Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 30-da Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 22-25˚, gündüz 32-37˚ isti olacaq.

Azərbaycanın rayonlarında da iyunun 30-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 20-25˚, gündüz 35-40˚, bəzi yerlərdə 42˚, dağlarda gecə 15-20˚, gündüz 27-32˚ isti olacaq.