"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər. 

Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək. 

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir. 

Azərbaycanın məşğul vətəndaşları üçün 4 gün iş olmayacaq.

ANS PRESS-in məlumatına görə, Ramazan bayramı ilə əlaqədar dörd gün qeyri-iş günü sayılacaq.
Nazirlər Kabinetindən bildirilib ki, hökumət tərəfindən 2014-cü il noyabrın 21-də “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərar qəbul edilib.

Qərara əsasən, iyulun 17-si və 18-i Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. /anspress/