“Pul udan şəxs bir nəfərlə gəlmişdi. Dostu kupon doldursa da özü oynamaq istəmirdi. Dostu təkid etdiyi üçün o da oynadı. Bundan sonra bir kupon özü doldurdu, bir kupon da cihazda doldurdu. Hansı kuponun udduğunu bilmirəm. Amma deyəsən cekpot cihazda doldurulan kupona çıxıb”. 

Cekpot udan şəxsin ictimai nəqliyyatda sürücü olduğunu deyən şöbə işçisi onun barəsində çox da məlumata sahib olmadığını bildirib. 

“Cekpot bizim şəhərə çıxdığı üçün sevinirəm. Hesab edirəm ki, pulunu cümə günü götürüb. Amma buralara gəlməyib. Onu hələ də gözləyirik. Udulan məbləğ 2 milyon 140 min. Bizim şəhərdə çox da cekpot çıxmaz. Eşitdiyimə görə bu, Tekirdağda udulan ən böyük məbləğdir...”