182 gündən artıq xaricdə olmuş məcburi köçkünlərə müavinət verilməyəcək

11:43 / 11.07.2015

Fərarilik etmiş, il ərzində 182 gündən artıq xaricdə olmuş və deputat seçilmiş məcburi köçkünlərə müavinət verilməyəcək 

Azərbaycanda məcburi köçkün statusu olan şəxslərə hansı hallarda yemək xərci üçün aylıq müavinət verilib-verilməyəcəyi müəyyənləşib.

APA-nın məlumatına görə, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bununla bağlı “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimatı” yeni redaksiyada təsdiq edib.

Yemək xərci üçün aylıq müavinət ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan “məcburi köçkün” statusuna malik olan şəxslərə, hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara, “məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya  himayəçiləri çıxış edirlər) və məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin işğal zamanı əvvəlki yaşayış yeri üzrə  qeydiyyatdan çıxmayan, sonradan ərazisi işğal olunmuş rayonda ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş şəxslərə veriləcək.

Yemək xərci üçün aylıq müavinət məcburi köçkün olduqdan sonra mənzil qanunvericiliyinə və ya mülki‑hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvü olan şəxslərə (şəhid ailələri istisna olunmaqla), məcburi köçkün olduqdan sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər)  üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla), məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmamış rayon sakininə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə və onların uşaqlarına, məcburi köçkün olduqdan sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin ərazisi işğal olunmuş  rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə verilmir və ya dayandırılır. Bu sıraya Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının baş naziri, Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən  vəzifəyə təyin olunan və Milli Məclisə deputat seçilmiş  məcburi köçkünlər, hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlər, hərbi xidmətdə olan məcburi köçkünlər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müəssisələrində cəza çəkən məcburi köçkünlər, “məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” statusu olan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) şəxslər, “məcburi köçkün” statusuna malik olub təqvim ilində üst-üstə 182 gündən artıq başqa ölkədə olan məcburi köçkünlər, valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlar, səfərbərlikdən yayınmış, fərarilik etmiş “məcburi köçkün” statuslu şəxslər,  Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilən “məcburi köçkün” statusu olan şəxslər daxildir.

Eyni zamanda “məcburi köçkün” statusuna malik olub təqvim ilində üst-üstə 182 gündən artıq olmadan başqa ölkəyə getmiş məcburi köçkünlərə geri qayıdanadək (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra yemək xərci üçün aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir) yemək xərci üçün aylıq müavinət verilmir.

Təlimata əsasən  məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin -  müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin hər il yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş siyahılarını hazırlayıb təsdiq edir, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə  təqdim edir. Komitə məcburi köçkünlərin siyahılarını aldıqdan sonra müavinətin məbləğini müəyyənləşdirir və Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edir. Maliyyə Nazirliyi yemək xərci üçün aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin nümayəndəsi müvəkkil bankın müvafiq filiallarına notariat qaydasında təsdiq olunmuş imza və möhür nümunələri vərəqəsini təqdim edir. Ödəniş kartları hazır olduqdan sonra müvəkkil bankın nümayəndəsi və Komitənin etibarnamə (əsasında fəaliyyət göstərən səlahiyyətli nümayəndəsi 2 tərəfli təhvil-təslim aktını tərtib edir və imzalayırlar. Bundan sonra kartlar və fərdi identifikasiya nömrəsi (FİN) zərflərdə Komitə tərəfindən etibarnamə verilmiş səlahiyyətli nümayəndəyə təhvil verilir. Ödəniş kartları və FİN-kod əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları tərəfindən məcburi köçkünlərə çatdırılır. Əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları tərəfindən verilmiş siyahı əsasında müvəkkil bank hərəkət qabiliyyətinə malik olmayan məcburi köçkünlərə  müavinəti POS-terminal vasitəsi ilə yaşadığı ünvanda verə bilər (rabitə və enerji mənbəyi olduğu halda). Məcburi köçkün ödəniş kartını itirdikdə və ya onun FİN kodunu unutduqda o, bu barədə qeydiyyatda olduğu icra hakimiyyəti orqanına müraciət edir. Əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri isə müvəkkil bankın filialına tapşırıq verir.  Ödəniş kartını itirmiş və ya FİN kodunu unutmuş şəxsin vəsaiti hesabına bankın filialı tərəfindən yeni ödəniş kartı hazırlanaraq Komitənin səlahiyyətli nümayəndəsinə təhvil verilir. Məcburi köçkünün ödəniş kartı bankomat tərəfindən bloklaşdırıldıqda  kart sahibinin müraciətinə əsasən bu ödəniş kartı müvəkkil bank tərəfindən müvafiq qaydada araşdırıldıqdan sonra vətəndaşa verilir. Məcburi köçkün vəfat etdikdə və ya bu Təlimata uyğun olaraq yemək xərci müavinəti dayandırıldıqda  müvəkkil bank Komitənin və ya əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının yazılı bildirişinə əsasən həmin şəxslərə məxsus olan kartları bloklaşdırır.

Yeni Təlimatın qəbul edilməsi ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2010-cu il 10 dekabr tarixli 127 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat” ləğv edilib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM