Səbail Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Badamdar qəsəbəsi 1-ci yaşayış massivi döngə 8, ev 399-da yaşayan 1978-ci il təvəllüdlü Venera Vaqif qızı Həsənova yaşadığı evdə özünü asıb. Hadisə baş verən zaman V. Həsənova evdə tək olub.

Onun hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil.

Özünə qəsd edən 37 yaşlı qadının iki azyaşlı övladı var.

Faktla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi başlanıb, müstəntiq Cəfər Mövsümov tərəfindən intiharın səbəbləri araşdırılır.

Bundan əvvəl də Suraxanı rayonunda intihar baş vermiş, Hövsan qəsəbə sakini özünü asaraq öldürmüşdü.

Psixi problemləri olan 1977-ci il təvəllüdlü Zaur Hüseynağa oğlu Muradovun da iki azyaşlı uşağı olub.