Azərbaycanda narkozla əlaqədar bəzi səhv yanaşmalara aydınlıq gətirildi

09:59 / 02.08.2015

Baş anestezioloq Azərbaycanda narkozun qəbulu ilə əlaqədar bəzi səhv yanaşmalara aydınlıq gətirib.

Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimotoloqu, Sertifikasiya Şurasının İxtisas Komissiyasının sədri, əməkdar həkim Aydın Qədirov Trend-ə açıqlamasında bildirib ki, bəzən əməliyyat olunmuş xəstə əməliyyatdan sonra yaranan narahatlıqlarını, əsəbiliyini "narkozu qusmaması" ilə əlaqələndirir: “Bəzən xəstə "narkozu qusmadığını" deyir. Bunu bəzən hətta cərrahların özləri deyir. Amma bu, tamamilə yanlış fikridir. Narkoz qusulmur, çünki o, dərmanlar verilməklə orqanizmdə neytrallaşdırılır”.

A.Qədirli əlavə edib ki, bəzi hallarda insanlar hansısa xəstənin narkozdan ayılmadığını söyləyirlər: "Lakin bu, mümkün deyil. Çünki hazırkı dövrdə istifadə edilən narkoz çoxkomponentlidir. Narkoz vurularkən dərmanların farmakoloji effektləri nəzərə alınmaqla kombinasiyalar yaradılır: “Əgər narkoz çoxkomponentlidirsə, onun birinin dozasını artıq edə bilərsən. Bu isə xəstəni öldürmür. Xəstənin ölümü bu kombinasiyaların düzgün qurulmamasından mümkün ola bilər. Yaxud xəstənin sağlamlıq durumu nəzərə alınmaya bilər. Məsələn, xəstədə hər hansı patologiya - infarkt, qan azlığı, aşağı, yaxud yüksək təzyiq ola bilər. Belə hallarda narkozun seçimi düzgün edilməyəndə fəsad yarana bilər. Bu isə artıq narkozun dozası ilə əlaqədar deyil. Ola bilər ki, verilən narkoz sağlam adam üçün normal olsun, amma xəstə adamda bu, patologiya törədə, onun ürək-damar sistemində, mərkəzi sinir sistemində olan problemləri ortaya çıxara bilər. Narkozun dozalaşdırılmasına ciddi göstərişlər və yanaşmalar var. Narkozun dərmanlarının dozalarını bizim yanımızda işləyən tibb bacıları da bilir. Ən naşı həkimlər də bilir ki, dərmanı hansı dozada vurmaq lazımdır”.

Baş anestezioloq-reanimotoloq deyib ki, belə halların baş verməməsi üçün xəstələr əməliyyata getməmişdən əvvəl geniş şəkildə tibbi müayinə olunmalıdırlar: "Bu, daha çox narkozun seçiminin düzgün aparılması üçün lazımdır. Lakin bəzi hallarda bu müayinələr də tam aparılmır".

Buna təəssüflənən baş mütəxəssis Azərbaycan əhalisi arasında bununla bağlı maarifləndirmə işlərinin aparılmasına da ehtiyacın duyulduğunu söyləyib.

A.Qədirlinin sözlərinə görə, 40-60 il əvvəl anesteziya üçün istifadə edilən dərman beynin bütün şöbələrinə təsir edirdi. Buna görə də narkozun fəsadları yaranırdı. Lakin hazırda farmakologiya, tibbi texnikanın inkişafı ilə əlaqədar anesteziyanın aparılması üçün xəstəyə seçici təsirə malik dərmanlar vurulur: “Ümumi narkoz olduqda isə mütləq mərkəzi sinir sistemi, yəni beyin yatızdırılır. Beyin çox mürəkkəb orqandır, onun müxtəlif şöbələri var. Narkoz zamanı həmin törəmələrə seçici təsirə malik dərman vurulur, qavrama dayandırılır. Baş-beyində ağrını qəbul edən şöbələrə - baş-beyin qabığına, qabıqaltı törəmələrə, uzunsov beynə və s. seçici təsir göstərilməklə ağrının hiss edilməsi ləngidilir”.

Baş mütəxəssis bəzən xəstələrin narkozdan çox pis şəkildə ayılmasına da aydınlıq gətirib. Onun sözlərinə görə, narkozdan ayılan zaman xəstədə hallusinasiya, sayıqlama, yuxugörmə, psiximotor oyanıqlığı kimi xoşagəlməz halların baş verməməsi üçün ona əlavə dərman vurulmalıdır: “Elə dərmanlar var ki, onun mənfi tərəfləri də olur. Anestezioloq bunları nəzərə almaqla, xoşagəlməz təsirləri aradan qaldırmaq üçün digər preparatlar da daxil etməlidir. Bununla yanaşı, əməliyyata gedən xəstələrdə hansısa xəstəliyin fəsadları da ola bilər. Bunu nəzərə alaraq, anestezioloq narkoz üçün seçim etməlidir. Bu gün çox seçici təsirə malik xeyli dərman var. Bu seçicilik də anestezioloqların imkanlarını artırır”.trend.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM