"Bakı-2015" I Avropa Oyunları davam edir. 

Artıq 217 dəst medal sahibini tapıb.

İlk pillədə Rusiya qərarlaşıb. Şimal qonşumuzun aktivində 69-u qızıl, 34-ü gümüş və 36-sı bürünc olmaqla ümumilikdə 139 maedal var. Milli komandamız 52 medal qazanıb. Onlardan 18-i qızıl, 14-ü gümüş, 20-si bürünc medaldı. Böyük Britaniya 16 qızıl, 8 gümüş, 16 bürünc medalla ilk "üçlüy"ü qapayır.

Yığmamızın üzvləri bu gün 3 qızıl, 3 bürünc əldə ediblər.

Qeyd edək ki, Bakı-2015-in arxada qalan 15 günündə ümumilikdə 729 - 217 qızıl, 217 gümüş, 295 bürünc medalın sahibi müəyyənləşib. Medalçı 42 ölkədən 28-i çempionluq sevinci yaşayıb.