XİN-dən həmsədrlərin açıqlamasına - İRAD

11:49 / 31.10.2015

Oktyabrın 27-də qoşunların təmas keçirilən monitorinq zamanı atəşkəs rejiminin pozulmasına baxmayaraq, ATƏT-nin Minsk qrupu Ermənistan tərəfinin atəşkəsi pozması haqda rəsmi açıqlama verməyib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətindən Strategiya.az- a daxil olan məlumatda deyilir ki, 27 oktyabr 2015-ci ildə əldə olunmuş ilkin razılığa əsasən ATƏT-nin Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti üzərindən Azərbaycanın işğal olunmuş ərazilərindən Azərbaycan ordusunun nəzarət etdiyi ərazilərə keçiblər. Məhz bu vaxt ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun səhra zabitləri Tərtər və Ağdərə (Azərbaycan Respublikasının Tərtər rayonu) arasındakı yolda atəşkəsin monitorinqi üzrə təlim keçirirdilər.

ATƏT heyətinin təhlükəsizliyini təmin etmək üçün tədbirlərin görülməsinə dair əvvəlcədən razılığın əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən nəzarət edilən işğal olunmuş ərazilərdən Azərbaycan Respublikası silahlı qüvvələrinin mövqeləri istiqamətinə təkrar atəşlər açılıb. Bu insident ATƏT-in monitorinq heyətini Azərbaycan Respublikası silahlı qüvvələrinin mühafizəsinə sığınmağa vadar edib.

Bu insident zamanı hadisə yerində olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələrinin ifadələrinə görə, ATƏT heyəti atəşi dayandırmaq və atəş açmamaq üçün zəmanətləri yeniləmək məqsədilə qarşı tərəflə əlaqəyə çıxıb. Mənbənin və atəşin açıldığı istiqamətin aydın şəkildə bəlli olmasına baxmayaraq, həmsədrlərin 29 oktyabr 2015-ci il tarixli bəyanatında bu insidentin müvafiq qaydada əks etdirilməməsi və atəşi pozan tərəfin adının qeyd olunmaması təəssüf doğurur. Amma bu Ermənistan tərəfini törətdiyi bu və digər çoxsaylı təxribatlarına görə məsuliyyətdən azad etmir.

Azərbaycan Respublikası bu insidentin münaqişənin həlli istiqamətində olan səylərin pozulmasına qarşı qəsdən törədilmiş cəhd olmasına dair həmsədrlərin qiymətləndirməsini bölüşür. Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb ki, son illər ərzində və xüsusilə 2015-ci ilin yanvarından etibarən Ermənistan tərəfindən atəşkəsin pozulması və silahlı təxribatların törədilməsinin tezliyi daha da artıb və daha zorakı xarakter alaraq, qadın və uşaqlar daxil olmaqla, mülki Azərbaycan əhalisi arasında ölümlərə və xəsarətalma hallarına səbəb olub. 2015-ci ilin sentyabrında Nyu-Yorkda danışıqların növbəti mərhələsindən əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən xüsusilə qoşunların təmas xətti boyunca yaşayan mülki Azərbaycan əhalisini hədəfə almaqla, böyük kalibrli avtomatik silahlar, mina atanlar və artilleriya vasitələrindən istifadə edərək atəşkəsin pozulması dramatik şəkildə intensivləşdirilib.

Xatırlatmaq yerinə düşər ki, Fransa Respublikasının Prezidenti Fransua Olland tərəfindən Azərbaycan və Ermənistan Prezidentlərinin 27 oktyabr 2014-cü ildə Parisdə təşkil olunmuş növbəti danışıqlarından sonra 6 noyabr 2014-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlimlərə başlayıb. 12 noyabr 2014-cü ildə Ermənistan silahlı qüvvələrinin təlimlərdə iştirak edən iki ədəd “Mi-24” hücum helikopteri Azərbaycanın işğal olunmuş Ağdam rayonu yaxınlığında Azərbaycan silahlı qüvvələrinin yaxın ətrafına yan alıb və hücum manevrləri edib. Bu hücuma cavab olaraq, helikopterlərdən biri vurulub.

Ermənistan tərəfinin davamlı və qəsdli təxribatları gərgin vəziyyət yaratmaq, münaqişənin siyasi həlli istiqamətində olan səyləri pozmaq və işğala əsaslanan status kvonu möhkəmləndirmək kimi açıq məqsəd güdür.

Azərbaycan Respublikası bir daha Ermənistan tərəfindən təxribatlara son qoymasını, münaqişənin həlli prosesində konstruktiv mövqe nümayiş etdirməsini, beynəlxalq öhdəliklərinə əməl etməsini və Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmasını tələb edir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM