ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 23 yaşlı gənc həyatına son qoyub. 
Yevlax rayonunda anadan olmuş hazırda Bərdədə qeydiyyatda olan 1992-ci il təvəllüdlü Elşad Vaqif oğlu Dadaşov özünü kəndirlə Tərtərçay üzərindəki körpüdə asıb. 

Hadisənin gecə saatarında baş verdiyi ehtimal edilir. Meyit bu gün səhər 08:00 radələrində aşkar edilib. 

Hələlik hadisənin hansı səbəbdən baş verdiyi bilinmir. 
Meyit Məhkəmə tibbi ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb. 

Müayinədən sonra ailəsinə təhvil verilib. 

Qeyd edək ki, Elşad Dadaşov ailəlidir, 1 övladı var. Hazırda faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparıır.