Paytaxt Varşavada sakinlər və turistlər sərinləmək üçün çimərliklərə, parklara və fəvvarələrə axışıblar. Burada temperaturun 32 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. 

Poznan, Lodz, Bialistok şəhərlərində də anomal istilər hökm sürür. Sakinlərə günün qızmar çağında evdən çıxmamaq tövsiyə olunsa da, insanlar sərinləmək üçün fəvvarə və göl ətrafına axışıblar.

Qeyd edək ki, isti hava şəraiti bundan öncə Pakistan və Hindistanda pis vəziyyət yaradı b. Belə ki, adıçəkilən ölkələrdə ümumilikdə 4 minə yaxın adam istinin qurbanı olub.