Gülər Əhmədovadan yeni xəbər

09:33 / 05.03.2014

Sabiq deputat Gülər Əhmədova “cəbhəsindən” yeni xəbər var. Bu dəfə məhbus xanımın vəkili Əfsər Talıbov ABŞ Dövlət Departamentinin hesabatını təhlil edib. 

 “Yeni Müsavat”a yollanan yazılı müraciətlə Ə.Talıbov hesabatda öz əksini tapan məqamlara cavab verib. Onun bildirdiyinə görə, sözügedən hesabat açıq-aşkar qərəzlidir və ikili standartlara söykənir: “Həmin hesabatda Elşad Abdullayevin cinayətkar əməllərinə qanuni don geyindirən Dövlət Departamenti əziyyət çəkib bu hadisəni araşdırmadan maliyyələşdirdiyi şəxslərin cəfəngiyyatlarını hesabata (copy-paste) köçürür”.

Ə.Talıbov bildirib ki, hesabatda verilən məlumatın heç bir hüquqi əsası yoxdur. Onun sözlərinə görə, G.Əhmədova barəsində olan qanunsuz hökm Elşad Abdullayevin təqdim etdiyi saxta sübut əsasında çıxarılıb: “Belə ki, Elşad Abdullayevin təqdim etdiyi bir ədəd DVD ekspertlərin rəyinə əsasən, orijinal deyil, bir formatdan digər formata keçirilib, DVD-də sinxronluq pozulub, keçid siqnalları qeydə alınıb, DVD-nin çəkildiyi gün, vaxt müəyyən edilməyib. 

Elşad Abdullayevin özünün etirafına görə isə DVD-də olan pozuntular texniki qüsurlarla əlaqədardır, videogörüntülərdəki kəsilmələr isə təhqiramiz ifadələrdən ibarətdir. Bütün bunlar isə üzərində montaj aparıldığını təsdiq edir. Mən ABŞ Dövlət Departamentinə müraciət edirəm: bu qədər qüsuru olan, orijinal olmayan, notariat tərəfindən təsdiq olunmamış kserosurəti reallığı əks etdirən bir sənəd kimi necə qəbul etmək olar? Elşad Abdullayevin sözləri ilə desək, onda sırf Gülər Əhmədova ilə bağlı 5 saatlıq videogörüntü var. Təəssüf ki, 8 il 5 ay keçməsinə baxmayaraq, həmin videogörüntünün montaj olunmuş 30 dəqiqəsi yayımlanıb”.

Ə.Talıbov daha sonra ABŞ Dövlət Departamentinə ünvanlanan çağırış edib: “Gülər Əhmədova  və mən israrla sizi və digər beynəlxalq təşkilatları məhkəməyə dəvət edirik. Bu barədə tərəfimizdən 18.01.2014-cü il tarixdə göndərdiyimiz teleqramda Sizi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyimiz apelyasiya şikayətinin baxışında iştirak etməyə dəvət etdik. Lakin siz məhkəmədə iştirakdan yayınıb, əsl həqiqətin şahidi olmaq istəmədiniz. Bu gün də sizi Gülər Əhmədovanın təyin olunacaq apelyasiya məhkəməsinə təkidlə dəvət edirik. Sizin Gülər Əhmədova ilə bağlı hesabatınızdakı fikirlər QHT-lər, KİV və bir sıra müxalifət nümayəndələrinin ötürdüyü yanlış məlumatlar nəticəsində formalaşıb. Mən xahiş edirəm ki, Elşad Abdullayevin yayımladığı diski öz ölkənizdə ekspertizadan keçirib Azərbaycan  ictimaiyyətini də rəylə tanış edəsiniz. Sizə sual edirəm: bu qədər qüsuru olan gizli çəkilmiş DVD-ni sizin ölkənizdə sübut kimi qəbul edib, hər hansı bir vətəndaşınızı cinayətkar hesab edə bilərsinizmi?” 

Vəkil həmçinin hesabatda öz əksini tapan “2013-cü ilin dekabrında isə əsas şahidlərdən olan Sevinc Babayevanın oğlu bəyan etdi ki, anası qeyri-müəyyən şəraitdə Türkiyədə dünyasını dəyişib” cümləsinə də etiraz edib. Onun yazdığına görə, S.Babayevanın oğlu və bacısı Türkiyədə Sevinc Babayevanın yanında olublar və onun zəhərlənməsi, zorla saxlanılması  barədə Türkiyə Respublikası Prokurorluğuna, Azərbaycan Baş Prokurorluğuna şikayət etməyiblər: “Sevinc Babayevanın oğlu Ayxan Məmmədov Türkiyə Prokurorluğuna 28 dekabr 2012-ci il tarixdə verdiyi ifadəsində bildirib ki, anası Türkiyəyə özü gəlib, Sevinc Babayevanın tanışı Səlçuq Ağlayan ona bacı kimi münasibət bəsləyib, anası ürək xəstəliyindən dünyasını dəyişib və o, heç kimdən  şikayətçi deyil. Təəssüf ki, Azərbaycan prokurorluğuna verdiyi bir-birinə zidd ifadələrində anasının Türkiyədə zorla saxlandığını  və zəhərlənmədən öldüyünü bildirir”.

Vəkil S.Babayevanın ölümü məsələsində ABŞ Dövlət Departamentindən bir xahiş edir: “Mən bir daha xahiş edirəm ki, Sevinc Babayevanın Türkiyə Respublikasındakı ölümü sizin üçün  müəmmalı görünürsə, onun ailəsindən icazə alın, ekskumasiya etdirin və öz ölkənizdə ekspertizadan keçirin. Bununla da sizin üçün maraq kəsb edən müəmmalı ölüm məsələsinə aydınlıq gətirərkən Azərbaycan ictimaiyyətini də öz ekspertizanızın rəyi ilə tanış edin. Həm videonun ekspertizasını, həm də Sevinc Babayevanın nəşinin ekspertizasının nəticələri Gülər Əhmədova haqqında ABŞ Dövlət Departamentinin rəyinin səhv olduğu və qeyri-qanuni peşəkarcasına hazırlanması hamıya məlum olar”.

Ə.Talıbov ABŞ Dövlət Departamentinə öz təəssüfünü də çatdırıb: “Əfsus ki, siz demokratik fikirli Gülər Əhmədovanın yanında olmadınız. Əksinə, Azərbaycan vətəndaşlarını aldadan, barəsində bir neçə cinayət işi olan, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün Fransada gizlənən Elşad Abdullayevi dəstəklədiniz. Bütün dünyanı bürüyən gizli çəkilişlər dünya liderləri tərəfindən qınandığı halda tələsik, analiz olunmadan, ABŞ-ın maliyyə qaynaqlarından bəhrələnən ”ekspertlərin" donoslarını  ABŞ Dövlət Departamenti hesabat kimi təqdim edir. Ümumiyyətlə, açıq görünən budur ki, bu hesabat heç  bir qanuna, məntiqə, siyasi əxlaqa əsaslanmır və Dövlət Departamentinin nüfuzuna ciddi zərbə vurur. 

Əks halda, hesabat qərəzliliyə, siyasi əqidəyə görə ayrı-seçkiliyə deyil, sübutlarla təsdiq olunan faktlara əsaslanaraq demokratik dəyərlərə və insan haqlarını qoruyan konvensiyalara və qanunlara hörmət üslubunda yazılardı".

Vəkil müraciətində sözügedən qurumu E.Abdullayevin montaj olunmuş videogörüntüləri vasitəsilə Azərbaycan dövlətinin nüfuzuna  kölgə salmaqda ittiham edib. “Bunun isə məqsədi başa düşülən deyil” deyən Ə.Talıbov müraciətini belə yekunlaşdırıb: “Torpaqları işğal olunmuş, 1 milyona yaxın vətəndaşın öz vətənində qaçqın olması, bu yaxınlarda 22 ili qeyd edilən ”Xocalı faciəsi", o cümlədən təqsiri olmayan Gülər Əhmədovanın həbsdə olması, qeyri-qanuni cəzalandırılması nə ABŞ Dövlət Departamentini, nə də digər beynəlxalq təşkilatları maraqlandırır. Onların məqsədi müstəqillik yolu tutmuş, stabil daxili və xarici siyasət həyata keçirən, yüksək iqtisadi inkişafa nail olan Azərbaycan dövlətinə Elşad Abdullayev və onun kimiləri vasitəsilə çamur atmaqdan ibarətdir. Bir daha Sizi Bakı Apelyasiya Məhkəməsinə dəvət edirəm. Apelyasiya məhkəməsinə baxışın günü və saatı barədə sizə məlumat verəcəyik".

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM