarmadasında hava küləkli, dəyişkən buludlu olacaq, arabir tutulacaq. Havanın yağmursuz keçəcəyi proqnozlaşdırılır.

Asif Verdiyev deyir ki, Aran rayonlarında tempratur paytaxta nisbətən bir qədər yüksək olacaq - gündüz 34-39, gecə 20-25 dərəcə isti.

Dağlıq rayonlarında isə nisbətən mülayim hava müşahidə olunacaq. Dağlıq bölgələrdə havanın tempraturu gündüz 24-29, gecə 14-15 dərəcə təşkil edəcək. Arabir yağış yağacağı ehtimalı var.