Almaniya: “məhdud suverenlik” sindromu

12:02 / 30.06.2015

Elman Nəsirov

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

Almaniya tarixən olduğu kimi, indi də Avropada baş verən bütün proseslərin mərkəzində yer tutmaqdadır. Bu da təsadüfi deyildir. XX əsrdə Avropanın və eləcə də, bütün dünyanın tarixində dəhşətli iz qoyan I  və II dünya müharibələri, habelə “soyuq müharibə” dövrü birbaşa Almaniya ilə bağlıdır. Xüsusən 1990-cı ildə  II dünya müharibəsində qalib gəlmiş dörd dövlətin-SSRİ, ABŞ, Böyük Britaniya və Fransanın “xeyir-duası” ilə Almaniya Demokratik Respublikasının (ADR) Almaniya Federativ Respublikasına (AFR) birləşdirilməsi  “qoca qitə”də  “cavan” güclü dövlətin yaranmasını şərtləndirsə də, eyni zamanda gələcəkdə  məlum arealda  yeni təhlükəli  tendensiyaların yaranması üçün münbit şəraiti formalaşdırmışdır. Fikrimizi məntiqi ardıcıllıqla izah etməyə çalışaq.

1990-cı il sentyabrın 12-də Almaniyaya münasibətdə yekun tənzimlənmə müqaviləsi (“2+4” müqaviləsi və ya Moskva müqaviləsi”)  AFR-in işğal statusunun qalıqlarını və ilk növbədə qalib dövlətlərin bu ərazidə hüquqlarını ləğv etsə də, hər halda bir sıra məhdudiyyətləri də qoruyub saxlamışdır.

Birincisi, Bundesver (AFR-in silahlı qüvvələri) ilə bağlı məhdudiyyətlər tətbiq olunmuşdur. AFR-in silahlı qüvvələri 4 il ərzində 370 min nəfərə qədər ixtisar edilməli idi. 1954-cü il Paris protokollarında əks olunmuş kütləvi qırğın silahlarının istehslı, saxlanılması və yayılmasından imtina etmək  siyasətinə sadiqliyini təsdiqləyirdi. Müqavilədə göstərilirdi ki, Almaniya torpağından yalnız sülh təşəbbüsləri gəlməlidir. Almaniya silahlı qüvvələrindən yalnız BMT-nin razılığı əsasında istifadə oluna bilər.

İkincisi, Almaniyaya hərbi-siyasi məsələlər üzrə referendum keçirilməsi qadağan edən öhdəliklər bir daha təsdiqlənirdi.

Üçüncüsü, Moskva müaviləsi birbaşa da olmasa, hər halda 1952-ci il Bonn müqaviləsi ilə müəyyən edilmiş mexanizmi qüvvədə saxladı. Başqa sözlə, Almaniya xarici siyasət məsələləri ilə bağlı qalib dövlətlərlə  müntəzəm məsləhətləşmələr aparmalıdır. Düzdür, Moskva müqaviləsinin imzalanması ilə əslində Bonn müqaviləsi öz fəaliyyətini dayandırırsa da, məlum məhdudiyyət öz qüvvəsini saxlayırdı. Razılaşmaya görə, yalnız Almaniya ilə sülh müqaviləsi imzalanacağı təqdirdə həmin məhdudiyyət aradan qalxa bilərdi. Lakin Moskva müqaviləsi hüquqi baxımdan sülh müqaviləsi statusuna malik deyildi.

Nəhayəət, AFR sülh müqaviləsi imzalanana qədər ərazisindən xarici silahlı qüvvələrin çıxarılmasını tələb edə bilməzdi. Bu öhdəlik 1952-ci il Bonn müqaviləsində də əks olunmuşdu. Moskva müqaviləsi Almaniya ərazisindən qalib dövlətlərin qoşunlarının çıxarılmasının müddətini, habelə bu məsələ ilə bağlı Almaniya tərəfindən qalib dövlətlərə müvafiq müraciətin ünvanlanması mexanizmini özündə ehtiva etmirdi. Yeri gəlmişkən, Sovet İttifaqı yalnız könüllü olaraq 1994-cü ilin avqust ayında qoşununu AFR-dən çıxarmışdır. Bu sahədə məhdudiyyət yalnız NATO qüvvələrinin keçmiş Almaniya Demokratik Respublikası ərazisində yerləşdirilməısinə qarşı tətbiq olunurdu. Sonradan bu məhdudiyyətin yalnız kağız üzərində qaldığı da bəlldir. \

Vahid alman dövlətinin yaranmasına “soyuq müharibə”nin başa çatmasının indikatorlarından biri kimi yanaşanlarla yanaşı, bu hadisənin Avropa üçün qaranlıq perspektivlər vəd etdiyini bildirən məşhur düşuncə sahibləri də vardır.

1990-cı ilin may ayında məşhur ABŞ sosioloqu Daniel Bell “Dissent” jurnalında  çap etdirdiyi “Almaniya-fasiləsiz qorxu” başlıqlı məqaləsini Osvald Şpenqlerdən gətirdiyi bir sitatla başlayır: “ Tarix-bu taledir”. Sonra fikrini davam etdirən ekspert ilk baxışdan təəcüblü görünə, lakin olduqca ibrətamiz  bir tezis irəli sürür: “Əlbəttə, Almaniyanın birləşməsinə sevinmək lazımdır. Ancaq bu hadisənin nəticəsi olaraq meyadan gələcək yeni və köhnə təhdidlər, çağırışlar tez bir zamanda əvvəlki pozitiv emosiyaların üstündən xətt çəkə bilər.”

Elə həmin ilin avqustunda digər tanınmış amerikalı alim Con Mirşaymer “Biz niyə tezliklə “soyuq müharibə” üçün darıxacağıq” adlı kifayət qədər ciddi siyasi rezonansa səbəb olan bir məqalə nəşr etdirdi. Bu müəllif də eyni narahatlığını ifadə etdi. Amerikalı mütəxəssisin mövqeyinə görə, Almaniyanın birləşdirilməsi  Avropanın II dünya müharibəsinə qədərki dövr siyasətə qayıdışı risqini artırır. Həmin dövr siyasətinin mərkəzi elementi isə, heç kəsə sirr deyildir ki, faşist Almaniyası olmuşdur. Mirşaymerin 25 il əvvəl gəldiyi qənaətə görə, Almaniya millətçiliyin artması yoluna yuvarlana bilər. Bu gün Avropanın lokomotivi hesab olunan Almaniyada baş verən və əslində bütün qitə üçün təhlükə mənbəyi olan prosesləri izlədikdə yuxarıda fikirlərinə istinad etdiyimiz hər iki müəllifin siyasi erudisiyasına və öncəgörmə qabiliyyətinə heyran olamaya bilmirsən.

2014-cü ilin oktaybr ayında Almaniyanın Drezden şəhərində qatı  irqçi  B. Lults tərəfindən yaradılmış  PEGİDA-Qərbin İslamlaşdırılması Əleyhinə Avropalı Vətənpərvərlər Hərəkatı  “qoca qitə”də şovinist qüvvələrin  antiislam mübarizəsinin  bayraqdarı roluna iddialıdır. Artıq hərəkat Almaniyanın bir sıra şəhərlərində öz şəbəkəsini və “brend”ini yaratmışdır: Dyüsseldorfda-DÜDİGA, Leypsiqdə-LEGİDA, Vyurtsburqda –WÜGIDA, Kölndə-KÖGİDA. Almaniya kansleri Angela Merkel  bir müddət öncə Berlində Türkiyənin Baş naziri Əhməd Davıdoğlu ilə birlikdə keçirdikləri mətbuat konfransında “İslam  alman həyatının tərkib hissəsidir. PEGİDA-nın tərəfdarları ürəklərində nifrət bəsləyən insanlardır,”-fikrini səsləndirsə də, antiislam hərəkatın  2015-ci ilin yanvarın 12-də Drezdendə keçirdikləri yürüşdə 25 min nəfərdən artıq insanın iştirak etməsi artıq sivil dünya üçün  həyəcan siqnalı kimi qəbul edilməlidir. Unutmaq olmaz ki, nasional-sosialistlər  də XX əsrin 20-ci illərində Münhendə  şovinist hərəkat formalaşdıranda almanların mütləq əksəriyyət onları ciddi bir qüvvə kimi qəbul etməmişdi. Bu məsuliyyətsiz yanaşmanın bəşəriyyəti hansı fəlakətə sürüklədiyini isbat etməyə lüzum yoxdur. Sübuta ehtiyac olmayan digər həqiqət də ondan ibarətdir ki, Almaniyanın məlum tarixi və bugünkü təhlükəli reallıqları fonunda Azərbaycana qarşı qarayaxma və şər kampaniyasında yer alması  gülünc görünür. Almaniya Bundestaqında hakim və müxalifət partiyalarının ümumalman xarakterli məsələlərində göstərdikləri barışmaz mövqe fonunda regionun lider dövləti olan, regionda sabitlik adası  statusunu daşıyan Azərbaycana münasibətdə nümayiş etdirdikləri  “unikal həmrəylik”yalnız ilk baxışdan təəcüblü görünür. Əslində ölkəmizə münasibətdə nəyin baş  verdiyi sualına Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun cavabı kifayət qədər dolğun və ibrətamizdir: “belə anda biz beynəlxalq islamafob qüvvələrlə üz-üzə gəlirik. Yəni anti-Azərbaycan kampaniyasının arxasında duran birinci amil, səbəb beynəlxalq islamafob qüvvələrin bir müsəlman dövləti olaraq Azərbaycanı özlərinə bərabər bir dövlət kimi öz sıralarında görmək istəməməsidir. Yəni müsəlman dünyasında onların təqdim etdiyi kimi həmişə xaos, anarxiya olmalıdır. Eyni zamanda insanlar bir-birini öldürməlidir. Gecə-gündüz partlayışlar olmalıdır – İraqda, Suriyada. Yəməndə, Misirdə, Liviyada baş verən proseslər bütün müsəlman dünyasına aid olunmalıdır. Nümunəvi modern müsəlman dünyası dünyada təqdir olunmamalıdır”.

Yuxarıda apardığımız təhlillərdən sonra gəldiyimiz nəticə sadə və məntiqidir. Azərbaycana qarşı qarayaxma kampaniyası keçirən müxtəlif qüvvələrin arzularına çatmaq imkanları sıfra bərabərdir. Səbəbi isə aydındır. Azərbaycanda belə ekpserimentlər üçün münbit şərait yoxdur. Çünki ölkəmiz sürətlə inkişaf edir, siyasi və iqtisadi sabitlik hökm sürür. Multikulturalizm həyat tərzinə çevrilmişdir. Ən başlıcası, xalq-hakimiyyət vəhdəti vardır. Xalq Prezidentini sevir, Prezident də xalqının bu etimadını yalnız milli maraqlara söykənən müstəqil siyasəti ilə döğruldur. Bizi həm güclü edən, həm də təzyiq tərəfinə çevirən əsas amil bununla bağlıdır. Bu, təkzibedilməz reallıqdır. Digər reallıq isə ondan ibarətdir ki, öz çirkin siyasətləri ilə demokratiya və insan haqları kimi bəşəriyyətin uzun mübarizə nəticəsində əldə etdiyi tarixi dəyərləri cılız korporativ maraqlar naminə ucuzlaşdıran həmin qüvvələr tarixdə bütöv, tam yox, bir epizod, bir  fraqment, bir ləkə kimi qalacaqlar.

“Ziyanın yarısından qayıtmağın özü bir xeyirdir” kəlamından çıxış edərək, Prezizent İlham Əliyevin həmin antiazərbaycan qüvvələrə ünvanladığı olduqca ibrətamiz və xəbərdaredici fikirləri ilə yazıya yekun vururam: ”Əlbəttə, antiazərbaycan qüvvələri bizə qarşı durmadan fəaliyyət göstərir. Azərbaycanın uğurlu inkişafını qəbul etməyən, bizim işimizə kölgə salmaq, bizi ləkələmək istəyən dairələr öz səylərini davam etdirirlər. Ancaq nə Azərbaycanda, nə də ölkəmizdən kənarda onların səyləri heç bir nəticə vermir və verə bilməz. Biz isə onlara ən yaxşı cavabı öz işlərimizlə veririk və onların nə sözlərinə, nə məqalələrinə, nə bəyanatlarına heç bir əhəmiyyət vermirik və verməyəcəyik.”


Etiket:

Strategiya.az

Xəbərlər
28.07.2021

Azərbaycan MN: Ermənistan atəşkəs rejiminin tələblərinə əməl etmir

28.07.2021

Mustafa Şentopla Ceyhun Bayramov görüş keçirib

28.07.2021

Tələbə təhsil kreditini 10 ilə qaytara bilər

28.07.2021

Mustafa Şəntop: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələri üçün çox əhəmiyyətlidir

28.07.2021

Ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq - XİN

28.07.2021

Kəlbəcər istiqamətində gərginlik davam edir - MN

24.07.2021

“Qənərçay” qum-çınqıl yatağı hərrac qaydasında istifadəyə verilib

24.07.2021

Hazırda Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir - MN

24.07.2021

Son 24 saatda dünyada koronavirusa 573 mindən çox yoluxma qeydə alınıb

24.07.2021

Bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb 

23.07.2021

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

23.07.2021

“Ltv 7” kanalının direktoru və bir neçə əməkdaşı barəsində cinayət işi başlanılıb

23.07.2021

Jerom Lamber: Qarabağ müharibəsinin əsas səbəblərindən biri Minsk qrupunun diplomatik uğursuzluğudur

23.07.2021

Prezident İlham Əliyev: Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir

23.07.2021

Prezident İlham Əliyev: Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər

22.07.2021

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatır

22.07.2021

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür

22.07.2021

Prezident İlham Əliyevin adından Kəlbəcərdə şəhid olmuş jurnalistlərin ailələrinə mənzil sənədləri təqdim edildi

20.07.2021

Toya dəvət edilən qonaqlar içərisində koronavirus xəstəsi aşkarlandı 

20.07.2021

Qurban bayramı ilə əlaqədar bayram namazı qılınıb

20.07.2021

“Azeri Light” neftinin bir bareli 69,33 dollara satılır

20.07.2021

Zərdabda karantin qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb

20.07.2021

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

20.07.2021

Ermənistan XİN-in Azərbaycanı tarix və ərazi iddialarında ittiham edən açıqlaması növbəti cəfəngiyyatdır

20.07.2021

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub, hərbi qulluqçumuz yaralanıb

16.07.2021

Ermənistan Naxçıvanda Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

16.07.2021

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinə sədr təyin edilib - SƏRƏNCAM

16.07.2021

Rusiya ilə Azərbaycan arasında sığorta Memorandumu imzalanıb

16.07.2021

Vətən Müharibəsi Qəhrəmanları üçün nəzərdə tutulan güzəştlər məlum olub - SİYAHI

16.07.2021

Ağdamda növbəti yeni hərbi hissənin açılışı olub

15.07.2021

Prezident İlham Əliyev Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin beşinci ildönümü ilə bağlı Ərdoğana məktub ünvanlayıb

15.07.2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

15.07.2021

Səfirlik Azərbaycan vətəndaşlarını qısa zamanda Rusiya ərazisində hüquqi vəziyyətlərini tənzimləməyə çağırıb

15.07.2021

Prezident İlham Əliyevdən Ermənistana xəbərdarlıq: Sonra gec ola bilər

15.07.2021

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir

15.07.2021

Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub

13.07.2021

Leyla Abdullayeva: Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən şərh belə oluna bilməz

13.07.2021

İlin ikinci yarısında qlobal neft tələbatı sutkada 4,6 milyon barel artacaq

13.07.2021

Azərbaycana gələn 31 nəfərdə "Delta" ştammı aşkarlanıb

13.07.2021

Prezident İlham Əliyev-Qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi” narahatlıq doğurur

13.07.2021

COVID-19 sertifikatları artıq “myGov”da

13.07.2021

Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavinini qəbul edib

13.07.2021

Hərbi qulluqçunun özünü öldürməsi ilə bağlı cinayət işi açıldı

13.07.2021

HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER

11.07.2021

İtkin düşən daha bir hərbi qulluqçunun şəhid olduğu müəyyənləşdi - Hərbi Prokurorluq

10.07.2021

DİN narkotikə qarşı təbliğat üçün vətəndaşlara müraciət edib

10.07.2021

Ermənistan Gədəbəy istiqamətində mövqelərimizi atəşə tutub - MN

10.07.2021

Azərbaycan neftinin qiyməti 77 dollara çatır

09.07.2021

Qəbul imtahanlarında bu suallar salınmayacaq 

09.07.2021

Qubadlı və Laçın rayonlarında Dövlət Sərhəd Xidmətinin iki yeni hərbi hissəsi xidməti istifadəyə verilib