Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 2-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 22-26˚, gündüz 28-33˚ isti olacaq.

Azərbaycanın rayonlarında da iyulun 2-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 20-25˚, gündüz 34-39˚, dağlarda gecə 15-20˚, gündüz 26-31˚ isti olacaq.