I, II, III və ya IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən cari ilin 11-ci sinif məzunları həmçinin kolleclərə də ərizə təqdim etmək hüququna malikdirlər. Bu zaman onlar ikinci ödəmə kartı almadan I, II, III və ya IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə təqdim etmək üçün əldə etdikləri ödəmə kartı ilə qeydiyyatdan keçə bilərlər.



Elektron ərizə təqdim etmək üçün bu linkə müraciət etmək olar. 

Qeyd edək ki, orta məktəbi bu il (2015-ci ildə) bitirən abituriyentlər 11-illik bazada kolleclərin müsabiqəsində buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər. Müsabiqədə ümumi balı 16-dan, Ana dili və riyaziyyat fənlərinin hər birindən minimal balı 8-dən az olmayan (xarici dil və ya kimya fənni üzrə minimal bal tələbi qoyulmur) abituriyentlər iştirak edə bilərlər.