“Yeni Konstitusiyanın hazırlanmasının təşəbbüskarı ümummilli lider Heydər Əliyev olub”

11:51 / 14.11.2015

 
 

Şahin Əliyev: “Bu Konstitusiyanın 20 il ərzində qüvvədə qalması ulu öndərin Azərbaycan dövləti üçün yaratdığı hakimiyyət sisteminin özünü doğrultduğunu sübut edir”

1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməyib. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. 2002-ci ilin avqustunda və 2009-cu ilin martında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib. Konstitusiyanın müstəqillik tariximizdəki rolu, zaman-zaman Konstitusiya islahatlarının aparılması, inkişaf etmiş ölkələrlə Azərbaycan Konstitusiyasının müqayisəsi və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev cavablandırır.

- Şahin müəllim, 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyamızın müstəqillik tariximizdəki rolunu necə qiymətləndirirsiniz?

- Bu sualın birmənalı olaraq cavabı müsbətdir. Müstəqillik haqqında Konstitusiya aktı 1991-ci ildə qəbul edilib. Bunun ardınca Ali Sovet yeni Konstitusiyanın hazırlanması üçün komissiya yaradıb. Bu komissiya heç bir iş görməyib, heç nə ortalığa çıxarmayıb. 1994-cü ildə Milli Məclis yenidən Konstitusiyanın hazırlanması üçün komissiya yaratdı. Həmin komissiya da heç bir iş görmədi. O vaxtlar qəribə bir durum yaranmışdı. Xalq Cəbhəsi hakimiyyəti dövründə müstəqillik şüarları altında hakimiyyətə gələn insanlar üçün 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasının qüvvədə olması məqbul sayılırdı. Təsəvvür edin, həmin Konstitusiyanın bir bölməsi Azərbaycan Respublikasının SSRİ-nin tərkibində statusunu müəyyən edirdi. Həmin insanlar hətta bu bölməni də qüvvədən salmağı unutmuşlar. Yeni Konstitusiyanın hazırlanmasının təşəbbüskarı ulu öndər Heydər Əliyev oldu. Yeni Konstitusiyanın 3-də 1-i insan hüquq və azadlıqlarından bəhs edir. Bu Konstitusiya 1995-ci ildə ölüm hökmünün ləğv edilməsini də nəzərdə tutmuşdu. O zamankı mühit, dövrlə bərabər, ölüm hökmünün ləğv edilməsi niyyətini tutuşdursanız bunun nə demək olduğunu anlayarsınız. Yeni Konstitusiya məhz belə bir dövrdə, Heydər Əliyevə qarşı sui-qəsd cəhdləri, dövlət çevrilişinə yönəlmiş silahlı qiyamlar şəraitində onun təşəbbüsü ilə hazırlandı. Bu Konstitusiyanın 20 il ərzində qüvvədə qalması ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti üçün yaratdığı hakimiyyət sisteminin özünü doğrultduğunu sübut edir. Heç kim deyə bilməz ki, bu 20 ildə Azərbaycanda Konstitusiya böhranı yaranıb, səlahiyyətlərin toqquşması olub, yaxud sistemin hansısa hissəsi düzgün işlənməyib. Dövlət mexanizmi 20 ildir ki, saat kimi işləyir.

- Zaman-zaman aparılan Konstitusiya islahatlarının önəmi nədən ibarətdir?

- Hər bir Konstitusiya dövlətin canlı ürəyidir. Dövlət inkişaf etdikcə, həmin ürək qan dövranını bu inkişafa uyğunlaşdırmalıdır. Məhz bu kimi səbəbdən Konstitusiyaya zaman-zaman düzəlişlərin edilməsi, dəyişməsi normal hadisədir. Əslində Konstitusiya dəyişməyə bilməz. Həyatda yeni tələblər meydana gəldikdə Konstitusiya bütün bunlara cavab verməlidir. Misal üçün, bəzi mərkəzi icra hakimiyyəti orqanlarında qanunla onların səlahiyyətlərinə aid edilməyən məsələləri də həll etməsi halı ola bilər. Bununla əlaqədar olaraq, 2009-cu ildə qərara gəlindi ki, Konstitusiyaya dəyişikliklər edilsin. Artıq Konstitusiyada bərqərar olunub ki, insan üçün yalnız bir prinsip mövcuddur. Hər bir insan qanunla qadağan edilməmiş hər bir hərəkəti edə bilər. Dövlət orqanları üçün isə əks prinsip mövcuddur. Dövlət orqanları yalnız qanunla icazə verilən hərəkətlər edə bilərlər. Əminəm ki, Konstitusiyaya yeni düzəlişlər gələcəkdə də olacaq.

- Azərbaycan Konstitusiyasını ideal hüquqi akt hesab etmək olarmı?

- Həyatda ideal heç nə yoxdur. Heç ABŞ-ın 200 illik Konstitusiyası da ideal deyil. Mövcud Amerika Konstitusiyasının mənası həmin ölkənin Ali Məhkəməsinin şərhləri ilə hədsiz dərəcədə dəyişdirilib. Əgər bu ideal sənəd olsaydı inkişafa da ehtiyac qalmazdı. İnsan hüquq və azadlıqlarının təmini baxımından ABŞ, eləcə də Avropa ölkələrinin konstitusiyaları ilə Azərbaycanın ana yasası arasında heç bir ciddi fərq yoxdur. Hətta bir sıra hallarda bu müqayisə Azərbaycan Konstitusiyasının lehinədir. Dini etiqad azadlığından başlamış bütün azadlıqlar Konstitusiyamızda nəzərdə tutulub. Lakin dini etiqad azadlığı heç də o demək deyil ki, kimsə sərbəst toplaşmaq haqqında qanuna riayət etməməlidir. Dini etiqad azadlığını kimsə qanun pozuntusuna yol vermək kimi başa düşməli deyil. Bütün inkişaf etmiş dövlətlərdə bu, belədir.

- Şahin müəllim, bu günlərdə ANS telekanalında 2011-ci ilin oktyabrında çəkilən bir veriliş yenidən efirə gedib. Həmin verilişdə Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri Hacıbaba Əzimov 1991-ci ildə Konstitusiya aktının qəbulu ilə bağlı bir sıra fikirlər səsləndirib. Həmin dövrdəki hadisələrin bilavasitə iştirakçısı kimi bu barədə nə deyə bilərsiniz?

- Həmin verilişdə Hacıbaba Əzimovun həqiqətə uyğun olmayan, siyasi təbliğat məqsədi daşıyan fikirləri yer alıb. Hacıbaba Əzimovun ümumi iddiası ondan ibarətdir ki, guya müstəqillik haqqında Konstitusiya aktının müəllifi odur və bu fakt qəsdən işıqlandırılmır, Azərbaycan xalqından, geniş ictimaiyyətdən gizlədilir. Halbuki, bu iddialar həqiqətdən kifayət qədər uzaqdır, əsassızdır. Əvvəla ona görə ki, o zaman, yəni 1991-ci ildə Ali Sovetin bütün sessiyaları hazırda Milli Məclisin iclaslarında olduğu kimi çox ciddi şəkildə sənədləşdirilirdi. Həm video çəkiliş aparılırdı, həm də stenoqramlar hazırlanırdı. Ali Sovetin 13 noyabr 1991-ci il tarixli sessiyasının da həm stenoqramı, həm də video çəkilişi var. Həmin iclasın stenoqramından çıxarış qabağımdadır (Fond 2941, Siyahı 1a, İş 282), və orada əks etdirilmiş mənim çıxışımdan bir sitat gətirmək istərdim: “Hörmətli deputatlar, mənim ümumiyyətlə bu tribunaya çıxmağa heç bir hüququm yoxdur. Ona görə ki, aparat işçisiyəm, deputat da deyiləm. Amma icazə versəniz, bu aktların hazırlanması və qəbuluna dair bir-iki fikrimi söyləmək istəyirəm. Müstəqillik haqqında akt layihəsini mən özüm yazmışam başdan ayağa qədər. Onun müəllifi mənəm. Özünüz də bilirsiniz ki, hər bir adamın əlyazmasına o adamın münasibəti necə olur. Bu akt hazırlananda üç komissiyadan keçdi. Mən komissiyaların üçündə də iştirak etdim və cəhd göstərdim ki, aktın maddələrini izah eləyib və o aktda lazımsız dəyişikliklər edilməsin” (səh. 112). Razılaşın ki, 31 yaşında insanın 350 deputatın qarşısında bu cür iddialarla çıxış etməsinə ən azı mənəvi haqqı olmalı idi. 1991-ci il avqustun 30-da Ali Sovet müstəqillik haqqında bəyannamə qəbul etmişdi. Bu bəyannamədə Azərbaycanın siyasi müstəqilliyi və suverenliyi bərpa edilmişdi. Bu aktın müəllifi Ali Sovetin katibliyinin rəisi Nizami Sadıqov idi. O, çox peşəkar dövlət qulluqçusu, vətənpərvər və sadəcə olaraq yaxşı insan idi. Lakin mən başa düşürdüm ki, bu bəyannamənin qəbul edilməsi hüquqi cəhətdən Azərbaycanın müstəqilliyinin bərpa edilməsi hesab oluna bilməz. 

- Sizdə belə bir əminlik nəyə əsasən yaranmışdı?

- Ona görə ki, 1991-ci ilin mart ayında bütün SSRİ-də olduğu kimi Azərbaycanda da SSRİ-nin saxlanmasına dair referendum keçirilmişdi. Azərbaycan rəhbərliyindən fərqli olaraq, Naxçıvan Muxtar Respublikası onun rəhbəri olan Heydər Əliyevin təşəbbüsü ilə həmin referendumda iştirak etməmişdi. Azərbaycanın ərazisində bu referendumun nəticələri, “qanlı yanvar” hadisələrindən sonra, insanların kütləvi olaraq kommunist partiyasının sıralarını tərk etdikdən sonra, çox müəmmalı şəkildə müsbət hesab edildi. Bildiyiniz kimi, cavab olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi SSRİ-nin tərkibindən çıxmaq haqqında qərar qəbul etdi. Mən başa düşürdüm ki, referendumun nəticələri yalnız başqa bir referendumla dəyişdirilə bilər. Hüquqi cəhətdən bunun başqa çıxış yolu yoxdur. Belə bir vəziyyətdə müstəqillik haqqında Konstitusiya aktının hazırlanması təşəbbüsü ilə çıxış etdim. Ali Sovetin aparatının hüquq şöbəsi müdirinin birinci müavini idim və bu təşəbbüslə o zaman Ali Sovetin sədri Elmira Qafarovaya müraciət etdim. O, buna razılıq verdi. Çox qısa müddətdə də akt layihəsi hazırlandı. 

- Konstitusiya aktı layihəsinin Ali Sovetdə müzakirəsinə yenidən qayıdaq. Həmin vaxt deputatlar bu layihəyə necə reaksiya verdilər?

- Konstitusiya aktının layihəsi hazırlandı və Ali Sovetin sessiyasına çıxarıldı. Akt müzakirə edilərkən çox maraqlı vəziyyət yarandı. Müzakirələrdə deputatlar çoxsaylı təkliflər səsləndirdilər. Ali Sovet sədrinin səlahiyyətlərini icra edən, sədr müavini Ziyad Səmədzadə emosional şəraitdə səsləndirilən bir çox təklifləri səsverməyə çıxarmadı. Sadəcə olaraq, stenoqramda əks olunduğu kimi, “bəyənilsin”, “qəbul edilsin” kimi sözlər səsləndirilirdi. Nəticədə, Konstitusiya aktı layihəsinə səs veriləndə də deputatların düzəlişləri hüquqi cəhətdən nəzərə alınmamış hesab oluna bilərdi. Ona görə ki, həmin düzəlişlər, təkliflər səsə qoyulmamışdı. Beləliklə də heç bir düzəliş və dəyişiklik edilmədən deputatlara paylanmış Konstitusiya aktı layihəsinə səs verildi, layihə qəbul edildi. Həmin layihə prezident tərəfindən imzalandıqdan sonra mətbuatda dərc olundu. Layihə mətbuatda işıq üzü görən gün Ali Sovetdə “tufan” qopdu. Deputatların bir çoxu gördülər ki, onların səsləndirdikləri təkliflər Konstitusiya aktı layihəsində nəzərə alınmayıb. O təkliflərin 90 faizi mahiyyət etibarilə siyasi şuarlardan ibarət idi və aktın mətni ilə ziddiyyət təşkil edirdi. Bundan sonra Ali Sovet mənim fəaliyyətimi araşdırmaq üçün xüsusi komissiya yaratdı. Həmin komissiyanın sədri də Hacıbaba Əzimov oldu. O, həmin vaxt artıq siyasətdə idi. Yaranmış vəziyyətdən çox məharətlə öz siyasi təbliğatı üçün istifadə etməyə başladı. Hiss edirdim ki, komissiya sədri Hacıbaba Əzimovun məruzəsi obyektiv olmayacaq. Ali Sovetin 13 noyabr iclasından bir gün əvvəl Ziyad Səmədzadə ilə görüşdüm, xahiş etdim ki, Hacıbaba Əzimovun çıxışından sonra mənə də söz versin. O, məruzədə elə də ciddi məsələlərin olmadığını bildirərək, narahatlıq üçün heç bir əsasın olmadığını dilə gətirdi. Hətta mənim çıxışıma da ehtiyac olmayacağını qeyd edərək, zərurət yarandığı halda çıxış üçün söz verəcəyini dedi. Hacıbaba Əzimov 13 noyabr sessiyasında ünvanıma ittihamlarla dolu nitq səsləndirdi. Ona cavab verməyə bilməzdim. Lakin Ziyad Səmədzadə mənə həmin vaxt çıxış üçün söz vermədi. Buna səbəb iclas zalında çox emosional vəziyyətin olması idi. Nəhayət mən özbaşına tribunaya çıxdım və əvvəlki suala cavabımda qeyd etdiyim fikirləri səsləndirdim. 

- Bir qədər də açıq şəkildə ifadə etsək, Hacıbaba Əzimov Sizi konkret nədə ittiham edir?

- O bildirir ki, deputatların o zaman səsləndirdikləri tələm-tələsik fikir və təklifləri son mətndə nəzərə alınmayıb. Onun iddiasına görə, bu təklif və düzəlişlər normal şəraitdə qəbul olunub və Konstitusiya aktında öz əksini tapmalı idi. Hacıbaba Əzimov və bəzi deputatlar hesab edirdilər ki, mən öz səlahiyyətlərimi aşmışam, onların təkliflərini nəzərə almamışam.

- Həmin təkliflərin ümumi məğzi nədən ibarət idi?

- Müstəqillik haqqında Konstitusiya aktı sırf hüquqi sənəd kimi hazırlanmışdı. Bu sənədin yalnız preambulası siyasi mahiyyət daşıyırdı və burada hər hansısa siyasi məsələlər əks etdirilə bilərdi. Lap formal procedur pozuntularını qırağa qoysaq belə, kifayət qədər siyasiləşdirilmiş məsələləri norma kimi akta daxil etmək mümkün deyildi. Çünki onlar sırf siyasi şüarlar idi. Bu təkliflərin hüquqa heç bir aidiyyəti yox idi.

- O zaman deputatlara bu barədə izahat verilmişdimi?

- Şəxsən mənim tərəfimdən onlara belə bir izahat verilmişdi. Lakin onlar fikirlərimi qəbul etmir, çox neqativ reaksiya verir, yalnız özlərini haqlı sayırdılar. Yeganə adam hüquqşünas Fuad Ağayevdir ki, məhz onun təklifi müstəqillik haqqında Konstitusiya aktında nəzərə alınıb. Onun təklifləri mülkiyyət növləri ilə bağlı olub, sırf hüquqi təkliflər idi.

Rufik İSMAYILOV 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM