Lənkəranda 30 yaşlı qadın iki oğlu ilə birgə itkin düşüb.1985-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olmuş və həmin kənddə yaşayan Əliyeva Ceyran Nəsir qızı 29 avqust tarixində oğlanları- 9 yaşlı Əliyev Nasir Zamin oğlunu və 4 yaşlı Əliyev Yusif Zamin oğlunu götürərərək yaşadığı ünvandan naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıblar.

ANS PRESS-in Lənkəran şəhər polis şöbəsindən aldığı məlumata görə, onun əlamətləri-boyu 160 sm,orta bədən quruluşlu,ailəli,gözləri qəhvəyi rəngdə,əynində açıq qəhvəyi rəngli xalat,başında ağ rəngli baş örtüyü olmuşdur.



Naməlum şəraitdə itkin düşmüş Əliyeva Ceyran Nəsir qızını,oğlanları Nasir və Yusifi tanıyanlardan bu barədə Lənkəran rayon polis şöbəsinə məlumat vermələri xahiş olunur.
Əlaqə telefonları-(02525)4-83-38,2-17-02
Mobil telefonlar-050-531-74-21,050-570-58-98