Azərbaycan məktəblərindəki "seksual polislər" (FOTO)

14:10 / 24.09.2015

Sosial şəbəklərdə paylaşılan müəllim adına yaraşmayan bir şəkil geniş müzakirələrə səbəb olub. 

ANS PRESS-in məlumatına görə, Azərbaycanda orta məktəblərin birində müəllimin geyindiyi köynəyin üzərində "SEX GOP" sözləri yazılıb.Şəkildən göründüyü kimi müəllim heç bir narahatlıq hiss etmədən ilə şagirdlərin qarşısına çıxıb. 

Görünür, müəllimə geyindiyi köynəyin üzərində nə yazıldığının fərqində deyil. Lakin, müəllimdən fərqli olaraq, şagirdlər əslində nə baş verdiyinin fərqindədirlər. Çünki müəllimin şəklini çəkib sosial şəbəkələrdə yayanlar da, məhz, onlardırlar. 

Geyimin üzərində diqqət çəkən iki söz var: “Sex” və “GOP”. “Sex” sözünü ingiliscədən tərcümə edəndə hamının bildiyi "seks" sözü mənasını verir. "GOP" (bəzi mənbələrdə bunun "COP" olduğu deyilir ki, onun da mənası polis deməkdir) isə çox güman ki, “The Grand Old Party” mənasındadır ki, bu da Respublikaçılar Partiyası deməkdir. 


Köynəyinin üzərində "SEX GOP" yazılan müəllimə


Fotoda diqqət çəkən ən maraqlı məqam isə şəklin fonunda yazılan sözlərdir."TƏHSİL MİLLƏTİMİZİN GƏLƏCƏYİDİR!" 

Fotonun dəqiq hansı məktəbdə çəkildiyi məlum deyil deyil. Amma əsas onun hansı məktəbdə baş verməsi, hansı müəllimə tərəfindən geyinilməsi deyil. Məsələ orasındadır ki, ölkənin ən nüfuzlu ali təhsil müəssisələrinin birində ən azı 4 il təhsil alan , illərlə müəllim vəzifəsində çalışan və qarşısına savadlı gənclərin yetişdirlməsi məqsədi qoyulan şəxs əyninə geyindiyi köynəyin üzərində nə yazıldığının fərqində belə deyil. Bəlkə də heç bu sözün mənasını belə anlamır. Amma nəzərə alsaq ki, indiki şagirdlərin bir çoxu kifayət qədər məlumatlıdırlar, dünyagörüşləri genişdir, odur ki, müəllimlərin də geyimlərinə xüsusi diqqət yetirirlər və hətta nöqsan tapırlar. 

Bu məsələ ilə bağlı bir neçə dəfə müzakirələr olub, hətta, müəllimlərin vahid formaya keçməsi də gündəmə gəlib. Amma əsas o deyil ki, müəllimlər vahid forma geyinməlidirlər. Əsas odur ki, onlar səliqəli geyinsinlər. Xüsusən də qadın müəllimələrin geyim baxımından etik qaydalara riayət etmələri çox vacibdir. 

Azərbaycan Dillər Universitetinin (ADU) filoloqu Məhbubə Ələkbərova müəllimlərin bu günkü geyim tərzlərindən razı olmadığını dedi: 

"Bu gün müəllimlərin çoxu ya qısa ətək geyinir, ya sinəsi açıq, ya da şəffaf koftalar. Bu düz deyil, axı. Onda, istər şagirdin, istərsə də, tələbənin bütün fikri qalır müəllimənin geyimində. Həm də, bu cür geyimli müəllimələr, çox vaxt özlərini hörmətdən də salırlar, şagirdlər dərs zamanı onlara söz atır, sözlərinə qulaq asmırlar. Bundan başqa, müəllimələr bir nümunə olmalıdırlar. Mən demirəm ki, bahalı geyinsinlər, amma səliqəli geyinsinlər."


Məhbubə Ələkbərova - Azərbaycan Dillər Universitetinin filoloqu


Milli Məclisin üzvü Gövhər Baxşəliyeva müəllimlərə vahid geyimin tətbiq olunmasının əleyhinə olduğunu dedi: "Vacib deyil ki, müəllimələr vahid geyim geyinsinlər, əsas odur ki, onların geyimləri sadə və təvazökar olsun", - deyə millət vəkili vurğuladı.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov müəllimlərə vahid geyimin tətbiq olunmayacağını söylədi. Lakin, onun sözlərinə görə, hər bir təhsil ocağının rəhbəri onun müəssisəsində çalışan müəllimələrin geyiminə nəzarət etməlidir.


Gövhər Baxşəliyeva - millət vəkili


Müəllimlərin geyim məsələsi dünyanın bir sıra ölkələrində də müzakirə mövzusudur.

Dünya praktikasına nəzər salsaq, görərik ki, qonşu Rusiyada məktəblərdə müəllimlərin uniforma geyinməsi dəb halını alıb. Düzdür, bu bütün məktəblərdə olmasa da, amma ümumilikdə, müəllimələr kostyum geyinməyə daha çox üstünlük verirlər.

Türkiyədə müəllimlərin zahiri görkəminə ciddi yanaşılır. İstanbul liseylərinin bəzilərində əmək müqaviləsinin bəndlərindən biri təyin olunmuş dress-kodun nəzarətdə qalmasıdır. Belə ki, məktəbə cinsdə, qısa yubkada və açıq-saçıq paltarda gəlmək olmaz. Paltarların rəngində məhdudiyyət yoxdur. Ancaq müəllimlər qızıl və qiymətli bəzək əşyaları taxmırlar. Hələlik isə ölkədə vahid forma geyimi ilə bağlı qərar qəbul edilməyib.


Türkiyə müəllimləri

Almaniyada da müəllimlərin geyimi üçün xüsusi qaydalar mövcud deyil. Ancaq müəllim heyətinə böyük sərbəstlik də verilməyib. Ona görə də yayda qısa yubkalar, şəffaf koftalar, dekoltelər həmkarlar arasında qəbulolunmaz sayılır. Bu üslubda geyinənlərə qarşı şagird və valideynlərin münasibəti də müsbət deyil.

Nəzərə alsaq ki, tərbiyə ailədən başlayır, amma məktəbdə davam edir. Ona görə də müəllimələr tədris etdikləri fənni daha dərindən bilməklə yanaşı, həm geyimlərinə, həm davranışlarına diqqətlə yanaşmalıdırlar. Bu zaman şagirdlərimiz həm savadlı olarlar, həm də şəxsi keyfiyyətlərinə görə seçilərlər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM