Hökumətin “Sovetski” sakinlərinin təkliflərinə cavabı açıqlanıb -YENİLƏNİB

17:20 / 03.03.2014

 Yasamal Rayon İcra Hakimiyyətində Bakının “Sovetski” məhəlləsinin sakinlərinin yaratdığı Təşkilat Komitəsinin üzvləri ilə görüş başlayıb.

APA-nın verdiyi məlumata görə, görüşdə Yasamal Rayon İcra başçısının birinci müavini Səməd İslamov Təşkilat Komitəsinin suallarına hökumət tərəfindən verilən cavabları oxuyub.

 

İlk olaraq bildirilib ki, bu ərazidə torpaqlar dövlət ehtiyacları ilə bağlı qanunvericiliyə uyğun alınmır, yalnız dövlət əhəmiyyətli yolların çəkilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərinin tikilməsi məqsədilə dövlət ehtiyacı üçün torpaq alınır. Yasamal rayonunda yol infrastrukturunun genişləndirilməsi üçün aparılacaq tikinti üçün isə Mülki Məcəlləsinin 565-ci maddəsinə uyğun alqı-satqı ilə həyata keçiriləcək. Buna görə də sakinlərdən mənzillərin könüllü alınması nəzərdə tutulub.

 

Mənzillərin hər 1 kv.m üçün 3500-4000 min manat təklifinə gəlincə, bununla bağlı cavabda bildirilib ki, Mülki Məcəllənin 139.1 maddəsinə görə, satın alınması nəzərdə tutulan evlərin bir hissəsinin “kupça”ların olmamasına baxmayaraq, sakinlərin uzun müddət yaşaması, mərkəzə yaxınlığı nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə bu mənzillərin sahiblərinə ödəniş verilməsi barədə tapşırıq verilib.

 

Digər tərəfdən, ərazidə yerləşən tikililərin böyük əksəriyyəti mövcud tikinti normalarına, yaşayış normalarına uyğun gəlmir. Kommunikssiya sistemləri yaxşı vəziyyətdə deyil. Son dövrlərdə daşınmaz əmlakların hər birinin 1 kv m.-nin 1500 manatdan az olması müəyyən edilib. Buna baxmayaraq, sakinlərə 1500 manat təklif olunur və bu, bazar qiymətinə uyğundur. Sakinlərin təklif etdiyi 3500-4000 manatın reallığa uyğunluğu isə yoxdur. 100 sakin həmin vəsaiti bankdan götürüb. Obyektlərini həmin qiymətə satmaq üçün xeyli müraciət edən də var.

 

Hər bir ailəyə fərdi yanaşma ilə bağlı təklifə gəlincə, cavabda qeyd edilib ki, satınalma mənzil sahibləri ilə qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək. Razılaşma olduqda, məbləğ sakinlərin hesabına köçürüləcək və bu zaman mənzildə qeydiyyatda olanların sayı nəzərə alınmır.

 

Söküntü zamanı divarların, soba yerinin və s. sahəsinin də nəzərə alınmasına gəlincə, bununla bağlı cavabda bildirilib ki, məsələ Mülki Məcəllənin 59-cu maddəsinə əsasən tənzimlənir. Sahə otaqların, mətbəx və şüşəbəndlərin sahəsi də daxil olmaqla hesablanır, divarların, sobanın yerləşdiyi sahə mənzil sahəsinə aid edilmir.

 

Satınalma zamanı mənzillərin yerləşmə sahəsi, təmirinin nəzərə alınması, fərdi yanaşma olmasına gəlincə, cavabda vurğulanıb ki, satın alınacaq obyektlər üçün təklif edilən 1500 manat təmir nəzərə alınaraq müəyyən edilib.

 

Söküntü zaman əhalinin məişətinə hər hansı təsir gösərilməməsi ilə bağlı təklifə cavab olaraq bildirilib ki, mülkiyyətçilərlə razılaşma əldə edilməli və kompensasiya ödənilməlidir, bundan sonra müvafiq söküntü işləri başlana bilər.

 

Sakinlərin şəhərin mərkəzində mənzillərlə təmin edilməsi təklifinə də müsbət cavab verilməyib. Qeyd olunub ki, torpaqlar dövlət ehtiyacı üçün alınmadığı üçün mənzil sahibləri ilə münasibətlər Mülki Məcəllə ilə tənzimlənməlidir.

 

Sakinlərin güc tətbiq edilməməsi ilə bağlı istəyinə isə müsbət cavab verilib.

 

Bildirilib ki, Mülki Məcəllənin 405-ci maddəsinə əsasən, tərəflər razılığa gəldikdə müqavilə bağlanmış sayılır, razı olmayan sakinlər əvvəlki qaydada yaşamağa davam edə bilərlər.

 

Təşkilat Komitəsinin üzvləri ilə müzakirə davam edir.

 

 

 

***

Saat 16:12

 

Görüşdə baş nazirin müavini Abid Şərifov da iştirak edir

 

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Yasamal Rayon İcra Hakimiyyətində Bakının “Sovetski” məhəlləsinin sakinlərinin yaratdığı 7 nəfərlik Təşkilat Komitəsinin üzvləri ilə görüş başlayıb.

 

APA-nın verdiyi məlumata görə, görüşdə baş nazirin müavini Abid Şərifov, Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev və digər rəsmilər iştirak edirlər.

 

Qeyd edək ki, Bakının “Sovetski” kimi tanınan ərazisinin bir qrup sakini evlərinin sökülməsi müqabilində onlara veriləcək kompensasiyanın miqdarından narazıdırlar. Sakinlərə hər kvadratmetr üçün 1500 manat təklif edilib, sakinlər isə 4 min manat verilməsini istəyirlər. Fevralın 18-də sakinlərlə baş nazirin müavini, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının görüşü keçirilib. Görüşdə Təşkilat Komitəsi tərəfindən hökumətə 9 təklif təqdim edilib. Sakinlərin təkliflərinə hökumət tərəfindən martın 3-də cavab veriləcəyi bildirilib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM