Bu iki idmançını birləşdirən təkcə siyahıda yer almaları deyil. Onlar həm də mayın 3-də rinqdə qarşılaşmışdılar. Bir çox mütəxəssislər bu iki boksçunun görüşünü "əsrin döyüşü" adlandırmışdı. Görüşdən əldə edilən gəlir yarım milyard dolları keçmişdi. Qalib gələn amerikalı Floyd Meyvezer 250 milyon, filippinli Menni Pakyao isə təxminən 120 milyon dollar qazanmışdı.



Ən çox qazanan üçüncü məşhur müğənni Keti Perridir. Onun illik gəliri 135 milyon dollar təşkil edib.



Siyahını 130 milyon dollar gəlirlə "One Direction" pop-qrupu davam etdirib. 



Ən varlı məşhurların ilk beşliyini isə 95 milyon dollarlıq qazancı ilə radio aparıcı, fotoqraf Hovard Stern tamamlayıb



Altıncı yerdə müğənni Hart Bruks qərarlaşıb. Onun illik qazancı 90 milyon dollar təşkil edib.



Yeddinci yerin sahibi 89 milyon dollarlıq gəliri ilə triller və dedektiv yazıçısı Ceyms Pattersondur.



Aktyor Robert Dauni və müğənni Teylor Svift isə səkkizinci yeri bölüşüblər. Onların hər ikisinin illik gəliri 80 milyon dollar təşkil edib. 





Doqquzuncu yerdə 79,5 milyon dollarla futbolçu Kriştianu Ronaldudur.



Nəhayət, ilk onluğu aparıcı amerikalı Raş Limbo tamamlayıb. O, il ərzində 79 milyon dollar qazanıb.



Qeyd edək ki, siyahıda yer alan yeganə rusiyalı məşhur tennisçi Mariya Şarapova olub. O, bir ildə 29,5 milyon dollar qazanmaqla siyahıda 88-ci yerdə qərarlaşıb.