Akademik Akif Əlizadə - 80

15:44 / 25.02.2014

  Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, geologiya-mineralogiya elmləri doktoru, akademik Akif Əlizadənin 80 yaşı tamam olur.

AMEA Rəyasət Heyəti görkəmli ictimai xadim, Əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Akif Əlizadənin Azərbaycanda geologiya elminin inkişafında mühüm xidmətləri və anadan olmasının 80 illiyi ilə əlaqədar Fəxri Fərmanla təltif edilməsinə dair qərar qəbul edib. Həmçinin yubileylə əlaqədar olaraq respublika dövri mətbuatında, AMEA-nın “Xəbərləri” jurnalında alimin həyat və elmi-pedaqoji fəaliyyətini əks etdirən məqalələr dərc olunacaq, televiziya və radio verilişləri hazırlanacaq.

Akif Ağamehdi oğlu Əlizadə 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) fərqlənmə diplomu ilə bitirərək bir müddət neft mədənlərində çalışıb. Elmi araşdırmalara olan marağı onun həyatını Geologiya İnstitutuna bağlayıb. 1957-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunda baş laborant vəzifəsinə işə qəbul olunan alim 1961-ci ildə geologiya-mineralogiya elmlər namizədi, 1969-cu ildə geologiya-mineralogiya elmlər doktoru elmi dərəcəsi adını almaqla bu sahə üzrə keçmiş SSRİ-də ən gənc yüksəkixtisaslı mütəxəssislər sırasına daxil olub.

Dərin elmi biliyi, təşəbbüskarlıq, təşkilatçılıq qabiliyyəti və insansevərliyi onun gənc yaşlarından institutun rəhbər vəzifələrində təmsil olunmasına imkan verib. 1970-1976-cı illərdə Geologiya İnstitutunun direktor müavini olmuş alim 1976-cı ildən bu günə kimi həmin institutun direktoru vəzifəsində çalışır.

Geologiya elmi sahəsində geniş tədqiqatlar aparan, onu yeni elmi və nəzəri biliklərlə zənginləşdirən Akif Əlizadə 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib.

Akademik Akif Əlizadə 1990-cı ildə AMEA Rəyasət Heyətinin üzvü və Yer Elmləri Bölməsinin akademik-katibi seçilib. Yüksək elmi potensiala və böyük təşkilatçılıq bacarığına malik olan alim 2007-ci ildən 2013-cü ilədək AMEA-nın vitse-prezidenti vəzifəsində çalışıb.

AMEA-nın vitse-prezidenti olduğu müddətdə Azərbaycanda elmin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və respublikanın elmi-texniki inkişaf strategiyasının hazırlanmasında yaxından iştirak edən və yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində böyük təcrübəsi olan Akif Əlizadə 2013-cü ildə AMEA-nın prezidenti vəzifəsinə seçilib.

Görkəmli geoloq-alim və böyük elm təşkilatçısı olan akademikin başlıca tədqiqat sahəsi təbaşirin stratiqrafiya və paleontologiyası məsələlərini əhatə edir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycanın təbaşir çöküntülərinin stratiqrafik sxemləri işlənib hazırlanıb, geoloji proseslər, çökmə və vulkanogençökmə formasiyaları, təbaşir dovründə faunanın inkişafı və s. məsələlərə dair müasir baxışları əks etdirən zəngin paleontoloji-stratiqrafik materiallar araşdırılıb və ümumiləşdirilib.

Alimin çoxillik tədqiqatlar əsasında yazılmış əsərlərində Azərbaycanın təbaşir mollyuska faunasının kompleksləri barədə təlimin başlıca müddəaları irəli sürülüb, bu qədim canlıların təsnifatı və filogeniyası verilib, paleobiocoğrafi rayonlaşdırma prinsipləri işlənib hazırlanıb, ekologiya və paleopatologiyaya dair məsələlər araşdırılıb.

Təbaşir dövründə Aralıq dənizi hövzələrində fəqərəsizlərin zaman-məkan daxilində paylanma mərhələlərinin müəyyən edilməsində və bu əyalətdə müvafiq paleobiocoğrafi taksonların ayrılmasında da elmi yenilik akademik Akif Əlizadəyə məxsusdur.

Alim Qafqazın təbaşir hövzələrinin biogeokimyəvi rayonlaşdırılması metodlarının işlənilməsi və təkamül amili kimi paleohövzələrdə geokimyəvi şəraitin öyrənilməsi sahəsində fundamental tədqiqatlar aparıb. Fossil orqanizmlərin skelet hissələrinin mikrostruktur, kimyəvi tərkib və kristallokimyəvi xüsusiyyətlərinin təhlilinə əsasən, o, müxtəlif kimyəvi elementlərin miqrasiya və toplanma qanunauyğunluqlarını, ayrı-ayrı taksonların paleofizioloji xüsusiyyətlərini müəyyənləşdirib, təbaşir dəniz fəqərəsizlərinin geokimyəvi ekologiyasını təsvir edib. A.Əlizadə ilk dəfə olaraq izotop paleotermometriya üsulu ilə O18 və O16 izotoplarının nisbətinə görə Azərbaycanın təbaşir hövzələri üçün paleotemperatur qiymətlərini təyin edib.

Akademik Akif Əlizadənin elmi araşdırmaları təkcə paleontologiya və stratiqrafiya ilə məhdudlaşmır, o regional geologiya, tektonika, filiz geologiyası və hidrogeologiyaya aid məsələləri də daim diqqət mərkəzində saxlayıb.

Alimin sonrakı elmi fəaliyyəti yeni prioritet elmi istiqamətə - geoekologiyaya yönəldilib. Dünya elmi daxili qabıqlı mollyuskaların öyrənilməsində A.P.Pavlov və Q.Y.Krımholtsla yanaşı, akademik Akif Əlizadənin də rolunu xüsusi qeyd edir. Təsadüfi deyildir ki, təbaşir belemnitlərinin öyrənilməsində Azərbaycan aliminin xidmətlərini nəzərə alaraq onun adı ilə belemnitlərin yeni ailəsi – «Akifibelidlər» adlandırılıb.

Akademik Akif Əlizadə respublikanının elmi-ictmai həyatında da daima yaxından iştirak edir. O, 1991-ci ildən H.Z.Tağıyev mükafatları Milli Komitəsinin üzvü, Fövqəladə Hallar Nazirliyi yanında seysmik təhlükənin qiymətləndirilməsi və zəlzələlərin proqnozu üzrə respublika Ekspert Şurasının sədridir. 2013-cü il 10 dekabr tarixində Azərbaycan Respublikası Milli Atlasının redaksiya heyətinin yeni tərkibi yenidən təsdiq edildikdə, o redaksiya heyətinin sədr müavini vəzifəsinə seçilib.

Ölkənin siyasi həyatında da yaxından iştrak edən akademik Akif Əlizadə Yeni Azərbaycan Partiyasının 7 iyun 2013-cü il tarixində keçirilən V qurultayinda YAP-ın sədr müavini seçilib.

Akademik Akif Əlizadənin AMEA-nın prezidenti seçilməsi ilə bu elmi müəssisə kadr islahatları, struktur dəyişikliklər və gənc elmi potensialın yenidən dəyərləndirilməsini özündə ehtiva edən islahatlarla müşahidə olunan yeni yüksəliş mərhələsinə qədəm qoyub. Onun yüksək idarəçilik və təşkilatçılıq qabiliyyəti sayəsində elmi mühitin yaradılmasında effektiv nailiyyətlər əldə olunub, gənclərin elmə maraqlarının artırılması, elmin cəmiyyətə təbliğ olunması istqamətində effektiv yollar müəyyənləşdirilib, müstəqil Azərbaycanın iqtisadi inkişafının ruhuna cavab verən elm hərəkatının əsası qoyulub.

Akademik Akif Əlizadənin çoxillik məhsuldar elmi, elmi təşkilati, ictmai və pedoqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirilmişdir. O, 1970-ci ildə “Fədakar əməyə görə” medalı, 1986-cı ildə “Şərəf nışanı” ordeni, 1991-ci ildə “Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi” və “Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı” adını almış, 2004-cü ildə “Şöhrət” ordeni, 2008-ci ildə isə “Şərəf” ordeni ilə təltif olunub.

Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən, mehriban, qayğıkeş, ünsiyyətcil, dərin intuisiyaya, ən başlıcası, yüksək mənəviyyata malik 80 yaşlı elm fədaisi Akif Əlizadəni yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda nailiyyətlər arzulayırıq.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM