Kimlər unudulmadı ki...

01:45 / 13.09.2015

Gözünün yaşına baxmaq olmur. İçin-için ağlayır, ağladıqca da yumaq kimi çözələnir, yaşıl ağlayır, yəni gözünün altına çəkdiyi yaşıl rəng yanağı boyunca süzülüb gedir.

Aparıcı da elə bil ki, onun ürəyinin yarasını deşməyə fürsət gəzir, daha çox kövrəltmək, daha bərk ağlatmaq istəyir. Gözündən dodağına qədər çəkdiyi bütün rənglər ağzının kənarındakı qırışlarda bir-birinə qarışıb adını bilmədiyimiz rəng alınıb. Hiss olunur ki, daha özünü idarə eləmək də istəmir, elə əlinə fürsət düşmüşkən millətin gözü qarşısında bütün keçmişini, itirdiklərini, qaçırdığı imkanları bircə dəfəliyə ağlayıb ürəyini boşaltmaq, rahat olmaq istəyir. Daha arzusu qalmayıb, tək istədiyi, heç olmasa, Əməkdar artist adı ilə ölməkdir. Onun bu halı elə aparıcının da ürəyindəndir, niyə olmasın axı, verilişi gül kimi gedir, baxan ayrıla bilmir. Bir zamanların məşhur ünvanı indi onun qarşısında oturub, bütün dərdlərini sayıb-tökür, insanın ən yaxınına söyləməyə çəkindiklərini onunla paylaşır. Bu mənzərəyə baxa-baxa bir daha əmin oluram ki, dünyada təsəlli verməkdən asan şey yoxdur.

"Unudulacaq bütün sevdalar!" Yaşıl köynəyini sevdiyim Vaqif Bayatlı deyib bunu. Görüb-götürüb deyib! Kimlər unudulmadı ki?! Unudulmaqdan qorxanlar, unudulmamaq üçün çırpınanlar tarixin dalğaları arasında görünməz oldular. Adı unudulmuş, qarşısına ildə bir dəfə də olsun çiçək gəlməyən heykəllər sahibsiz məzar kimi qalır meydanlarda, parklarda. Bir gün də gəlib yerini boş görürsən. Boş deyəndə ki,  sadəcə, yerində ləklər düzəldib çiçək əkiblər. Heykəllərlə çiçəkləri düşünürsən. Kim deyir ki, heykəllər çiçəklərdən daha uzunömürlü olur? - Mən inanmıram. Bütün heykəllər qısırdır, bütün çiçəklərsə doğub-törəyir. Bütün heykəllərə baxanda sevinmirlər, bəzən söyürlər də, amma bütün çiçəklərə baxanda adamın ürəyi açılır.

Unudulacaq bütün sevdalar. Heç bilirsinizmi, sevda sözünün öz bətnində bir qəm var, kədər var, şiddətdən, ifrat ehtirasdan əmələ gələn qaralıq var, qaranlıq var, həsrət var... Sevda dediyin ümidsiz sevgidir, ölü doğulmuş körpə kimidir.

Şöhrət sevdasına tutulmaq da ağır xəstəliklərdən sayılır. Şöhrət - altında oturduğun bulud kölgəsi, uçurum başında asılıb xilas olmaq istədiyin buz salı kimidir. Bulud keçəcək, buz əriyəcək və sən o acı həqiqətlə, göz-gözə qalacaqsan. Şöhrət - dünyanın üzünə yapışmaq cəhdidir. Bəlkə də bir müddət baş tutur da, amma bir gün bu fırlanan dünya üzünə yapışmışları kainatın hansı döngəsindəsə bir boşluğa buraxıb yoluna davam edir.

Bir vaxtlar sovet ideyası deyilən məntiqsiz bir nəzəriyyə və o nəzəriyyə üzərində qurulmuş ədalətsiz bir dünya vardı. Yıxıldı, xaraba qaldı, dünya hər yıxılanda da neçə-neçə məşhurları altında əzib yoxa çıxarır. Dünya tez-bazar yır-yığış elədikcə bəzən heç yaxşını pisdən ayırmadan böyük bir tarix dilimini məzara gömürlər.

Bir vaxtlar ədəbiyyatımızda məlum bir siyahı vardı, politbüro üzvlərinin siyahısı kimi bu siyahı da hələm-hələm dəyişməzdi. İndi o siyahıda yer alanların çoxu çoxdan unudulub. Özü də o siyahı o qədər möhkəm, o qədər pozulmaz hesab olunurdu ki, sözün hər mənasında şair olan Musa Yaqub "Həmişə adıma növbə çatanda bir söz eşitmişəm: və başqaları" deyib gileylənməkdən başqa çarə tapmamışdı. Dünya dəyişdi, hər şey ələndi, yeni siyahılar meydana çıxdı. Bu dəfə də Musa müəllimin adını siyahının başına yazmaq istədilər, amma şair ürəyinə boylanıb gördü ki, daha heç bir siyahıya adının yazılmasını ürəyi istəmir.

Unudulacaq bütün sevdalar. Unudulacaq tarixin yaddaşına yük olan ünvanlar, unudulacaq gördüyünüz nə varsa...

Unudulacaq, hər şey unudulacaq.

Kimlər unudulmadı ki...   
"Zaman Azərbaycan"


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM