Tağı Əhmədovdan kövrək misralar-Video

16:17 / 26.11.2013

Onun şeirlərinə yazılan mahnıları məşhur müğənnilər ifa edir 

Son günlər jurnalistlərə qarşı davranışları ilə Bakı Metropoliteininin rəisi Tağı Əhmədov yenidən medianın gündəminə gəlib. Onun vaxtaşırı jurnalistlərə qarşı işlətdiyi "Əəəə, bir-bir", "Burcutma" və digər ifadələri artıq aforizm kimi işlədilir. Eyni zamanda yeraltı dünyanın sahibi son vaxtlar qəzetlərin metroda satışının qadağan olunması və Məhəmməd Əmin Rəsulzadənin şəklinin götürülməsinə görə də hədəfə çevrilib. Bu arada maraq üçün deyək ki, Tağı Əhmədov təkcə metro rəisi yox, həm də qələm əhlidir. O, Tağı Sadiq təxəllüsü ilə şeirlər yazır. Məlum olan şeirlərinin əksəriyyətinə mahnılar bəstələnib. Ona görə Tağı Əhmədova nəğməkar-şair də demək olar. Mətbuata kobud davranışları ilə yadda qalsa da, əslində onu tanıyanlar Tağı Sadiqin incə qəlbli biri olduğunu deyirlər. Məhz bu məqamda "Qafqazinfo" nəğməkar-şairin bir neçə şeirini təqdim edir. Qeyd edək ki, təqdim etdiyimiz şeirlərə də mahnılar bəstələnib:

Toxundu 

Çox güvəndim sənli olan sevgiyə

Nədənsə, qismətim daşa  toxundu.

Məni atıb könül verdin özgəyə 

Yoxsa ki, məhəbbət yaşa toxundu.

 

Bu dünyanın qarası var, ağı var

Sevənlərin sevgi kimi dağı var

Hər bülbülün cəh-cəh vuran bağı var

Məhəbbət büdrəyib xışa toxundu.

 

Qəlbin çırpıntısı sevəndə olur 

Ürək sızıltısı sevəndə olur

Könül  pıçıltısı sevəndə olur 

Sevgimiz dən düşmüş başa toxundu.

 

Tara vurğun olduq, kamana aşiq

Muğam şahnaz üstə verdi yaraşıq

Xoş günümüz yaman düşdü qarışıq

Bu yatan eşqimiz huşa toxundu.

 

Könlümüzü açdıq sevgi dağında

Bir çiçəkli çəmən, bir yaz çağında

Sadiq qərar tutdu hicran bağında

Güllü baharımız qışa toxundu.


Necə dözüm 

Yanaqların lalə, dodaqların bal

Alıbsan canımı gözəl həyalım.

Zərif qollarını aç, boynuma sal

Qoyma ki, bu qədər odlara yanım 

Hicran daşın atıb sənə inanım. 

 

Gecə də, gündüz də arar yar yarı

Həm acı, həm şirin eşqin diyarı

Deyirəm qismətim olardın barı 

Sənsən mənim ruhum ay gözüm, canım.

 

Sən aydan, günəşdən daha təmizsən

Sanki ləpələnən mavi dənizsən

Bil ki, necə varsan, elə əzizsən

Bir söylə bəs necə dözüm, dayanım.

 

Yar sənsiz bir günüm bil ki, bir ildi

Bu sevdam car oldu, el aləm bildi

Adıma az qala Məcnun deyildi

Neyləyim sevgimi, mən necə danım.

 

Dağın həzin yeli, çəmən gülüsən

Tax yaxan üstə qızılgülü sən

Sadiqin qəlbində xoş sevgilisən

Halaldır yolunda tökülsə, qanım. 

Sənsən mənim ruhum ay gözüm, canım.

Gözəl

Yaradan yaradıb necə xoş gündə

Günəşdən nur alıb yanırsan gözəl

Bilirsən yox tayın odur özünsən

Aşiqanə çox naz satırsan gözəl.

 

Dilim söz tutmadı adını bilim

Bilirsən keçmişdi cavanlıq ilim

Çinar boylu, ağca maya, ay gülüm

Ətrafı yandırıb-yaxırsan gözəl.

 

Danışdın   dür düşdü incə sözündən 

Baxan çəkə bilməz gözün üzündən

Doğrusu gözəlsən, deyim düzündən

Özündə bunları anırsan gözəl.

 

Kimsəni görmədim  tuta əlindən

Bir kəs incimədi tuti dilindən 

Xoşbəxtdir kimsə tutsa, incə belindən

Aşkara bunları sezirsən gözəl.

 

Naz ilə yeridik birgə cüt qoşa 

Yaydan çıxan oxum dəymişdi daşa

Xalqımın mərd qızı sən xoşbəxt yaşa

Sadiqi bəlaya salırsan gözəl.

 


Etiket:

Strategiya.az

Xəbərlər
26.06.2019

Zığ şosesi yaxınlığında baş vermiş yanğın söndürülüb

26.06.2019

“Türk dünyası” beşcildliyi qazax dilində işıq üzü görüb

26.06.2019

Hacı Əliyevdən növbəti qələbə - Güləşçi "Minsk-2019"un yarımfinalında

26.06.2019

Mətbuat Şurası Əməkdar jurnalistlə bağlı nekroloq imzalayıb

26.06.2019

Azərbaycanlı zabitlər Rusiyada hərbi akademiyanı qızıl medal və qırmızı diplomla bitiriblər

26.06.2019

SON DƏQİQƏ! Zığ şosesində fərdi yaşayış evləri yanır

26.06.2019

Hacı Əliyev ermənini 6:0 məğlub etdi

26.06.2019

Bakıda 12 nəfərin zəhərləndiyi dönərxana ilə bağlı RƏSMİ

26.06.2019

Sabah hava necə olacaq?

26.06.2019

Saatlıda iki maşın toqquşdu, xəsarət alan var

26.06.2019

Türkiyədə çox sayda insanın ölümü ilə nəticələnən qəza baş verib

26.06.2019

Azərbaycan Ordusunun zabiti 2-ci Beynəlxalq Müdafiə Forumunda təltif olunub

26.06.2019

60 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil verilib

26.06.2019

Borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanıldı

26.06.2019

Türkiyə və Azərbaycan arasında hərbi tibb sahəsində əməkdaşlıq sazişi qüvvəyə minib

26.06.2019

Qaçqınlar üzrə birinci Qlobal Forumun vaxtı açıqlanıb

26.06.2019

Ağ evə yeni mətbuat katibi təyin olundu

26.06.2019

Birinci vitse-prezident Mehriban Əliyeva: Bizim ordumuzun əsas gücü Azərbaycanın əsgər və zabitlərinin döyüş ruhu və Vətənə hədsiz sevgisidir

26.06.2019

Tramp İranı məhv etməklə hədələdi

26.06.2019

Təmas xəttində nisbi sakitlik olub

26.06.2019

Neftin qiyməti bahalaşır 

26.06.2019

İlisu yolunda qəza: ağır yaralılar var

26.06.2019

Ərdoğan səlahiyyətlərini təhvil verdi - SƏBƏB

26.06.2019

"Barselona"dan "Everton"a - rəsmi

26.06.2019

Dolları bu qiymətə alacaqsınız

26.06.2019

Gürcüstan müxalifəti kütləvi etiraz aksiyalarını davam etdirir

26.06.2019

Avstriya Ali Məhkəməsi ukraynalı oliqarxın ABŞ-a ekstradisiyasına icazə verib

26.06.2019

Azərbaycan tibb sahəsində yeni beynəlxalq sənədə qoşulur

26.06.2019

Sabunçu DYP bir gündə qayda pozan 150 avtomobil aşkarladı

26.06.2019

Hacı Əliyev erməniyə rəqib oldu

26.06.2019

Böyük Britaniya F35 döyüş təyyarələrini ilk dəfə sınaqdan keçirib

26.06.2019

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

25.06.2019

Azərbaycan atletləri “Minsk 2019”un beşinci günündə idmanın 8 növü üzrə mübarizə aparıblar

25.06.2019

Müdafiə Sənayesi Nazirliyinin qatıldığı “ARMY-2019“ Beynəlxalq Hərbi-Texniki Forumunun açılışı olub

25.06.2019

Saatlıda narkotik yetişdirən şəxslər tutulub

25.06.2019

ABŞ səfiri: Azərbaycan gömrüyü bir uğur hekayəsidir

25.06.2019

İcma sədri Ermənistan XİN rəhbərinə cavab verib

25.06.2019

Növbəti hərracda 29 dövlət əmlakı üzrə ümumilikdə 71 sifariş verilib

25.06.2019

Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib

25.06.2019

Lempard "Çelsi" ilə danışıqlara başladı - rəsmi

25.06.2019

İran BMT Təhlükəsizlik Şurasının iclasına buraxılmayıb

25.06.2019

Şirməmməd Hüseynovla bağlı nekroloq imzalanıb

25.06.2019

Fövqəladə Hallar Nazirliyi sürücülərə müraciət etdi

25.06.2019

Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq

25.06.2019

Üç güləşçimiz Avropa Oyunlarının yarımfinalına yüksəlib

25.06.2019

Zakir Həsənov təmas xəttində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması ilə bağlı tapşırıq verib

25.06.2019

Təmas xəttində monitorinq insidentsiz başa çatıb

25.06.2019

İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən qadın saxlanılıb

25.06.2019

Sabahın havası - İstilər davam edir

25.06.2019

İki güləşçimiz Avropa Oyunlarına qələbə ilə başladı