Halal "Hacı pivəsi": adı tərkibi ilə uzlaşırmı?

09:10 / 01.10.2015

Eyyub Hüseynov: "İçkinin adı pivədirsə, onda standarta görə, gərək tərkibində mütləq alkoqol olsun"
Hacı Şahin Həsənli: "Bilmirəm, nəyə görə ona "Hacı pivəsi" deyilir..."

 

Bu söz birləşməsi dilimizə çoxdan yer tapıb və vəsiqə də qazanıb - "Hacı pivəsi"... Ölkədə dini meyllərin artması ilə bu içki növü də mağazaların piştaxtalarında yer almağa başlayıb. Və təkcə Azərbaycanda yox. Hazırda dünyanın müxtəlif ölkələrində tərkibində alkoqolun dərəcəsi 3, 6, 9 və 12 faiz olan pivələr istehsal olunur. Spirtli içkilərdən imtina edən şəxslər üçün tərkibində alkoqol olmayan xüsusi pivə növü də hazırlanır. Elə sonuncunun adına da el arasında "Hacı pivəsi" deyirlər. 
 
Strategiya.az musavat.com-a istinadən bildirir ki, "Economist" jurnalının hazırladığı bir məqalədə göstərilib ki, Orta Şərqdə alkoqolsuz pivəyə xüsusi diqqət var. 2013-cü ildə 1.1 milyard litr miqdarında pivə istehsal olunub. Bu rəqəm 5 il öncəsi ilə müqayisədə 80 faiz artıb. Rəqəmlərlə daha detallı danışaq: 2012-ci ildə iranlılar 2007-ci illə müqayisədə 4 qat daha çox spirtsiz pivə istehlak ediblər. Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliklərində də istehlakçıların spirtsiz pivəyə yönəlik damaq zövqü artmaqdadır. Amma sözügedən bölgədə spirtli içki hələ də daha çox satılır. 
 
İran firması "Behnuş"ün istehsal etdiyi Delster pivəsi 1979-cu il İslam inqilabının ardınca spirtsiz versiyada istehsal olundu. Qəzzada Həmasın 2005-ci ildə seçilməsinin ardınca fələstinli bira firması Taybeh də rəngi yaşın olan "halal pivə" istehsal etməyə başladı. 
 
Dubaydan "Euromonitor" araşdırma firması üçün işləyən Maii Abdul-Rahmen isə satışların artmasını istehlakçıların dəyişən arzuları ilə əlaqələndirir. Livanlı spirtsiz pivə istehlakçısı Lazizanın marka yönəticisi Guilda Saberin isə bu məsələdə fərqli yanaşması var. O, hesab edir ki, pivə içmək də "Coca Cola" və ya meyvə suyu içmək kimi  qlobal yaşam tərzi istəyilə bağlıdır. 
 
Amma spirtsiz içki istehsalçılarının miqdarı artdıqca firmalar da fərqli bazar axtarışına çıxırlar. Məsələn, Moussy reklamlarında modaya uymağa çalışan bir qrup kişi və qadın çimərlikdə içərkən göstərilir. Birell isə kişilərə daha çox xas olan bir görüntü tərcih edib: alkoqolsuz pivənin reklamında futbol matçı izləyən bir qrup kişi yanlarından keçən bir qadının arxasınca baxır.
 
Bəzi pivə istehsalçıları hesab edirlər ki, bölgədə dini meyllərin artması ilə onların məhsullarına da maraq artır. Məsələn, normal halda spirtli pivə istehsaı edən "Türk-Efes" 2011-ci ildə "Efes Zeroy"u satışa çıxarıb. Digər firmalarsa narahatdılar ki, istehlakçılar dini inanclarını daha da dərinləşdirəcəkləri halda Qərbdən gələn hər şeyə arxalarını çevirəcəklər. 
 
Dosye xarakterli məlumatlarda isə göstərilib ki, spirtsiz pivə də arpadan alınır. Spirtsiz olduğundan ondan istifadəyə şəriət icazə verir. Dini baxımdan heç bir qadağa yoxdur. dini ekspertlər hesab edir ki, "Hacı pivəsi"nə görə dindarlara irad tutulması yanlışdır. Tərkibində alkoqol olmayan içkinin istehlakı məqbuldur. Quran və hədislərdə yalnız ağlı başdan aparan, insan iradəsinə təsir edən içkilər, xüsusilə də şərab isə haram sayılır. Bundan başqa, Səudiyyə Ərəbistan və Misirli din adamları müsəlmanların alkoqolsuz pivə içməsinin caiz olması ilə bağlı fətvalar yayımlayır. 
 
**** 
 
"Məşədi Dadaş" məscidinin imam camaatı, "Mənəvi dünya" ictimai birliyinin sədri, ilahiyyatçı Hacı Şahin Həsənli aktual.az-a bildirib ki, bu içki bir çox müsəlman ölkələrində istehsal olunur və istifadə edilir: "Pivənin tərkibi arpa suyudur, spirti yoxdursa, şəriət alimləri onun içilməsini qadağan etmir. Bu cür pivə bir çox müsəlman ölkələrində istehsal olunur. Ancaq bilmirəm, nəyə görə ona "Hacı pivəsi" deyirlər. Şəriətin göstərişinə görə, içkidə alkoqol yoxdursa, istifadə etmək olar".
 
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, bu pivələrdə alkoqol "0" faizdir: "O sahədə vəziyyət problemsizdir. Nəzarət tədbirləri aparılıb və heç bir problem yoxdur. Həqiqətən də, normativ sənədlər var və müvafiq sənədlərlə təmin olunub. Pivənin keyfiyyəti standarta uyğundur". O məhsulların keyfiyyətini təsdiq edən sənədlər varsa, təbii ki, onu qəbul etmək olar".
 
Amma dünyada bu "halal içki" söhbətinin şitini çıxaranlar da var. Belə ki, xüsusən Avstraliyada yaşayan müsəlman kəsimi hədəf seçən bəzi firmalar "halal şampan" istehsal edirlər. Onlardan biri internet səhifəsində "çox özəl, spirtsiz içki, əvəzsiz dadı və halal standartlarına görə istehsal edilib. Qızılı-sarı rəngi və ən keyfiyyətli üzüm dadı ilə həyatınıza yeni bir dad gəlsin" şüarı ilə bazara çıxarılıb. Amma firmanın bu həmləsi Avstraliyadakı müsəlman toplumu içində "spirtsiz olsa da, bir içki halal ola bilərmi" dartışmasını gündəmə gətirdi. Məhsul üçün Almaniyada halal məhsul sertifikatı alınması isə dartışmanı alovlandırdı. 
 
Firma təmsilçiləri isə bildiriblər ki, tərkibində spirt olmayan məhsullar bir qayda olaraq halal sayılır. Onlar bununla bağlı Almaniyadakı "İslamisches Zentrum Hamburg e.V" adlı dərnəkdən sertifikat da alıblar.
 
Azad İstehlakçı Hüquqları Birliyinin sədri Eyyub Hüseynov isə mediaya açıqlamasında bildirib ki, hazırda yalnız Azərbaycanda deyil, bütün dünyada halal məhsullarla bağlı istehlakçıların aldanması prosesi gedir: "Ən qatı xristian ölkələrində, Cənubi Afrikanın xristian hissəsində, hətta Ermənistanda da halal mal nişanı ilə məhsul satılır. Azərbaycanda "Halal" mal nişanı ilə 20-yə yaxın mallar var. Bu bazarın belə geniş spektrdə olması və izlənmə prosesinin olmaması dindar istehlakçıların aldadılması ilə nəticələnir".
 
E.Hüseynov deyir ki, dövlət orqanının funksiyasını mənimsəyən dini qurumun belə standart verməsi qeyri-qanunidir. "Düzdür, yəhudilərdə belə bir təcrübə var. Amma orada ravvinlər gecə-gündüz istehsal prosesini izləyirlər. Tarladan istehlakçının stolunun üstünə qədər izləyirlər. Bizdə belə bir izlənmə sistemi yoxdursa, bir kağız parçası verməklə istehlakçını aldatmaq düzgün deyil".
 
E.Hüseynov hesab edir ki, halal standartını HASSP sisteminin üzərində qurmaq olar. Bu, malın ekoloji təmizliyini izləyən bir sistemdir. "Əgər bura halal izləmə sistemi də əlavə olunsa, onda  natural halal məhsul bazara çıxarmaq mümkün ola bilər". Məkkədə, İranda arpa suyundan alkoqolsuz içki hazırlanır və müsəlmanlar bunu içir. Amma bunu "pivə" adlandırmırlar.
 
Eyyub Hüseynov deyir ki, içkinin adı pivədirsə, onda standarta görə, gərək onun tərkibində alkoqol olsun: "İstənilən kataloqda baxsanız, görəcəksiniz ki, pivənin tərkibində alkoqol olmalıdır. İçkinin üzərinə "Hacı pivəsi" yazmaq dini inanca, etikaya sığmayan bir məsələdir".
 
AİB sədri deyir ki, halal adı altında haram mal aldığını sübut etmək və məhkəməyə müraciət etmək istəyən şəxslər onların yardımından istifadə edə bilər. Amma hələlik sırf bu məsələ ilə bağlı məhkəməyə müraciət edən olmayıb.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM