Milli Məclisə seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılıb

11:00 / 24.11.2015

Noyabrın 24-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxıb.

İclasa sədrlik edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiyasının 86–cı, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54-cü maddələrinə müvafiq olaraq, xüsusi konstitusiya icraatı qaydasında Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə işə baxan Plenumun tərkibini elan etdi.

Hakimlər Kamran Şəfiyevin və Rafael Qvaladzenin Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi yekun protokolunun, habelə dairə seçki komissiyalarının protokollarının (onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlanılmasının nəticələrinə dair məruzələri dinlənildi. Bildirildi ki, Mərkəzi Seçki Komissiyasının sənədləri Konstitusiya Məhkəməsinə daxil olduqdan sonra məhkəmə onların yoxlanılması üçün müvafiq mütəxəssisləri cəlb edib, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54.4-cü maddəsinə uyğun olaraq, Bakı, Sumqayıt, Gəncə, Şirvan Apellyasiya məhkəmələrindən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsindən, Azərbaycan Respublikası Ali Məhkəməsindən və Respublika Prokurorluğundan seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb edib. Müəyyən edilib ki, bu orqanlara daxil olmuş şikayətlərə qanunvericiliyin tələblərinə uyğun baxılıb.

Sonra MSK-nın sədri Məzahir Pənahov parlament seçkilərinə hazırlıq dövründən başlayaraq görülən işlər barədə ətraflı məlumat verdi. Vurğulandı ki, Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il avqustun 28-də “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncama müvafiq olaraq MSK seçkilərlə bağlı plan və təkliflər hazırlayıb qəbul edərək seçkilərin qanunvericiliyə uyğun olaraq həyata keçirilməsini təmin edib. Bildirildi ki, parlament seçkilərinə hazırlıq və səsvermə prosesi Azərbaycan Respublikasının Seçki Məcəlləsi əsasında keçirilib. Seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün bütün lazımi addımlar atılıb. Seçici siyahıları dəqiqləşdirilib və bu barədə MSK-ya həm yerli, həm də beynəlxalq seçki subyektləri tərəfindən müraciət daxil olmayıb.

Qeyd olunub ki, seçkidə 15 siyasi partiya və 7 siyasi partiyanı birləşdirən bir siyasi blok iştirak edib. Namizədlərin qeydiyyatı seçki qanunvericiliyinə uyğun olaraq aparılıb və 767 namizədin adı seçki bülletenlərinə daxil edilib. Bu namizədlərin yarıdan çoxu siyasi partiya və blokun namizədləri olub.

M.Pənahov namizədlərin qeydiyyatı və təşviqat kampaniyası üçün yaradılan imkanlardan danışdı. Bildirdi ki, MSK həm beynəlxalq, həm də yerli təşkilatlarla müxtəlif seçki subyektləri üçün geniş maarifləndirmə proqramı həyata keçirib.

Diqqətə çatdırıldı ki, 5547 seçki məntəqəsində 5 milyon 200 minədək seçicinin səs verməsi üçün hər cür şərait yaradılıb. Səsvermə günü MSK-ya heç bir rəsmi müraciət daxil olmayıb. MSK-nın “Qaynar xətt”inə 150-yə yaxın müraciət edilib ki, onlar da əsasən sorğu xarakterli olub.

Seçkilərdən sonra MSK-ya 34 dairəni əhatə edən 46 müraciət daxil olub ki, onların da hamısı operativ surətdə araşdırılıb. 90 saylı Ağdaş seçki dairəsi, həmçinin 18 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb.

Məntəqələrdə 65 mindən çox yerli, 500-dən çox xarici müşahidəçi seçki prosesini izləyib. Dövlətimizin başçısının təşəbbüsü ilə seçki məntəqələrində mindən çox veb-kameranın quraşdırılması ölkəmizdə seçkilərin demokratik və şəffaf şəkildə keçirilməsinə verilən önəmin göstəricisidir.

Bakı Dövlət Universiteti hüquq fakültəsinin konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov, həmin kafedranın dosenti, hüquq üzrə fəlsəfə doktoru Sübhan Əliyev ekspert rəyləri ilə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun tərtib etdiyi arayışla Ulduzə Həmidova çıxış etdilər.

Çıxış edənlər hakimlərin suallarını cavablandırdılar.

Sonra Konstitusiya Məhkəməsinin Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etmək üçün müşavirə otağına keçdilər.

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM