Zəngin süfrələr, möhtəşəm mənzərələr, bahalı alış-verişlər... İnternetin ən böyük foto paylaşım şəbəkəsi olan İstagramda gün ərzində minlərlə belə foto paylaşılır. 

İnstagramın ən diqqət çəkəni isə zəngin ailələrinin övladlarıdır. Belə ki, bu şəxslər müntəzəm olaraq yaşadıqları ölkə, şəhərdəki əyləncələrindən, lüks həyatlarından görüntülər paylaşırlar. 

Mətbuatda müntəzəm olaraq belə ailələrin övladlarının həyatı, paylaşdıqları şəkillər müzakirə mövzusu olur. Bu dəfə isə diqqət Azərbaycanın zəngin uşaqlarının həyatına yönəlib. ANS PRESS-in məlumatına görə, Türkiyənin "Milliyət" qəzeti zəngin azərbaycanlılarının İnstagram fotolarını təqdim edib...

Fotolarda Bakının ən məşhur məkanları da əks edilib. Qızlar və oğlanlar əsasən Bakı küçələrində şütüyən lüks maşınlarının, dəniz sahilində istirahətlərinin görüntüsünü yerləşdiriblər. 

Bu zənginlərin kimin övladları olduğu barədə isə heç bir məlumat qeyd edilməyib. 


















İnstagram ancaq foto və 15 saniyəlik videoların paylaşımı üçün nəzərdə tutulan şəbəkədir. Son dövlərdə bu şəbəkəyə qoşulanların sayı sürətlə artır.