Avtomobilin sürücüsü 1982-ci il təvəllüdlü Məmmədov Nadir Məmməd oğlu və avtomobildə olan 1 nəfər sərnişin aldıqları bədən xəsarətləri ilə hadisə yerində vəfat etdib. Avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədlər yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:35-də başa çatıb.

Bu gün səhərə yaxın Tovuz rayonunda baş verən dəhşətli qəzada ölən və yaralananların adları da məlum olub. 

Tovuz rayon mərkəzi xəstəxanasının baş həkiminin köməkçisi Mahirə Quliyevanın verdiyi məlumata görə, qəza zamanı 4 nəfər ölüb. Ölənlər arasında 3 yaşlı körpə də var. 
Ölən ailənin üzvləri aşağıdakılardır: 

1. 1981-ci il təvəllüdlü Məmmədov Nadir Məhəmməd oğlu.
2. 1988-ci il təvəllüdlü Tanrıverdiyeva Nərmin Zahid qızı (həyat yoldaşı)
3. 2005-ci təvəllüdlü Məmmədov Aslan Nadir oğlu.
4. 2012-ci il təvəllüdlü Məmmədova Əsma Nadir qızı.

Qəza nəticəsində avtobusun 7 sərnişini də yaralanıb. Onlardan altısına Tovuz rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Bir nəfərin vəziyyəti isə ağır olaraq qalır.

Yaralılar aşğıdakılardır:
1.Eminov Nurəddin Allahyar oğlu- 1951-ci il
2.Mütəllimova Esmira Nəriman qızı- 1966-cı il
3.Mehdizadə Əli Azər oğlu- 1994-cü il
4.İbrahimov Cavad Əsəd oğlu- 1936- cı i
5.Məmmədrzayeva Gülbadə Əmirxan qızı- 1951- ci il
6.Mehrəliyeva Asya Ələsgər qızı- 1936- cı il

Vəziyyəti ağır olan şəxs Quliyev Elmir Əziz oğlu reanimasiyadadır.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət açılıb, araşdırma aparılır.