“Azəriqaz” əhaliyə müraciət edib

15:34 / 17.11.2015

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi əhaliyə müraciət edib.

 

SOCAR-dan Strategiya.az-a verilən məlumata görə, qurum əhalini təbii qazdan istifadəsi ilə bağlı təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

 

“Azəriqaz”dan bildirilib ki, respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir.

 

“Bu işlərlə yanaşı, qaz təsərrüfatının müasir tələblər səviyyəsində istismarına da ciddi fikir verilir, aşkar edilmiş çatışmazlıqlar qısa müddətdə aradan qaldırılır, istehlakçılar maarifləndirilir, aparılan texniki baxışların keyfiyyəti yüksəldilir. Birlik tərəfindən mütəmadi olaraq aparılan məqsədyönlü təbliğata baxmayaraq respublika ərazisində təbii qazdan düzgün istifadə edilməsi qaydalarının kobud şəkildə pozulması hallarına hələ də rast gəlinir. Aparılmış araşdırmalar göstərir ki, bədbəxt hadisələrin təxminən 98%-i istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarına tam riayət edilməməsi səbəbindən baş verir”, - deyə məlumatda vurğulanıb.

 

Bütün bunları nəzərə alaraq, “Azəriqaz” İB istehlakçıları aşağıdakı təhlükəsizlik qaydalarına riayət etməyə çağırır:

 

• Mənzilə, zirzəmilərə daxil olarkən qaz sızmasının olmadığını təyin etməmiş açıq oddan və elektrik şəbəkəsindən istifadə etməyin.

 

• Qaz cihazlarından istifadə etməzdən əvvəl mütləq otağın havasını dəyişin, yalnız qaz iyinin olmadığına əmin olduqdan sonra cihazı yandırın.

 

• Qaz cihazlarından istifadə edərkən yanan odu odluğa yaxınlaşdırdıqdan sonra qaz kranını açın.

 

• Qaz cihazlarını nəzarətsiz qoymayın. Kiçik yaşlı uşaqların, ruhi xəstələrin, qazdan istifadə etməyi bacarmayan şəxslərin qaz cihazlarından istifadəsinə imkan verməyin.

 

• Qaz cihazlarından istifadə edib qurtardıqdan sonra cihaz üzərindəki bağlayıcını və xətdəki nəzarət kranını bağlayın.

 

• Qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar edin.

 

• Qaz cihazlarının təmiri və onlara texniki xidmət göstərilməsi işləri yalnız xüsusi razılığı (lisenziyası) olan təşkilatların və ya yerli qaz istismar sahələrinin aidiyyəti işçiləri tərəfindən həyata keçirilməlidir. Kənar şəxslərin bu işləri görməsinə yol verməyin.

 

• Qaz iyi və qaz cihazlarında nasazlıq hiss etdikdə, dərhal bütün kranları bağlayın, elektrik cihazlarını şəbəkəyə qoşmayın, işlək cihazları şəbəkədən ayırmayın, işığı yandırıb-söndürməyin, mənzilin havasını dəyişdikdən sonra 104 №-li telefonla qəza dispetçer xidmətinə müraciət edin.

 

• Mənzildə 1 (bir) aydan çox müddətdə kimsənin yaşamayacağı təqdirdə qaz istismar sahəsinə bu barədə əvvəlcədən yazılı olaraq məlumat verin.

 

• Zirzəmidə, binanın girişində, həyətdə, küçədə qaz iyi hiss etdikdə ətrafdakılara ehtiyat tədbirləri barədə xəbərdarlıq edin, qazlı mühitdən insanların çıxarılması, açıq od və qığılcım yarada bilən hərəkətlərin qarşısının alınması üzrə tədbirlər görün və qaz istismar sahəsinə təcili məlumat verin.

 

• Yanğın baş verdikdə dərhal mənzilə və ya evə gedən qaz xətti üzərindəki giriş kranını (ventili) bağlayın, 101 №-li telefonla FHN-nin yanğından mühafizə xidmətinə, 104 №-li telefonla isə qaz qəza dispetçer xidmətlərinə xəbər verin.

 

• Daxili qaz kəmərləri və qaz cihazlarına profilaktik xidmət göstərilməsinə maneçilik törədə bilən işlərə yol verməyin.

 

• Tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin normal işləməsini diqqətdə saxlayın və qaz cihazlarından istifadə etməzdən əvvəl mütləq onlarının normal işləməsinə əmin olun. Qaz sobalarının və su qızdırıcılarının tüstü kanalları (bacaları), mətbəx və vanna otaqlarının ventilyasiya kanalları (havadəyişmə yolları) qış mövsümünün başlanmasına qədər bina və fərdi yaşayış evlərinin sahibləri tərəfindən təmizləndirilməli, təmir etdirilməli və onların vaxtaşırı yoxlanılması təmin olunmalıdır.

 

• İctimai binalarda, təhsil, səhiyyə, digər idarə və müəssisələrdə təbii qazdan istifadəyə cavabdeh şəxslər təyin edilməlidir. Məsul şəxslər müəssisə rəhbərinin əmri ilə təyin edilməli və “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”na uyğun olaraq imtahan verməlidirlər.

 

QADAĞANDIR:

 

• Qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri və əlavə qaz cihazlarının quraşdırılması;

 

• Qaz cihazları üzərində paltar və ya digər alışa bilən əşyaların qurudulması;

 

• Qaz cihazları olan otaqlarda tez alışan mal və materialların yerləşdirilməsi və saxlanılması.

 

Unutmayın ki, təbii qazdan istifadə qaydalarına riayət etməklə siz özünüzün və ətrafdakıların həyatını baş verə biləcək bədbəxt hadisələrdən qorumuş olursunuz.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM