ANS PRESS-in məlumatına görə, bu barədə Yardımlıda vətəndaşları qəbul edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev xəbər verib.

Komitə sədri bildirib ki, artıq müəyyən təkliflər var və bu təkliflərlə bağlı hökumətə müraciət edilib:

Bununla bağlı qonşu Türkiyəni misal gətirən Aydın Əliyev bildirib ki bu ölkəyə vətəndaşlar yalnız iki ildən bir mobil telefonları poçtla və ya özü ilə gətirə bilər. "Bu məhdudiyyətlər yalnız Türkiyədə yox,demək olar ki,əksər ölkələrdə tətbiq olunur. 
Bununla bağlı biz də təkliflər hazırlamışıq,hökumətə göndərmişik"- deyə Aydın Əliyev bildirib.