Strategiya.az “Azerisport.az”-a istinadən xəbər verir ki, Foqts bunları söyləyib: “Kiçik ölkələr indiyə qədər final mərhələlərində iştirak edə bilmirlər. İştirakçıların sayının artırılması onların qarşısında yaxşı imkanlar açır. Ancaq yoldaşlıq görüşlərinin sayının azaldılması mənim xoşuma gəlmir. Bizim yığmamız kimi komandalara bu, lazımdır. Belə çıxır ki, biz noyabrda yoldaşlıq görüşü keçirə bilməyəcəyik. Belə bir şəraitdə, Azərbaycan yığması rəqiblərlə necə rəqabət apara bilər?”.