ABŞ-ın Las Veqas şəhərində keçirilən dünya çempionatının ikinci yarış günündə Azərbaycanın daha 2 yunan-Roma güləşçisi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Qol.Az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunlar Rövşən Bayramovla Sabah Şəriətidir.
59 kq çəki dərəcəsində çıxış edən Bayramov əvvəlcə hindistanlı Sinq Ravinderi, ardından şimali koreyalı Von Çol Yunu yenib. 1/4 finalda onun rəqibi iranlı olimpiya və 6 qat dünya çempionu Hamid Mohammad Soryan olub. Görüş elə ilk hissədəcə təmsilçimizin texniki qələbəsi ilə yekunlaşıb - 5:0. Beləliklə, yarımfinala yüksələn Bayramov ilk "5-liy"ə vəsiqəni təmin edərək, ardıcıl 3-cü dəfə olimpiadada iştirak hüququna yiyələnib.
130 kq çəkidə yarışan Sabah Şəriəti də bu vəzifənin öhdəsindən gəlməyi bacarıb. O, ardıcıl olaraq, macarıstanlı Lam Balinti və bolqarıstanlı Lyubomir Nikolov Dmitrovu yenərək, yarımfinala yüksəlib. Şəriəti finala gedən yolda türkiyəli dünya və 4 qat Avropa çempionu Rıza Kayaalpla qarşılaşıb. Təmsilçimiz 0:6 hesabı ilə uduzaraq, təsəlliverici görüşdə iştirak şansı qazansa da, ilk "5-liy"ə düşdüyü üçün olimpiadaya vəsiqəni təmin edib.
71 kq çəki dərəcəsindəki Rəsul Çunayev isə finala yüksəlib. O, Monako güləşçisi Frank Hasslini 5:1, rusiyalı Adam Kulakı 9:0, ABŞ təmsilçisi Justin Daşaun Lesteri və belaruslu Timur Berdıyevi 8:0 hesabı ilə yendikdən sonra həlledici görüşdə iştirak hüququna yiyələnib. Finalda Çunayevin rəqibi ukraynalı Timur Vardanyan olacaq. Lakin 71 kq olimpiya çəki dərəcəsi sayılmadığından, "Bakı 2015" I Avropa Oyunları qəhrəmanı Rio-2016-ya lisenziya qazana bilməyəcək.
Rafiq Hüseynov isə 80 kq çəki dərəcəsindəki ilk görüşündə rusiyalı Yevgeni Saleyevə uduzub. Saleyev finala yüksələ bilmədiyindən, Hüseynov medal və lisenziyasız qalıb.
Qeyd edək ki, ilk yarış günündə Elvin Mürsəliyev 75 kq çəki dərəcəsində 5-ci yeri tutaraq, olimpiadaya lisenziya qazanıb.
59 kq
1/16 final. Rövşən Bayramov - Singh Ravinder (Hindistan) - 9:1
1/8 final. Rövşən Bayramov - Von Çol Yun (KXDR) - 8:7
1/4 final. Rövşən Bayramov - Hamid Mohammad Soryan (İran) - 5:0
1/2 final. Arsen Yeraliyev (Qırğızıstan) - Rövşən Bayramov - 0:4 (təmiz qələbə)
FİNAL. Rövşən Bayramov - İsmael Borrero Molina (CUB) 0:8
71 kq
1/16 final. Rəsul Çunayev - Frank Hassli (Monqolustan) - 5:1
1/8 final. Rəsul Çunayev - Adam Kurak (Rusiya) - 9:0
1/4 final. Rəsul Çunayev - Justin Daşaun Lester (ABŞ) - 8:0
1/2 final. Timur Berdıyev (Belarus) - Rəsul Çunayev - 0:8
FİNAL. Rəsul Çunayev - Armen Vardanyan (Ukrayna) - 6:4
80 kq
1/16 final. Rafiq Hüseynov - Yevgeni Saleyev (Rusiya) - 3:8
Saleyev finala çıxa bilmədiyindən, Hüseynov mübarizəni dayandırıb.
130 kq
1/8 final. Sabah Şəriəti - Balint Lam (Macarıstan) - 3:1
1/4 final. Lyubomir Nikolov Dimitrov (Bolqarıstan) - Sabah Şəriəti - 0:9
1/2 final. Sabah Şəriəti - Rıza Kayaalp (Türkiyə) - 0:6
Bürünc medal görüşü - Oleksandr Çernetskiy (UKR) - Sabah Şəriəti 5:0
Qeyd edək ki, sentyabrın 12-də başa çatacaq dünya çempionatında Azərbaycanı yunan-Roma güləşində baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edir.
İlk yarış günündə Elvin Mürsəliyev 75 kq çəki dərəcəsində 2016-cı il Rio-De-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Strategiya.az
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM