Bəlkə də T. Əhmədov məişət səviyyəsində həqiqətən yaxşı adamdır

08:51 / 01.03.2014

Nəhayət, “çörək verən kişinin” başqa maliyyə mənbələri barədə

Metroda bir sərnişinin daşınmasının maya dəyəri müəmmalı olaraq 3, gediş haqqı isə 4 dəfə artırılıb; ildə ticarət köşklərinin icarəyə verilməsindən gələn gəlirlərin ən azı 11 milyon manatı və ya 93 faizi mənimsənilib, ayda 1 milyon manata çatan reklam gəlirinin hara axması ilə bağlı isə heç bir məlumat yoxdur 

 

Strategiya.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Metropolitenin rəisi Tağı Əhmədovun işdən çıxarılmasına birmənalı münasibət yoxdur. Çoxları bu qərardan məmnun qaldığını bildirsə də, T.Əhmədovun müdafiəçiləri də tapıldı. T.Əhmədovun müdafiəçilərinin arqumentini belə ümumiləşdirmək olar: “metro işini gözəl bilir, fəhləlikdən gələrək rəis olub”, “çörək verən kişidir”, “dili acı olsa da, təmiz ürəyi var”, “hakimiyyətdə türk qruplaşmasının az saylı təmsilçilərindən biridir”, “poeziya həvəskarıdır” və s.

Bu arqumentləri təftiş etmək niyyətində deyilik. Hər bir şəxs kiməsə rəğbətini izhar etməkdə tam sərbəstdir. Ancaq məsələ bundadır ki, bu arqumentlər 16 il metropolitenə rəhbərlik etmiş şəxsin peşəkar keyfiyyətlərinə verilən dəyər deyil. Bəlkə də T. Əhmədov məişət səviyyəsində həqiqətən yaxşı adamdır və bunun əksini iddia etməyə nə vaxtımız, nə əks-arqumentimiz, nə də həvəsimiz var.

Biz T. Əhmədovun peşəkar keyfiyyətlərinə bir baxış etmək fikrindəyik.

Tağı Əhmədov Bakı Metropoliteninə 1998-ci ildən rəhbərlik edib. 1948-ci il təvəllüdlü T.Əhmədov buna qədər metropolitendə tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, tunel qurğuları xidmətinin rəisi işləyib. 44 il metropolitendə çalışan və sistemin bütün incəliklərinə bələd olan T. Əhmədov bu təcrübəsindən necə faydalanıb və metropolitenə hansı töhfələrini verib? Əsas sual onun etnik mənşəyi, çörək paylaması və ya şeir oxuması yox, məhz budur.

Metroda sərnişin daşınması neçəyə başa gəlir?

Metro istifadəçiləri üçün T.Əhmədov yaddaşlarda gediş haqqını 4 dəfə artıran şəxs kimi qaldı. O metroya rəhbərlik etməyə başlayanda gediş haqqı 5 qəpik idi, “yeraltı dünyanı” tərk edəndə isə qiymət 20 qəpiyə çatmışdı. Tarif (Qiymət) Şurası məhz T. Əhmədovun təklifləri əsasında 2 dəfə metroda gediş haqlarının artımı ilə bağlı qərar qəbul etdi. Təbii sual ortaya çıxır - metroda xidmətin səviyyəsi qiymət artımına adekvat olaraq 4 dəfə yaxşılaşıbmı? Sualın cavabı birmənalı olaraq mənfidir – 10 il qabaq xidmət səviyyəsi necə idisə, indi də eyni vəziyyətdir. Dəyişən yalnız əvvəllər metroya jetonla daxil olurduq, indi isə kartla daxil oluruq. Qatarlar arasında intervallar yenə 4-5 dəqiqədən az olmur, bəzən hətta pik saatlarında belə 7-8 dəqiqəyə çatır, yayda havasızlıqdan vaqonlarda nəfəs almaq mümkün olmur və s. Onda növbəti bir suala cavab vermək lazım gəlir: bəs metroda gediş haqqının artırılmasından gələn gəlir hara gedib? Ümumiyyətlə bu artımlara ehtiyac var idimi?

Bir neçə ay öncə, prezident İlham Əliyev Bakı və ətraf qəsəbələrinin inkişafına dair II Dövlət Proqramının yekunlarına dair keçirilən konfransdakı çıxışında bildirdi ki, Bakı Metropolitenində bir sərnişinin daşınmasının maya dəyəri son illərdə beş dəfədən çox artıb. Prezidentin sözlərinə görə, hazırda metroda bir sərnişinin daşınması dövlətə 1 manatdan yuxarı başa gəlir.

Bunun ardınca Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva bildirmişdi ki, metroda bir sərnişinin daşınmasının maya dəyərinin iki dəfədən çox artmasının səbəbi tikinti materiallarının alış qiymətlərinin, görülən işlərin haqqının, habelə podratçıların xidmət haqlarının artması ilə bağlıdır. Bundan əlavə, yeni metro xətləri və stansiyalar da tikilir, bu isə dövlət büdcəsinə əlavə yük gətirir.

148,8 milyon manatın mənbəyi hanı?

T. Əhmədov tez-tez metroda tariflərin Avropa standartlarından dəfələrlə ucuz olduğunu vurğulayır, qiymət artımlarının zəruri olduğunu qabardırdı. Görünən budur ki, T. Əhmədov arzusuna çatmış və prezidenti  bir sərnişinin daşınma xərcinin 1 manat olmasına inandıra bilmişdi. Ancaq araşdırmalar göstərir ki, bu real rəqəm deyil və T.Əhmədov prezidentə yanlış məlumat vermişdi. 

T.Əhmədov media açıqlamasına görə, hər gün orta hesabla metrodan 600 min nəfər sərnişin istifadə edir. Bu, ildə 220 milyon sərnişin deməkdir. 20 qəpikdən hesablasaq, bu 44 milyon manat pul edir. Hesab etsək ki, bir nəfərin daşınma xərci realda 1 manatdırsa, onda metropolitenin saxlanılması 220 milyon manat vəsait lazımdır. Bu vəsaitin 44 milyon manatı sərnişin daşınması hesabına əldə edilirsə, deməli, 176 milyon manat dövlət dotasiyasına ehtiyac var. 

2013-cü ilin dövlət büdcəsi xərclərində Bakı Metropoliteninə cəmi 29,2 milyon manat subsidiya ayrılıb. Deməli, Bakı Metropoliteninə il ərzində dotasiya ilə birlikdə cəmi 73,2 milyon manat bəs edir (44 milyon manat sərnişin daşınmadan əldə edilən gəlir + 29,2 milyon manat dotasiya). Bu hesabla bir sərnişin daşınması cəmi 33 qəpiyə başa gəlir. Bəs 1 manat haradan götürülüb? 

Bir qədər öncə metroda bir sərnişinin daşınma xərcinin 55 qəpik olması barədə rəsmi iddialar var idi. Sonra bu iddialar 72 qəpiyə, indi isə 1 manata çatıb. Bakı metropoliteni 1 nəfərin daşınma xərcinin 1 manat olduğunu israr edirsə, onda tələb edilən 220 milyon manatın qalan 148,8 milyon manatını (220 milyon manat – 73,2 milyon manat) hansı mənbələr hesabına əldə etdiyini açıqlasınlar. 

Metropoliten rəhbərliyi bütün maliyyə idarəetməsini itirib

Metropoliteninin mətbuat xidmətinin metroda bir sərnişinin daşınmasının maya dəyərinin iki dəfədən çox artmasını tikinti materiallarının alış qiymətlərinin, görülən işlərin haqqının, habelə podratçıların xidmət haqlarının artması və yeni xətlərin tikilməsi ilə izah etməsi də heç bir yüngül tənqidə belə dözmür.

Görünür, metropoliten rəhbərliyi bütün maliyyə idarəetməsini itirib, müəssisənin büdcəsi ilə dövlət investisiyalarını qarışdırıb. Yeni metro xətlərinin tikintisi metropolitenin daxili imkanları hesabına yox, dövlət sərmayələri hesabına gerçəkləşir. Nazirlər Kabinetinin məlumatına görə, 2006-cı ildən bu günə qədər dövlət büdcəsi hesabına metropolitendə təmir-bərpa işlərinə, yeni xətlərin tikintisinə 1 milyard 500 milyon manat vəsait ayrılıb (Bu il dövlət büdcəsindən metropolitenə 224 milyon manat yatırılacaq). Bu vəsait metropolitenin büdcəsinə daxil deyil. Yəni bu məbləğ dotasiya yox, dövlət sərmayəsidir. Bu xərclərin sərnişin daşınma xərclərinin artmasına nə aidiyyatı var? Ancaq eyni fikri T.Əhmədov da dəfələrlə dilinə gətirmişdi. Bu artıq spekuliyasiya idi. Dövlət sərmayəsi heç bir halda sərnişinlərin daşınma xərcinə daxil ola bilməz. Əgər daxil edilirsə, bu o deməkdir ki, yeni xətlər dövlət hesabına yox, sərnişinlərin cibi hesabına tikilir.

Beləliklə, bəlli olur ki, metropoliten rəhbərliyi sərnişin daşınma xərclərinin vəziyyəti barədə prezidentə təqdim etdiyi məlumatlar yanlışdır və xərclər şişirdilib. Ona görə metroda qiymətləri artırmaq barədə yox, maliyyə intizamı yaratmaq barədə düşünmək lazımdır. 

İldə icarə haqlarından ən azı 11 milyon 160 min manat mənimsənilir

Nəhayət, “çörək verən kişinin” başqa maliyyə mənbələri barədə. Maya dəyərinin şişirdilməsi korrupsiya risklərini artıran bir amildir. Burada olmayan xərclərə görə milyonlar hesabdan silinir və şəxsi ciblərə axır. Metropolitenin indiyə qədər maliyyə hesabatı açıqlanmadığına görə, hesabdan nə qədər silindiyini təsəvvür etmək çətindir. Ancaq metropoliten ərazisində ticarət köşklərinin icarəsindən və reklam xidmətindən gələn gəlirlər haqda real və rəsmi məlumatlar olduğundan korrupsiyanın miqyasını təsəvvür etmək çətin deyil.

T. Əhmədov bir müddət öncə mətbuata açıqlama verərək metropolitenin balansında 2 minə qədər ticarət obyektinin olduğunu söyləmişdi. O, eyni zamanda, metro ticarətindən əldə olunan aylıq gəlirin 70 min manat və həmin məbləğin yalnız metroya sərf olunduğunu iddia edib: “Bəziləri düşünür ki, guya metroda qaz vurub-qazan doldururlar. Xeyir, qazanc qəpiklə olan şeydir və onları bağlamaq bizə daha sərfəlidir. 70 min metropolitenə heç nə etmir. Bu, ildə cəmi 840 min manat pul edir”.

T. Əhmədovun açıqlamasından belə çıxır ki, metro keçidlərində  fəaliyyət göstərən bir dükan orta hesabla ayda cəmi 35 manat icarə haqqı yığır. Ancaq bu dükanları işlədən istənilən ticarətçidən dəqiqləşdirmək olar ki, bu rəqəm 500 manatdan az deyil. Bəzi işlək yerlərdə (28 may, 20 yanvar, Neftçilər, Nərimanov, Koroğlu stansiyalarının keçidlərində) bu məbləğ hətta 1000 manata çatır. Orta hesabla götürsək ki, 2000 ticarətçinin hər biri ayda 500 manat ödəyir, bu ildə 12 milyon manat pul edir. Deməli, bu məbləğin 11 milyon 160 mini metropolitenin büdcəsinə yox, şəxsi cibə axıb. Bu məbləği T.Əhəmədovun fəaliyyətdə olduğu 16 ilə vursaq nəhəng bir rəqəm alınır – 178 milyon 560 min manat. Bu vəsait necə olub, qədim Oğuz türklərindən olan, şair təbiətli T.Əhmədov bu pula nə qədər çörək alıb və nə qədər adama paylayıb? Bu suala hələ cavab verən yoxdur. 

16 il strateji əhəmiyyətli dövlət müəssisəsini “budka” kimi idarə etdi

Metroda reklam işləri ilə “Kommet” Reklam Agentliyi məşğuldur. Metro stansiyalarında reklam lövhələrinin bir ədədinin aylıq icarə haqqı 70 manatdır. Vaqonların içindəki reklamların dəyəri isə yerindən asılı olaraq 2-10 manat aralığındadır. 16 metro stansiyanın hər birində 30 reklam lövhəsi var. Monitorlarda reklam yerləşdirməyin qiyməti heç də aşağı deyil. Hər vaqonda da 2 monitor var. Reklamın qiyməti vaxta görə dəyişir. 5 saniyəlik reklam 68 manat, 10 saniyəlik çarx 128 manat, 15 saniyəlik çarx 180 manat, 20 saniyəlik çarx 224 manat, 30 saniyəlik çarx 306 manatdır. 

Ən minimal qiymətlərlə belə hesabladıqda  ay ərzində reklam xidmətindən metropoliten 1 milyon manata yaxın gəlir götürdüyü üzə çıxır. Bu ilə 12 milyon manat, 16 ilə 192 milyon manat edir. Ancaq bu məbləğin nə qədərinin metropolitenin büdcəsinə daxil edilməsi barədə heç bir rəsmi və ya qeyri-rəsmi məlumat yoxdur. Bununla bağlı T. Əhmədov həmişə suallardan yayınıb və bunu özünün şəxsi işi hesab edib. Bu adam metropolitenə rəhbərlik etdiyi 16 ildə axıra qədər strateji əhəmiyyətli dövlət müəssisəsinə rəhbərlik etdiyini anlaya bilmədi və bu tip suallara “sizə nə var”, “mən sizin işinizə qarışıram ki, siz mənim işimə qarışırsınız” deyə heç bir qanuna və etik normalara sığmayan cavab verdi. Normalda isə metropoliten rəhbərliyi hər il müəssisənin maliyyə hesabatını açıqlamalı, orada bütün mənbələr (sərnişin daşınması, reklam və icarə haqları üzrə daxilolmalar) üzrə gəlirlər əksini tapmalı idi. Hətta total korrupsiya mühiti olan dövlət müəssisələrində belə formal da olsa belə hesabatlar dərc edilir. Məsələn, hər il ARDNŞ-in maliyyə hesabatını ictimaiyyətə təqdim edir. T. Əhmədov isə özünə əziyyət verib bu formallığa belə getməyib. Ona görə də Tağı Əhmədovun fəaliyyətinə məişət səviyyəsində yox, bu faktlar konteksində qiymət vermək lazımdır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM