Azərbaycana səfər etmək istəyən əcnəbilərin işi MTN-dən keçəcək

17:17 / 30.10.2015

Xarici İşlər Nazirliyinin Kollegiyası "Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"i təsdiq edib. Reqlament oktyabrın 27-dən qüvvəyə minib.

Azərbaycana səfər etmək istəyən əcnəbilərdən Miqrasiya Məcəlləsi ilə nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır

APA-nın məlumatına görə, bu reqlamentə əsasən "http://evisa.mfa.gov.az" ünvanında təqdim edilən elektron xidmət Azərbaycana səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza (turistlərə verilən elektron viza istisna olmaqla) almaq üçün elektron qaydada müraciətinin və sənədlərinin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsini əhatə edir.

Viza verilməsi haqqında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəsatətlərinə, müraciət olunduğu gündən ən geci 15 gün keçənədək, Azərbaycan prezidenti tərəfindən müəyyən edilən hallarda, habelə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səfəri təcili müalicə, yaxud Azərbaycanda yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa (bu faktları təsdiq edən sənəd təqdim olunmaqla), ən geci 2 iş günü ərzində baxılır. Elektron xidmət ödənişlidir. Birdəfəlik giriş vizaları üçün - 50 ABŞ dolları, çoxdəfəlik giriş vizaları üçün - 350 ABŞ dolları, turizm vizaları və şəxsi kontraktla təhsil alan tələbələrin vizaları üçün - 20 ABŞ dolları, birdəfəlik tranzit vizası üçün - 20 ABŞ dolları, ikidəfəlik tranzit vizası üçün - 40 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilir.

Viza verilməsi üçün ödənilən dövlət rüsumu, müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır

"Dövlət rüsumu haqqında" qanununa əsasən, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun məbləği həmin qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi Nazirlər Kabinetinin qərarı ilə həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan dövlət rüsumu səviyyəsində müəyyən olunmuş məbləğdə tətbiq edilir. "Dövlət rüsumu haqqında" qanuna əsasən Azərbaycana gələn dövlət nümayəndə heyəti üzvləri və rəsmi şəxslərdən, Azərbaycanda beynəlxalq humanitar təşkilatları təmsil edənlərdən, dövlət xətti ilə təhsil alan və pedaqoji fəaliyyət göstərənlərdən, müdafiə xətti ilə səfər edənlərdən viza rəsmiləşdirilməsi üçün dövlət rüsumu alınmır. Viza verilməsi üçün ödənilən dövlət rüsumu, müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır.

Elektron xidmətin göstərilməsi üçün ərizə-anket, pasport və ya digər sərhədkeçmə sənədinin əsas səhifələrinin surətləri (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 (üç) ay artıq olmalıdır), biometrik identifikasiya tələblərinə uyğun rəngli fotoşəkil (3x4sm), tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə), əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün), dəvətin səbəbini təsdiqləyən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur), viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd,  rəsmi səfər məqsədilə verilən giriş vizaları üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası və ya Azərbaycanın müvafiq qurumlarının vəsatəti, elm və ya təhsil məqsədilə verilən giriş vizaları üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycanda təhsili və yaşayışı ilə bağlı xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olması haqqında müvafiq sənəd (Azərbaycan Respublikasında əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təhsili vətəndaşı olduğu və ya daimi qeydiyyatda yaşadığı ölkə tərəfindən maliyyələşdirilmədiyi halda), müalicə məqsədilə verilən giriş vizaları üçün müayinə və ya müalicə olunacaq xəstəliyin olması barədə tibbi arayış, şəxsi səfər məqsədi ilə verilən giriş vizaları üçün dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin səfəri ilə bağlı maliyyə xərclərinin (bilet, gündəlik yaşayış, tibbi və sair) təminatı barədə öhdəlik və ya bu xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olma barədə müvafiq sənəd, habelə dəvət edilən şəxsin əməkçi miqrantın və ya təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxsin ailə üzvü olmasını təsdiq edən sənəd, turizm məqsədilə verilən giriş vizaları üçün turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd, tranzit vizaları üçün təyinat ölkəsinə getmək vizasının (təyinat ölkəsinə səfər etmək üçün vizasız rejim müəyyən olunmuş ölkələr istisna olmaqla) və müraciət olunan ölkədən təyinat ölkəsinə getmək üçün nəqliyyat biletinin surətləri (əldə etmək mümkün olduğu təqdirdə) və ya bu səfəri təsdiq edən digər məlumatlar və 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün yuxarıda qeyd olunan sənədlərdən əlavə, notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur. Viza rəsmiləşdirilməsi ilə əlaqədar Azərbaycana səfər etmək istəyən əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən Miqrasiya Məcəlləsi ilə nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

Ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanında real vaxt rejimində doldurulur və qeyd olunan sənədlərin elektron surətləri ərizəyə əlavə edilərək həmin elektron ünvana təqdim edilir. İstifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina olunur və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçt ünvanına dərhal məlumat göndərilir. Təkrar vəsatətə imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır. İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər reqlamentə uyğun olduqda sorğu qəbul olunur. Elektron qaydada daxil olmuş viza verilməsi barədə ərizənin düzgün doldurulması və tələb olunan sənədlərin tamlığı diplomatik nümayəndəlik və konsulluqlar tərəfindən yoxlanıldıqdan sonra dərhal "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi (İAMAS) vasitəsilə gücləndirilmiş elektron imza ilə təsdiq edilərək baxılması üçün Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinə göndərilir. Nazirliyin Konsulluq idarəsinin məsul əməkdaşı tərəfindən sorğudakı məlumatların düzgünlüyü və tamlığı yoxlanılır və İAMAS-ın məhdudiyyət siyahıları ilə müqayisələr aparılır. Bundan sonra, sorğu razılaşdırılma məqsədilə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinə göndərilir. Milli Təhlükəsizlik Nazirliyinin rəyi alındıqdan sonra qəbul edilən yekun rəy sorğunun daxil olduğu diplomatik nümayəndəlik və ya konsulluğa təqdim edilir. Viza verilməsi məqsədəuyğun hesab edildikdə diplomatik nümayəndəlik və ya konsulluq tərəfindən viza blankının fərdiləşdirilməsi, pasporta yapışdırılması, verilməsi və qeydə alınması təmin edilir. Araşdırmaların nəticəsindən asılı olaraq, viza verilməsi məqsədəuyğun hesab edildikdə istifadəçiyə elektron poçt vasitəsilə vizanın rəsmiləşdiriləcəyi yer və tarix barədə məlumat verilir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM