Bunu ANS PRESS-ə açıqlamasında kamança ustasının həyat yoldaşı Şəfiqə Əliyeva bildirib. 

Onun sözlərinə görə, hazırda bütün qohumlar və ailə üzvləri bir yerə toplaşaraq nə baş verəcəyini gözləyir. 

"Ümidimiz tək Allahadır. Həkimlər də 24 saat yoldaşımı nəzarət altında saxlayırlar. Baş verə biləcək hər bir hadisəyə hazır olmalıyıq”, -deyə sənətkarın həyat yoldaşı əlavə edib.

Kamança ustası Habil Əliyev səhhətində yaranan problemlərə görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, səhhəti normallaşandıqdan sonra müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılmışdı. 

Dünən gecə saat 03 radələrində isə xalq artisti yenidən halı pisləşərək komaya düşmüşdü.