Ölümə gedən musiqili yol: Qulaqcıqla gələn əcəl

00:30 / 18.10.2015

Bu dəb nə köhnədir, nə yeni. İstifadə forması yenilənir, əşyanın əsas funksiyası köhnəlir. Qulaqlıq (nauşnik) dəbindən danışıram. Metroda, avtobusda, yolda, küçədə, ya da sinif otağının arxa partasında oturanlarda  gördüyümüz oxşar mənzərələrdən biri qulaqlıqdan istifadə olunmasıdır. Qulaqlıq bəziləri üçün ümumi məkanlarda olan səs-küyə qarşı ən yaxşı qorunma üsulu, bəzilərinə görə darıxmaqdan yaxa qurtarmaq, bəzilərinə görə isə hər şey. Elə biz də qulaqlıq və bu kimi əşyaları aludəçiliyə çevirənləri araşdıracağıq.

 
Qulaqlığın əsas funksiyası ətrafa mane olmadan telefonla danışmaq və ya musiqi dinləməkdir. Bəs hər kəs buna əməl edirmi? Ümumiyyətlə, qulaqlıqdan hansı məqamda və gün ərzində nə qədər istifadə etmək lazımdır?
 
Strategiya.az publika.az-a istinadən bildirir ki, otolorinqoloq Tünzalə Əhmədova qulaqlıq vasitəsi ilə yüksəksəsli musiqi dinləmək iç qulaqdakı qulaq sinirlərinə təsir edir və nəticədə, müxtəlif fəsadlar yaratdığını deyib.
"Qulaqlıqların qulaqda müxtəlif otit (xarici qulağın iltihabı), furunkul, göbələk kimi xəstəliklər yaratma ehtimalı var. Bu xəstəliklərin, o cümlədən karlaşmanın qarşısını almaq üçün ondan bacardıqca az istifadə olunmalıdır".

Gözümüzün, qulağımızın  acıq tutulmasının tələb olunduğu bir zamanda qulaqlarını ətraf aləmə bağlayanlar,  görəsən, musiqi sədaları altında dünya-aləmdən xəbərsiz, əksər hallarda öz ölümləri ilə nəticələnən qəzalara səbəb olan, bilə-bilə sağalamlıqlarına zərər vuran gənclər nə düşünür?
 
Qulaqlıq aludəçisi Aynur Qurbanova: "Sırf ətrafımdakıları eşitməyim deyə qulaqlıqdan istifadə edirəm, musiqini yüksək səslə dinləyirəm. İstifadə etdiyim illər ərzində qulağımın karlaşdığını hiss edirəm" - deyir.
 
Gələcəyinə laqeyd yanaşan Samir Məmmədov isə sağlamlığını təhlükə altına atdığından xəbərdardır:
 
"Bilirəm ki, çox istifadə etməyim sağlamlığıma ziyandır. Deyirlər, gələcəkdə qulaqlarım eşitməyə bilər, amma indi mənə belə rahatdır. Gələcəkdə nə olacağı hələ mənə maraqlı deyil".
 
İstifadəçilərin bu haqda fikirləri müxtəlif olsa da, ifrat dərəcədə qulaqlıqdan istifadənin ziyanı demək olar, hər kəs üçün eynidir. Biz də məhz bu məsələni insanımıza çatdırmağı borc bilirik.
 
Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, insanlar,  xüsusən, gənclər və yeniyetmələr hər şeyin ziyanlı tərəflərini ölçməyi bacarmalıdır. O bildirir ki, gənclərin canlı ünsiyyətdən qaçaraq  qurduqları xəyal dünyasında, virtual aləmdə yaşaması onların şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərir:
 
"Onlar qulaqlıq və bu kimi vasitələrdən uzun zaman istifadənin sağlamlıqlarına ziyan vurduğunu bilirlər. Avtobusa minərkən mahnıya qulaq asır, mənzil başına necə çatdıqlarından xəbərləri belə olmur. Bax bu cür rahatlığa öyrəşdiklərindən ondan qopmağa çalışsalar da, bacarmırlar. Mən sənə komfort verəcəm, ancaq səhhətində, psixologiyanda problem yaradacam" - deyən psixoloq Elnur Rüstəmov bunu kapitalizmin yaşatmış olduğu fəsad kimi dəyərləndirib.
 
Mövzuya münasibət bildirən sosioloq Mehriban Nəsibova fikirlərini konkret faktla əsaslandırdı:
 
"Bir müddət öncə rayonların birində, bir gənc oğlan dəmir yolunu  qulaqlıqla keçmək istədiyi zaman qatar ayaqlarının üstündən keçmişdi. Sonra gəncin ayaqlarının ikisi də amputasiya olunmuşdu".

Qulaqlığın normadan çox, yaxud lazımsız istifadəsindən yaranan fəsadlarının gənclərə izah edilməsini vacib sayan sosioloq problemin həllini düzgün maarifləndirmədə görür.
 
O qeyd edir ki, belə  halların aradan qaldırılması üçün mütəmadi treninqlər, təlimlər keçirilməlidir . Beynəlxalq təcrübədə telefondan istifadə edərək yolu keçən piyadalara qarşı cərimələrin tətəbiqi də mövcuddur. Məsələn qonşu Rusiyada telefonla danışa-danışa yolu keçən piyadalara 500 rubldan 800 rubla qədər cərimə tətbiq edilməsi təklif olunur.
 
Elə bizdə də bu təklifi dəstəkləyənlər az deyil. Avtomobil yolunu əllərində telefon, qulağında qulaqlıqla keçən piyadalara cərimələrin tətbiq olunması  məsələsinə münasibət bildirən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bunu olduqca vacib sayıb:
"Bəli, tədbir görülməlidir, lakin hələ belə xətalara yol verən piyadalara müvafiq qaydada məsuliyyət tətbiq edilməyib. Bu gün "Yol hərəkəti haqqında" qanunun icrasına nəzarətin gücləndirildiyi bir dövrdə çox güman ki, piyadalar haqqında belə bir qayda tətbiq edilə bilər".
 
Texnologiyalar insan həyatını asanlaşdırmaq, əlaqələri və işləri tezləşdirmək məqsədilə yaradılır. Qulaqlıq və bu kimi əşyalardan yersiz istifadə etməklə insanlar sosial aləmdən təcrid olunur, cəmiyyətə qarşı laqeydlik və duyarsızlıq kimi mənfi xüsusiyyətlər sərgiləyirlər. İnsan zəkasının məhsulu olan texnologiya vasitələri, o cümlədən qulaqlıqdan şüurlu şəkildə istifadə olunmalıdır.

Bəlkə qulağımıza tıxanan bu əşyalar olmasaydı, sözümüz də dilimizə tıxanmazdı. Axı biz çox zaman qulaqlıqsız da qulaqlarımızı bağlamağı bacarırıq.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM