Ali məktəblərə qəbul çətinləşdirilir

09:45 / 10.09.2015

Azərbaycanda gələcək illərdə ali məktəblərə qəbul müsabiqəsində iştirak etmək üçün tələb olunan keçid balının yüksəldiləcəyi gözlənilir.

Bunu Trend-ə Təhsil Nazirliyinin (TN) İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehli deyib.

Onun sözlərinə görə, bu il ilk dəfə olaraq, ali məktəblərə qəbul müsabiqəsində iştirak və ixtisas seçiminə buraxılmaq üçün tələb olunan bal həddi bütün ixtisas qrupları üzrə (yalnız kənd təsərrüfatı ixtisasları üzrə bal həddi 150 olub) Təhsil Nazirliyinin təklifi ilə 200-dən aşağı endirilmədi. TN növbəti illərdə bu bal həddinin daha da artırılması təklifi ilə çıxış etməyi nəzərdə tutur.

C.Valehli bildirib ki, bu il bal həddinin 200-dən aşağı endirilməməsi məsələsinə texniki yenilik kimi yanaşılmalı deyil. Bal həddinin artırılması ali təhsildə keyfiyyətin yüksəldilməsinə, əmək bazarına daha hazırlıqlı mütəxəssislərin çıxmasına imkan yaradacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə Trend-ə bildirib ki, müsabiqədə iştirak üçün tələb olunan bal həddinin 200-dən aşağı salınmamasının hansı müsbət nəticələr verəcəyini indidən demək çətin olsa da, bu, əmək bazarı üçün daha yaxşı mütəxəssis hazırlığına yardım edəcək.

Təhsil üzrə ekspert Şahlar Əsgərov da Trend-ə verdiyi açıqlama zamanı bal həddinin daha da artırılmasını təklif edir. Onun sözlərinə görə, 200-dən aşağı bal toplayan abituriyentlərin ali məktəblərə qəbul olunmaması, əslində, normal bir haldır: "Amma yaxşı olardı ki, bu bal 200-dən də yüksək olsun. 5 ballıq qiymətləndirmə sistemi ilə müqayisə etsək, qəbul imtahanlarında toplanılan 700 bal "beş"ə, 560 bal "dörd"ə, 420 bal "üç"ə, 280 bal "iki"yə uyğundur. İndiyə qədər 200-dən də aşağı bal toplayan abituriyentlər ali məktəblərə qəbul olunub. Bu, zərərli haldır. Bal həddinin 200-ə qaldırılmasının özü artıq yaxşı bir işdir, amma yaxşı olardı ki, bal 200-dən, 300-dən də yüksək olsun".

Ş.Əsgərov ümid edir ki, Təhsil Nazirliyi gələcəkdə bu bal həddinin daha da qaldırılması təklifi ilə çıxış edəcək: "Ali məktəbdən fərqli olaraq, orta məktəbdə dərslərin səviyyəsi aşağı olur. Bilik səviyyəsi az olan insanlar o mühazirələri başa düşmürlər. Deməli, orta məktəbi qurtarmış savadsız məzun ali məktəbi də savadsız olaraq qurtarırdı. Amma indi bal həddinin 200-ə qaldırılmasının özü ali məktəbdə oxuyan insanların kifayət qədər bilik toplamasını zəruri edir".

Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov da Trend-ə bildirib ki, növbəti illərdə də ali məktəblərə qəbul üçün minimal balların artırılması lazımdır.

Onun fikrincə, bəzi ixtisaslar üzrə minimal balların hətta 300-350-yə qaldırılması lazımdır: "Bu, tədricən həll edilməlidir. Bu addımları dəstəkləyirəm".

Bu il ilk dəfə olaraq, 200-dən az bal toplayan abituriyentlərin ali məktəbə qəbul olmamasının alqışlanan hal olduğunu deyən rektor bu məsələnin keyfiyyətli kadr hazırlığına öz təsirini göstərəcəyini də söyləyib: "200 bal toplayan abituriyentlərin səviyyəsi aşağı olur. Ona görə də bu il bir necə ixtisas üçün minimal balı 250, kompüter elmləri ixtisasında isə hətta 300 bal etmişik. Bunlar müasir texnologiyalara xidmət edən sahələrdir. Gərək bu ixtisaslar üzrə hazırlanan mütəxəssislər yüksək hazırlığa malik olsun, proqramı qəbul edə bilsinlər. Abituriyentlər biləcəklər ki, ali məktəblərə qəbul üçün ciddi hazırlaşmaq lazımdır".

H.Məmmədov hesab edir ki, bu yeniliyin tətbiqi keyfiyyətli kadr hazırlığına müsbət təsir göstərməklə yanaşı, tələbələrin akademik göstəricilərinin yüksəldilməsinə də yaxşı təsir göstərəcək.

Rektorun sözlərinə görə, bu gün bəzi tələbələrin zəif oxumasının əsas səbəbi onların ali məktəblərə aşağı balla qəbul olunmasıdır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM