Elçibəyin vəfatından 15 il ötür - FOTO

10:33 / 22.08.2015

Bu gün milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatından 15 il ötür. Elçibəyin adı müstəqil Azərbaycanın tarixində bir çox hadisələrlə yadda qalıb. O, 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub. Əbülfəz Elçibəy 70-ci illərdə Azərbaycandakı dissident siyasi fikrin nümayəndələrindən olub. O vaxtın dissidentləri daha çox ədəbiyyat sahəsinin adamları olduqları üçün etirazları da poetik ifadə çərçivəsində qalır və rasional etiraz forması ala bilmirdi. Amma Əbülfəz Elçibəyin başqalarından fərqi onda idi ki, o öz etirazının siyasi sistemdəki və iqtisadiyyatdakı hədəflərini müəyyən edə bilirdi. Tarixçi olması ona imperiyanın mövcudluğunun sosial, iqtisadi və siyasi səbəblərini müəyyənləşdirmək imkanı verirdi.

Əbülfəz Elçibəy bir millətçi və türkçü idi. Amma onun millətçiliyi ifrata varmır və çoxluğun azlıq üzərində hegemonluğunu ehtiva etmirdi. Elə buna görə də 1992-ci ilin 7 iyununda Azərbaycan Respublikasının prezidenti seçilən Əbülfəz Elçibəyin dövlət başçısı kimi ilk fərmanlarından biri milli azlıqların hüquqları və inkişafıyla bağlı idi.

Onun adını Azərbaycanın müstəqillik tarixinə yazan addımlardan biri də Rusiya qoşunlarının ölkəmizdən çıxarılması oldu. Bu, o vaxt baş verirdi ki, postsovet məkanında yaradılan müstəqil ölkələrin böyük əksəriyyəti imperiya qoşunlarından xilas ola bilmirdi. Amma Əbülfəz Elçibəy bunun nə qədər çətin olduğunu anlaya-anlaya rus qoşunlarını ölkədən çıxarmağa və faktiki olaraq, bu qoşunlara məxsus texnikanın Azərbaycanda qalmasına nail oldu. Azərbaycanın milli valyutasının dövriyyəyə buraxılması da Əbülfəz Elçibəyin prezidentliyinin çox əhəmiyyətli məqamıydı. Bundan başqa, Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusunun Ağdərə istiqamətində irəliləməsi, əsgərlərimizin kiçik miqyasda qələbə sevincini dadması da Əbülfəz Elçibəyin xidmətlərindən idi. Bununla da Elçibəy Azərbaycanın tam müstəqil bir dövlət kimi tanınmasına nail oldu.

Əbülfəz Elçibəyin hakimiyyəti illərində Azərbaycanın ilk milli valyutası dövriyyəyə buraxılıb, ali məktəblərə qəbul imtahanlarında ilk dəfə test üsulu tətbiq edilib.

Müharibə fonunda Bakıda hakimiyyət uğrunda gedən mübarizə fonunda Elçibəy paytaxtı tərk etmək məcburiyyətində qaldı. Təxminən dörd il doğulduğu Kələki kəndində yaşayan Əbülfəz Elçibəy 1997-ci ildə geri qayıtdı və yenidən hakimiyyət uğrunda mübarizəyə qatıldı. Amma o, bu dəfə də siyasi fəaliyyətini yarımçıq dayandırmalı oldu. Bu dəfə ona siyasi deyil, səhhətindəki problemlər mane oldu. 2000-ci ildə Əbülfəz Elçibəy müalicə olunmaq üçün Türkiyənin Gülhanə hərbi hospitalına (GATA) getsə də, avqustun 22-də elə həmin xəstəxanada vəfat edib.

Əbülfəz Elçibəyin vəfatından sonra onun barəsində müxtəlif fikirlər səslənib. Xüsusilə siyasi fəaliyyəti çoxsahəli təhlil edilib. Amma dəyişməyən bir fikir var: millətçiliyi ilə ifrata varmayan tarixçi və türkçü, sadə vətəndaş və qəribə insan.../anspress/

Allah rəhmət eləsin!


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM