Paracüdoçularımız Avropa Oyunlarında iki medal qazandı - YENİLƏNİB - CANLI YAYIM

20:42 / 26.06.2015

Avropa Oyunlarında gözdən əlil cüdoçuların yarışında daha bir təmsilçimiz medal qazanıb.

Trend xəbər verir ki, Avropa Oyunlarında gözdən əlil kişi cüdoçuların 90 kq-dan artıq çəkidəki yarışında təmsilçilərimizdən biri - Zakir Mislimov 3-cü yer uğrunda görüşə çıxıb. Bürünc medal uğrunda qarşılaşmada onun rəqibi Yunanıstan təmsilçisi Klimis Papaxristos olub.

Görüş ərzində fəal güləşən təmsilçimizin qarşısında rəqibi 3 şido cərimə xalı ilə yadda qalıb. Sonda isə rəqibini ipponla qiymətləndirilən fəndə salan Zakir vaxtından əvvəl qalib gələrək Avropa Oyunlarının bürünc mükafatını qazanıb.

Z.Mislimov bundan əvvəl 1/4 finalda ukraynalı Oleksandr Pominova məğlub olmuş, bürünc medal uğrunda təsəlliverici görüşdə isə Fransa paracüdoçusu Jülyen Torinesə qalib gəlmişdi.

Xatırladaq ki, cüdo Avropa Oyunlarında yeganə idman növüdür ki, paralimpiyaçıların yarışı baş tutur. Cəmi bir gün keçirilən paracüdoçuların yarışlarında Azərbaycanı 3 gözdən əlil cüdoçu təmsil edib. Onlardan 57 kq-dək çəki dərəcəsində çıxış edən qadın gözdən əlil cüdoçumuz Səbinə Abdullayeva Oyunların gümüş medalını qazanıb. Kişi paracüdoçularımızdan 90 kq-dan artıq çəkidəki digər təmsilçimiz İlham Zəkiyev isə az sonra yarışların qızıl medalı uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, bu gün cüdo yarışlarına ümumilikdə Azərbaycanın 8 idmançısı qoşulub. Onlardan 5 nəfəri - Xanım Hüseynova (-63), Nuriyyə Axundova (-63), Nərgiz İbrahimova (-70),Validə Mirzəzadə (-70) və Rüstəm Orucov (-73) mübarizəni erkən mərhələlərdə dayandırıblar.

----------

19:50

Azərbaycanın Avropa Oyunlarındakı yeganə gözdən əlil qadın cüdoçusu yarışların gümüş medalını qazanıb.

Trend xəbər verir ki, bu gün Heydər Əliyev adına İdman Sarayında paracüdoçular arasında yarış keçirilib. Azərbaycanın 57 kq-dək çəki dərəcəsindəki gözdən əlil qadın cüdoçusu Səbinə Abdullayeva finalda Ukrayna təmsilçisi İnna Çernyakla üzləşib.

Görüş ərzində bir yuko xalı ilə irəlidə olmasına baxmayaraq, təmsilçimiz üstünlüyünü qoruyub saxlaya bilməyib. Görüşün ortasında ipponla qiymətləndirilən fənd işlədən ukraynalı idmançı qalib gələrək Avropa Oyunlarının qızıl medalını qazanıb. Səbinə isə Oyunlarda gümüş medal əldə edib.

S.Abdullayeva bundan əvvəlki mərhələlərdə ispan Mariya Monik Merensiano Herrero və ukraynalı Nataliya Nikolayçuku məğlub etmişdi.

Xatırladaq ki, cüdo Avropa Oyunlarında yeganə idman növüdür ki, paralimpiyaçıların yarışı baş tutur. Cəmi bir gün keçirilən paralimpiyaçıların yarışlarında Azərbaycanı 3 gözdən əlil cüdoçu təmsil edib. Kişi paracüdoçularımızdan 90 kq-dan artıq çəkidə təmsilçilərimizdən biri İlham Zəkiyev yarışların qızıl, həmin çəkidəki digər idmançımız Zakir Mislimov isə bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, bu gün cüdo yarışlarına Azərbaycanın 8 təmsilçisi qoşulub. Onlardan 5 nəfəri -Xanım Hüseynova (-63), Nuriyyə Axundova (-63), Nərgiz İbrahimova (-70), Validə Mirzəzadə (-70) və Rüstəm Orucov (-73) artıq mübarizəni erkən mərhələlərdə dayandırıb.

---------

17:38

Bu gün Avropa Oyunlarında paralimpiyaçı cüdoçuların yarışında təmsilçimiz finala vəsiqə əldə edib.

Trend xəbər verir ki, gözdən əlil kişi cüdoçuların 90 kq-dan artıq çəkidəki yarışında cəmi 7 idmançı iştirak etdiyindən cüdoçular mübarizəyə birbaşa 1/4 final mərhələsindən qoşulublar.

Ölkəmizi kişilərin yarışında təmsil edən iki idmançıdıan biri - 2 dəfə Paralimpiya Oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu İlham Zəkiyev isə mübarizəyə birbaşa yarımfinaldan qatılıb.

O, yarımfinalda Yunanıstan təmsilçisi Klimiz Papaxristos ilə qarşılaşıb. Adlı-sanlı paracüdoçumuz rəqibinə heç bir dəqiqə də tamami üzərində qalmaq şansı verməyib. Paracüdoçumuz azarkeşlərin gur alqış sədaları altında yunan idmançını saxlama (asai-komi) fəndinə salıb və vaxtından əvvəl qalib gələrək adını yarışların finalına yazdırıb.

İlhamın finaldakı rəqibi Oleksandr Pominov olacaq.

57 kq-dək gözdən əlil qadın cüdoçuların yarışında isə təmsilçimiz Səbinə Abdullayeva da finala adlayıb.

---------

17:31

Bu gün Avropa Oyunlarında paralimpiyaçı cüdoçuların yarışında təmsilçimiz yarımfinala vəsiqə əldə edə bilməyib.

Trend xəbər verir ki, gözdən əlil kişi cüdoçuların 90 kq-dan artıq çəkidəki yarışında cəmi 7 idmançı iştirak etdiyindən cüdoçular mübarizəyə birbaşa 1/4 final mərhələsindən qoşulublar.

Ölkəmizi kişilərin yarışında təmsil edən iki idmançıdan biri - Zakir Müslümov 1/4 final mərhələsində ukraynalı Oleksandr Pominov ilə üzləşib.

Bu görüşdə Ukrayna təmsilçisi ippon fəndi ilə vaxtından əvvəl tam qələbə qazanaraq yarımfinala çıxıb. Buna baxmayaraq, paracüdoçumuz Z.Müslümov yarışların bürünc medalını qazanmaq şansını hələ saxlayıb.

O, 3-cü yer uğrunda görüşə çıxmaq hüququnu əldə etmək üçün təsəlliverici görüşdə Fransa paracüdoçusu Jülyen Torineslə qarşılaşıb.

Zakir əvvəlcə rəqibinə yuko xalı ilə qiymətləndirən fənd tətbiq edib. Lakin daha sonra o, ipponla qiymətləndirilən fənd işlədərək vaxtından əvvəl tam qələbə qazanıb.

Bununla da paracüdoçumuz Avropa Oyunlarının bürünc medalı uğrunda döyüşmək hüququ əldə edib.

Digər təmsilçimiz, 2 dəfə Paralimpiya Oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu İlham Zəkiyev isə mübarizəyə birbaşa yarımfinaldan qoşulacaq.

Qeyd edək ki, bu gün cüdo yarışlarına Azərbaycanın 8 təmsilçisi qoşulub. Onlardan 5-i - Xanım Hüseynova (-63), Nuriyyə Axundova (-63), Nərgiz İbrahimova (-70), Validə Mirzəzadə (-70) və Rüstəm Orucov (-73) artıq mübarizəni erkən mərhələlərdə dayandırıb.

Ona görə də indi komandanın ümidi yalnız 3 paracüdoçuya qalıb.

----------

15:35

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında paralimpiyaçı cüdoçuların yarışları keçirilir.

Trend xəbər verir ki, cüdo Avropa Oyunlarında yeganə idman növüdür ki, burada paralimpiyaçıların yarışı keçirilir. Cəmi bir gün keçirilən paralimpiyaçıların yarışlarında Azərbaycanı 3 gözdən əlil cüdoçu təmsil edir. Onlardan biri qadınların, digər ikisi isə kişilərin yarışında mübarizə aparır.

57 kq-dək gözdən əlil qadın cüdoçuların yarışında cəmi 8 idmançı iştirak etdiyindən cüdoçular mübarizəyə birbaşa 1/4 final mərhələsindən qoşulublar. Bu mərhələdə təmsilçimiz Səbinə Abdullayevanın rəqibi İspaniya təmsilçisi Mariya Monik Merensiano Herrero ilə üzləşib.

Cəmi bir neçə saniyə davam edən qarşılaşmada cüdoçumuz ipponla qiymətləndirən fənd işlədərək vaxtından əvvəl tam qələbə ilə qalib gəlib və yarışların yarımfinalına çıxıb.

Gözdən əlil kişilərin yarışından 90 kq-dan artıq çəkidə ölkəmizin şərəfini adlı-sanlı idmançı, 2 dəfə Paralimpiya Oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu İlham Zəkiyev, eləcə də Zakir Müslümov qoruyacaq. Z.Müslümov 1/4 final mərhələsində ukraynalıOleksandr Pominov ilə üzləşəcək. İ.Zəkiyev isə mübarizəyə birbaşa yarımfinaldan qoşulacaq.

Qeyd edək ki, bu gün cüdo yarışlarına Azərbaycanın 8 təmsilçisi qoşulub. Onlardan 5-i - Xanım Hüseynova (-63), Nuriyyə Axundova (-63), Nərgiz İbrahimova (-70), Validə Mirzəzadə (-70) və Rüstəm Orucov (-73) artıq mübarizəni erkən mərhələlərdə dayandırıb.

İndi ümid yalnız 3 paralimpiyaçı cüdoçumuza qalıb.

Maraqlıdır ki, Azərbaycan 81 kq-dək cüdoçuların yarışında ümumiyyətlə təmsil olunmur.

----------

13:42

Avropa Oyunlarının cüdo yarışlarında Azərbaycanı 63 kq-dək çəki dərəcəsində təmsil edən qadın təmsilçimiz Xanım Hüseynova da mübarizəni dayandırıb.

Trend-in məlumatına görə, o, 1/8 final mərhələsində Fransadan olan dünya çempionu Klaris Aqbeqneno ilə qarşılaşıb. Fransız cüdoçu görüş başlar-başlamaz azərbaycanlı rəqibinə göz açmağa imkan verməyib və qarşılaşmanın 2-ci dəqiqəsində ağrıdıcı fənd tətbiq edərək vaxtından əvvəl ipponla qalib gəlib.

Xatırladaq ki, bu gün cüdo yarışlarına Azərbaycanın 8 təmsilçisi qoşulub. Onlardan 5-ci artıq mübarizəni dayandırıb. İndi ümid yalnız digər 3 paralimpiyaçı cüdoçumuza, gözdən əlil idmançılarımıza qalıb.

---------

12:27

Trend xəbər verir ki, Avropa Oyunlarının cüdo yarışlarının ikinci günü Azərbaycan təmsilçilərindən ilk olaraq tatami üzərinə 63 kq-dək çəki dərəcəsindəki qadın təmsilçimiz Xanım Hüseynova çıxıb. Onun seçmə mərhələsindəki rəqibi Makedoniya idmançısı Katerina Nikoloska olub.

Görüşə Makedoniya təmsilçisi daha fəal başlayıb və bir yuko xalı ilə önə keçib. Sona doğru X.Hüseynova bunun əvəzini çıxıb. Amma son saniyələrdə cüdoçumuz daha bir yuko xalı ilə qiymətləndirilən fənd tətbiq edib. Nəticədə Xanım qalib gələrək 1/8 final mərhələsinə vəsiqə əldə edib.

Növbəti mərhələdə cüdoçumuzun rəqibi Fransa idmançısı Klaris Aqbeqneno olacaq.

X X X

Avropa Oyunlarının cüdo yarışlarında Azərbaycanı 63 kq-dək çəki dərəcəsində təmsil edən daha bir cüdoçumuz Nuriyyə Axundova seçmə mərhələdə Polşa idmançısı Aqata Ozdoba ilə qarşılaşıb. Cəmi bir neçə saniyə davam edən görüşdə təmsilçimizə ağrıdıcı fənd tətbiq edən Polşa cüdoçusu qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

Eyni aqibəti Azərbaycanın medal ümidlərindən hesab edilən kişi cüdoçumuz, 73 kq çəki dərəcəsindəki təmsilçimiz Rüstəm Orucov da yaşayıb. Çex idmançı Yezek Yaromir ilə görüşdə rəqibinin ağrıdıcı fəndinə düşən Rüstəm məğlub olub və mübarizəni erkən dayandırıb.

X X X

Çəkisi 70 kq-dək olan qadın cüdoçuların yarışlarında Azərbaycanı təmsil edən Validə Mirzəzadə Belçika cüdoçusu Roksane Taeymans ilə üz-üzə gəlib və vaxtından əvvəl məğlub olub.

Eyni çəkidə çıxış edən digər cüdoçumuz Nərgiz İbrahimova təsnifat mərhələsində Xorvatiya təmsilçisi Barbara Matiç ilə qarşılaşacaq.

Gözdən əlil cüdoçuların yarışında isə ölkəmizi iki kişi, bir qadın idmançı təmsil edəcək. 57 kq-dək gözdən əlil qadın cüdoçuların yarışında mübarizəyə birbaşa 1/4 final mərhələsindən qoşulacaqSəbinə Abdullayevanın rəqibi İspaniya təmsilçisi Mariya Monik Merensiano Herreroolacaq.

90 kq-dan artıq çəkidə gözdən əlil kişilərin yarışında ölkəmizin şərəfini adlı-sanlı idmançımızİlham Zəkiyev və Zakir Müslümov qoruyacaqlar. Z.Müslümov 1/4 final mərhələsində ukraynalı Oleksandr Pominov ilə üzləşəcək. İ.Zəkiyev isə mübarizəyə birbaşa yarımfinaldan qoşulacaq.

XXX

Çəkisi 70 kq-dək olan qadın cüdoçuların yarışlarında Azərbaycanı təmsil edən Nərgiz İbrahimova təsnifat mərhələsində Xorvatiya təmsilçisi Barbara Matiç ilə qarşılaşıb və o da mübarizəni erkən dayandırıb.

Görüş cəmi bir neçə saniyə davam edib və xorvat cüdoçu ipponla qalib gələrək növbəti mərhələyə vəsiqə əldə edib.

-----------

11:00

Avropa Oyunlarının 15-ci günü Heydər Əliyev adına İdman Arenasında cüdo yarışları keçirilir.

Yarış cədvəli belədir: 

11:00    Kişilər arasında -73 kq 1/32 Seçmə Mərhələsi

11:00    Kişilər arasında -81 kq 1/32 Seçmə Mərhələsi

11:24 *    Qadınlar arasında -63 kq 1/16 Seçmə Mərhələsi

11:36 *    Qadınlar arasında -70 kq 1/16 Seçmə Mərhələsi

11:54 *    Kişilər arasında -73 kq 1/16 Seçmə Mərhələsi

12:36 *    Kişilər arasında -81 kq 1/16 Seçmə Mərhələsi

13:24 *    Qadınlar arasında -63 kq 1/16 Seçmə Mərhələsi

13:36 *    Kişilər arasında -73 kq 1/16 Seçmə Mərhələsi

13:36 *    Qadınlar arasında -70 kq 1/16 Seçmə Mərhələsi

14:00 *    Kişilər arasında -81 kq 1/16 Seçmə Mərhələsi

14:24 *    Qadınlar arasında -63 kq 1/4 Finallar

14:30 *    Kişilər arasında -73 kq 1/4 Finallar

14:36 *    Qadınlar arasında -70 kq 1/4 Finallar

14:42 *    Kişilər arasında -81 kq 1/4 Finallar

14:54 *    Qadınlar arasında -57 kq Gözdən Əlillər Cüdosu 1/4 Finallar

15:06 *    Kişilər arasında +90 kq çəki Gözdən Əlillər Cüdosu 1/4 Finallar

15:12 *    Qadınlar arasında -63 kq Yarımfinallar

15:12 *    Qadınlar arasında -63 kq Təsəlliverici Görüş

15:18 *    Qadınlar arasında -57 kq Gözdən Əlillər Cüdosu Təsəlliverici Görüş

15:24 *    Kişilər arasında -73 kq Yarımfinallar

15:24 *    Kişilər arasında -73 kq Təsəlliverici Görüş

15:30 *    Qadınlar arasında -57 kq Gözdən Əlillər Cüdosu Yarımfinallar

15:36 *    Qadınlar arasında -70 kq Yarımfinallar

15:36 *    Qadınlar arasında -70 kq Təsəlliverici Görüş

15:42 *    Kişilər arasında +90 kq çəki Gözdən Əlillər Cüdosu Təsəlliverici Görüş

15:48 *    Kişilər arasında -81 kq Yarımfinallar

15:48 *    Kişilər arasında -81 kq Təsəlliverici Görüş

15:48 *    Kişilər arasında +90 kq çəki Gözdən Əlillər Cüdosu Yarımfinallar

19:00    Qadınlar arasında -63 kq Bürünc Medal Final Yarışları

19:20 *    Qadınlar arasında -63 kq Final

19:30 *    Kişilər arasında -73 kq Bürünc Medal Final Yarışları

19:50 *    Kişilər arasında -73 kq Final

20:00 *    Qadınlar arasında -70 kq Bürünc Medal Final Yarışları

20:20 *    Qadınlar arasında -70 kq Final

20:30 *    Kişilər arasında -81 kq Bürünc Medal Final Yarışları

20:50 *    Kişilər arasında -81 kq Final

21:00 *    Qadınlar arasında -57 kq Gözdən Əlillər Cüdosu Bürünc Medal Final Yarışları

21:20 *    Qadınlar arasında -57 kq Gözdən Əlillər Cüdosu Final

21:30 *    Kişilər arasında +90 kq çəki Gözdən Əlillər Cüdosu Bürünc Medal Final Yarışları

21:50 *    Kişilər arasında +90 kq çəki Gözdən Əlillər Cüdosu Final

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM