“Sovetski”dəki kredit girovundakı evlərin taleyi necə olacaq?

10:23 / 03.03.2014


“Sovetski” adlandırılan ərazidə sökülən evlər ilə bağlı əsas müzakirə olunan məsələ kompensasiyaların məbləği olsa da belə, ödənişlərin verilməsində sözügedən problem heç də yeganə maneə deyil. Məsələ ondadır ki, “Sovetski”də yerləşən evlərin bir qismi banklarda kredit girovundadır. Yəni, həmin ev sahibləri və ya qohumlar kredit götürən zaman o ərazidə yerləşən evlərini girov kimi banka təqdim ediblər. Sözügedən zonada yerləşən 10 min mənzilinin neçə faizinin girov olması barədə rəsmi məlumatlar olmasa da İqtisadi və Sosial İnkişaf Mərkəzinin sorğu nəticəsində empirik hesablamalarına görə, həmin evlərin təxminən 15 faizdən artığı girovdur. 

Təbii ki, həmin evlərin girov olmasında qanunsuz heç nə yoxdur. Kreditə ehtiyacı olan şəhər sakini evini girov kimi təklif edərək kredit götürüb. Amma, məsələ ondadır ki, həmin ərazidəki mənzillər dövlət ehtiyacları üçün satın alındığından girovda olan evlər sökülməlidir. Bəs, mövcud qanunvericilik və qaydalar ilə bu proses necə tənzimlənəcək? 

Bank qanunverciliyinə görə, girov evlərin satın alınarkən bank öhdəlikləri öncə yerinə yetirilməlidir və daha sonra ev satışa çıxarıla bilər. Yəni ev hökmən girovdan çıxmalıdır ki, o satıla bilsin. Qanunvericilik kommersiya məqsədi ilə və ya dövlət ehtiyacları üçün mənzillərin satın alınmasını ayrı-ayrı hallar kimi təsnifləşdirməyib. Bu isə o deməkdir ki, prosesə məsul icra hakimiyyəti qurumu məzili dövlət ehtiyacları üçün alan zaman həmin mənzilə görə banka olan borcu ödəməlidir və həmin pul kompensasiya məbləğindən çıxılmalıdır. Yəni, əgər vətəndaşın evi 30 min manatlıq kredit üçün girovdadırsa və onun alacağı məbləğ 70 min manatdırsa o zaman ona 40 min manat kompensasiya veriləcək. Digər, 30 min manat kreditin qaytarılması və evin girovdan çıxarılması üçün ödəniləcək. Təbii ki, bu iqtisadi və ya hüquqi baxımdan qeyri-adi heç nə təsiri bağışlamaya bilər. Amma məsələ ondadır ki, kredit məbləğinin azadılması əvvəl borcu olmuş vətəndaşın yeni ev alma imkanlarını çətinləşdirir. Bu halda həmin vətəndaşın 40 min manata uyğun ev alma şansları məhdud olur. Əslində vəziyyət fərqlidir: məsələn vətəndaş 2 ay öncə 30 min manatlıq kredit götürüb və buna görə də 6-8 faizlik komisiyon haqqları ödəyib. O həmin krediti xərcləyib və müqavilədə göstərilən aylıq ödənişləri qaytarmaq imkanına malikdir. Yəni kredit götürən şəxs öz aylıq gəlirlərini hesablayaraq və nəzərə alaraq kredit götürüb. Amma təbii ki, onun bütün vəsaiti birdəfəlik və tam olaraq bank qaytarmaq imkanının olması inandırıcı deyil. Digər tərəfdən, götürülən kredit qısa zamandan sonra geri qaytarılan halda kredit götürən şəxsin ödədidiyi komision haqqı, yumşaq desək, praktik olaraq batır. Əgər onun evi söçülməsəydi o zaman o aylıq ödənişləri edərək sonradan evini girovdan da çıxara bilərdi və bununla da evsiz qalmaq problemi ilə üzləşməydi. İndiki halda isə ödənişlər banka vaxtından əvvəl həyata keçirildiyi üçün bu artıq borclu vətəndaş üçün mənzil problemi yarada bilər.

Deməli, mənzərə aydındır: qanunvericilik ödənilə kompensasiyadan kredit borclarını azaltmağı tələb edir. Bu hal isə borclu vətəndaşların evləri söküləndən və kredit borcu qaytarılandan sonra mənzil ala bilməmək riski ilə üz-üzə qoyur. Bəs, problemi necə həll etmək olar? 

Təbii ki, əgər həmin vətəndaşın Bakının başqa ərazisində əmlakı varsa o zaman məsələ sadədir: sadəcə girov dəyişdirili. Amma “Sovetski”də yaşayanların böyük qisminin alternativ əmlaklarının olması inandırıcı deyil. Deməli, kredit borcunu vaxtından əvvəl bağlamayıb, kompensasiya məbləği ilə məzil almaq istətənlər üçün mövcud bank mexanizmlərinə dəyişiklik edilməsinə ehtiyac var. Əslində, vətəndaşlara ödənilən kompensasiyanın müəyyən hissəsinin girovun qaytarılmaması üçün ödənilməməsi və o cümlədən bankların maliyyə vəziyyətinin pisləşməməsi üçün “ad-hoc metod”dan istifadə edilməsi məqsədə uyğundur. Bu zaman Mərkəzi Bankdan kommersiya banklarına aşağıdakı göstəriş xarakterli tövsiyyənin verilməsinə ehtiyac var: dövlət ehtiyacları üçün mənzilin sənədləri hazırlanan zaman ev sahibinin kredit öhədiliyinə toxunulmur və kommersiya banklarının da maliyyə vəziyyətinə təsir göstərməmək üçün üç tərəfli müqavilə bağlanılır, vəsait kredit vermiş maliyyə qurumuna ödənilir. Vəsait hesaba köçürülsədə bank kredit borcunu həmin hesabdan silmir, pul bank tərəfindən blok edilir. Daha sonra vətəndaşa yeni mənzil almaq üçün müəyyən müddət verilir. Məsələn, anlaşmaya əsasən vətəndaş 3 ay müddətinə yeni mənzil almalıdır. Həmin vəsait ilə isə vətəndaş yalnız əmlak ala bilər. Əgər 3 ay müddətində vətəndaş ev almazsa və ya borclu şəhər sakini yeni ev almaq fikirindən daşınaraq pulu bashqa məqsədlər üçün istifadə etmək istərsə o zaman kredit borcu bank tərəfindən silinir və qalan məbləği vətəndaş istənilən zaman hesabdan çıxara bilir. 

Beləliklə, kredit borcu olan şəxs yeni ev alan zaman üçtərəfli müqavilə bağlanır və bütün kompensasiya məbləği bank tərəfindən ev satana ödənilir. Müqavilə ev satan, məzil alan və bank tərəfindən imzalanır. Bununla da, kompensasiya alan vətəndaş yeni mənzil alır, həmin ev bankda girov olur və eyni zamanda kredit müqaviləsi davam etdirilir, ayliq ödənişlər həyata keçirilir. Yəni, 70 min manat kompensasiya alan və 30 min manat krediti borcu olana heç də 40 min manat deyil tam məbləğ verilir. O da kompensasiyanın tam məbləğindən, yəni 70 min manatdan istifadə edərək yeni ev alır və eyni zamanda evin sökülməsinə baxmayaraq girovu dəyişərək 30 min manatlıq kreditini növbəti aylarda hissə-hissə banka geri ödəyir. Bu metod imkan verir ki, mənzili dövlət tərəfindən alınan vətəndaşın kredit öhdəliyi qalsın və eyni zamanda bankdan əvvəl götürdüyü borc onun yeni mənzil almasına hər hansı problem yaranmasın. Kredit öhədliyi başa çatandan sonra alınmış yeni ev avtomatik olaraq girovdan çıxır. Bu vəziyyətdə isə bütün tərəflər məmun olurlar.

Vüqar Bayramov
İqtisadçı-alim


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM